Ticari müqavilələr və qəlblərə atılan imzalar
Sual: 1) Bu yaxınlarda Türkiyə İş adamları və Sənayeçilər Konfederasiyası (TUSKON) "Dünya Ticarət Körpüsü" adlı bir tədbir keçirdi. Bu tədbirdə 4500 mütəşəbbisin iştirakı ilə yüz min iş görüşü baş tutdu. Beləcə TUSKON dörd ildə 135 ölkədən 8500 əcnəbi iş adamını ölkəmizə gətirmiş və ticari müqavilələrin imzalanmasına zəmin hazırlamışdır. Bu cür qurumların fəaliyyət fəlsəfəsi ilə bağlı mülahizələrinizi bizimlə bölüşə bilərsinizmi?
- Aidiyyət mülahizəsinə qapılmaq və yalnız özümüzlə bağlı müvəffəqiyyətləri görüb, yalnız onları alqışlamaq çox təhlükəlidir. Bu baxımdan TUSKON-un müvəffəqiyyətləri təqdirəlayiqdir, lakin bu, yalnız bir təbəqəyə şamil edilməməlidir, Türkiyənin ortaq mənfəəti və müvəffəqiyyəti kimi qəbul edilməlidir. (01:08)
- Hər əməlin iki yönü var: ismi-Zahirə baxan zahiri, ismi-Batinə baxan iç dərinliyi. Bir işin Haqq qatında məqbul olması üçün əvvəlcə onu zahiri cəhətdən dinin əsaslarına uyğun şəkildə ortaya qoymaq lazımdır. Ancaq bu, kifayət deyil, əməlin cövhəri sayılan xalis niyyət də olarsa, ancaq o zaman həmin əməl həqiqi dəyərini qazanar. (02:06)
- Fəaliyyətlər nə qədər yerli-yerində və parlaq olsa da, bu işlərə populist mülahizələr və şəxsi mənafelər qarışdığı təqdirdə kirlənər, əsl qayəsindən uzaqlaşar. (04:35)
- Gələcəkdə ictimai dəyişimdə və dalğalanmalarda bəşəriyyətin məhv olmaması üçün bir araya gəlib ortaq məqamları ön plana çəkmə və ortaq məxrəcə gəlmək üçün zəmin hazırlamaq mühüm əhəmiyyət kəsb edir. Əslində dünyanın dörd bir tərəfinə yayılan təhsil və dialoq fəaliyyətlərinin bir məqsədi də budur. Bu məsələlərə eyni zamanda ticari və sənaye baxımdan da dəstək vermək lazımdır və məhz TUSKON kimi qurumların məqsədi də bu olmalıdır. (06:03)
- TUSKON-un xüsusən dünya miqyaslı uğurlarının bünövrəsində Anadolu insanının, demək olar, hər bir ölkədə açdığı təhsil müəssisələri ilə müştərək fəaliyyət göstərməsi və orada çalışan fədakar insanların etibarından faydalanması dayanır. (07:20)
- Dünyanın hər yerinə yayılan təhsil fəaliyyətlərinin uzun ömürlü olması bir mənada iş adamları və təşəbbüskarların dəstəyindən asılıdır. Bu günə qədər bir çox xeyirxah işlərə sahib çıxan fədakarların imkanı hər gün inkişaf edən, böyüyən mükəlləfiyyətlərə və yeni, mühüm layihələrə çatmaya bilər. Bu işin ticari və sənaye yönü də uzunömürlülük baxımından əhəmiyyətlidir. (09:27)
- Əslində istər təhsil, istər ticari sahədə görülən işlər bir mənada Ustad Həzrətlərinin: "Bizim düşmənimiz cəhalət, zərurət (yoxsulluq) və ixtilafdır. Bu üç düşmənə qarşı sənət, mərifət və ittifaq "silahı" ilə cihad edəcəyik. Və bizi bir cəhətdən təyəqqüzə və tərəqqiyə sövq edən həqiqi qardaşlarımızla və qonşularımızla dost olub əl-ələ verəcəyik. Çünki hüsumət (düşmənçilik) zərərlidir, hüsumətə vaxtımız yoxdur" düsturunun həyata keçirilməsindən ibarətdir: (10:26)
- TUSKON onunla eyni istiqamətdə fəaliyyət göstərən qurumların çoxundan gəncdir... çox arxadan gəldi və fəaliyyətinin başlanğıcında ölkənin tanınmış zənginləri tərəfindən dəstəklənmədi. Lakin qısa vaxtda uğurları ilə özünü isbat etdi. İnşaallah, başqalarını qısqandırmazlar, qısqananlar da bu xeyirxah işlərə balta çalmağa çalışmazlar. Çünki bu fəaliyyətlər bəşəriyyət üçün çox əhəmiyyətlidir; laqeydliyə qurban gedən və istismar edilən bu nəhəng dünya bunun sayəsində elm və ürfana, sərvətə, vifaq və ittifaqa aparan yolları tapır. (14:44)
- Gələcəkdə şovinst fikirləri alovlandıracaq və hər bir ölkədə başqa insanlara qarşı mənfi münasibət oyadacaqlar. Əgər hər bir ölkənin bəzi vətəndaşları ilə müəyyən ticari müqavilələr bağlasanız, etibar qazanıb özünüzü sevdirsəniz və onlardan dəstək alsanız, məhz o zaman gələcək qloballaşmanın çətinliklərini dəf edə bilərsiniz. Bu baxımdan təhsil fəaliyyətlərinə ticari körpülərlə dəstək vermək bir mənada "iradi zərurət" kateqoriyasına daxil olan bir məsələdir. (18:16)
Sual: 2) Bu il TUSKON zirvəsinə qatılan əcnəbi iş adamları Türkiyənin təqribən altmış şəhərini gəzdilər və Anadolu insanını daha yaxından tanıdılar. Bu kimi fəaliyyətlərin daha da səmərəli olması üçün hansı əsaslara diqqət yetirilməlidir? (23:00)
- Tarix boyu cəmiyyətin bütün təbəqələrini öz boyası ilə boyayan; millətimizin yaddaş, şüur və vicdanından güc alan, onun duyğu, düşüncə, dil və sənətinə əks olunan... adət və ənənələrimizdə yaşayan... analarımızın qayğısından milli xarakterimizi əks etdirən böyüklərimizin davranışlarına; mətbəximizdən bağ-bağçamıza; oturub durmaqdan insanlarla münasibətlərimizə qədər həyatın hər sahəsində, hər pilləsində və yolların hər dayanacağında ruh və məna dünyamızı ehtiva edən elə dəyərlərimiz var ki, əcnəbilərin bunlara heyran olmaması mümkün deyil. (23:20)
- Utopik yazıçılardan İtalyan Tomasso Kampanella azad və ideal bir ölkəni təsvir etdiyi "Günəş dövləti" adlı əsərini yazarkən 16 və 17-ci əsr Osmanlı cəmiyyətinin parlaq mədəniyyətinə vaqif olmuş və "Osmanlını görüncə utopiya yazmaqla əbəs iş gördüyümü anladım!.." demişdi. El-aləm sizin yaşadığınız həyatı utopiyalarda axtarmış və hələ də axtarır. Belə ki, bu gün həmin həyatın kölgəsi belə pərvanələri yandırıb-yaxır. (25:19)
- Kəndlərimizə, şəhərlərimizə gedin baxın.. hətta laqeydliyə qurban gedən Türkiyənin cənub-şərqinə gedin... Urfanı gəzin... Diyarbəkiri gəzin... Mardini gəzin... Ərzurumu gəzin... Haqqarini gəzin.... Evlərinə gedin, bir görün o təmiz insanların səxavətini, qonaqpərvərliyini!.. İnsanların utopiyalarda görə bilmədiyi nəzakət və səxavəti görəcəksiniz. Əcnəbi qonaqları Anadoluya aparmağınız və soydaşlarımızla tanış etməyiniz xariqüladə bir cəmiyyətin kəşfinə zəmin hazırlamaqdır. (26:40)
- İstər Türkcə Olimpiadaları, istər TUSKON-un təşkil etdiyi tədbirlərlə əlaqədar ölkəmizə gələn insanlara cəmiyyətimizin dərinliyini, ənginliyini də göstərmək, yalnız ticari müqavilələrə deyil, eyni zamanda qonaqların qəlbinə də "imza atmaq" lazımdır. Ticari razılaşmalarla yanaşı, mütləq qəlblərə də imza atılmalıdır. (29:01)
- Kaş ki mən də bir müəllim olaydım, o müəllimlər kimi dünyanın bir yerinə gedəydim. Orada müəllimlik edəydim. Kaş ki həkim olaydım, "hicrət!" deyib bir yerə köçəydim, bir xəstəxanada işləyəydim; o kasıb, o yoxsul insanlara baxaydım, təhsil müəssisələrində tibbi dərslər verəydim. Kaş ki imkanım olaydı, dünyanın beş-on yerində məktəb, xəstəxana tikdirəydim, bir universitet açaydım. Ancaq mənimki yalnız "kaş ki"də qalır. (31:33)
- Əshabi-kiram qeyri-adi əcib bir nəsil idi... qeyri-adi bir nəsil olmaq sizin üçün də müqəddərdir... Allah müyəssər etsin. Qeyri-adi, misilsiz bir nəsil olmaq lazımdır, özü üçün yaşamayan... başqalarını yaşatmaq üçün ölüb-ölüb dirilən... misilsiz bir nəsil... hər kəsi heyrətə gətirəcək bir nəsil!.. (32:21)
- tarixində yaradılmışdır.