Yeni kitab oxuma üsulu

Sual: Yeni insan modelinin bir xüsusiyyəti də "lazımi kitabları oxuyan və oxudan" şəklində verilir. Dünən kitab tapmaq çətin idi, bu gün isə hər mövzuya aid yüzlərlə kitab həvəskar oxucusunu gözləyir. İnsanımızda elmə marağın və oxuma həvəsinin istənilən səviyyədə olmaması nədən qaynaqlanır? Oxumağa maraq və həvəsin artması və bundan səmərə əldə etməsi üçün nə tövsiyə edirsiniz?

  • İlk dövrlərdə, yəni hicri III əsrə qədər həqiqətən kitab çox az idi. Tədvin dövründə, ancaq "Kütübi-Sittə" adlı hədis külliyyatı ərsəyə gəlməyə başladı. (01:30)
  • O dövrdə mühüm bir məsələ də bu idi: insanların zehni indiki kimi dağınıq deyildi. Bir adam rahatlıqla kitabları oxuyub əzbərləyə bilirdi. Qənaətimcə, artıq müasir insanın zəkası "iflasa uğrayıb". (04:00)
  • Daha sonralar kitabların sayı artmağa başlayır. Bunları oxumaq üçün ciddi səy lazım idi. Bu səy (oxuma səyi) hicri IV-V (miladi XI-XII) əsrə qədər davam etdi. Məsələn, deyilənə görə, İmam Əzəmin müctəhid səviyyəsində beş min tələbəsi var imiş. (05:30)
  • Ustad Həzrətləri "Axırzamanda Quran səhifələrdən silinəcək" həqiqətinə fərqli aspektdən yanaşır. Bu Quranın möcüzəvi şəkildə səhifələrdən silinməsi demək deyil, əksinə yaddaşın "iflasa uğraması", insanların ciddi nisyana (unutqanlığa) mübtəla olması, haramın ayaq tutub yeriməsi, eyş-işrətin çoxalması və insanların ən xırda şeyləri belə yadda saxlaya bilməməsi mənasına gəlir. (07:00)
  • Müəyyən dövrdə ölkəmizdə də kitab az idi və çapdan çıxan hər şeyi oxumaq mümkün olurdu. (08:30)
  • Müasir dövrdə isə kitab çoxdur. O qədər kitabın oxunduğunu zənn etmirəm. Kitab oxuma məsələsində artıq seçici olmaq lazımdır. Biz "xülasə etmə" metodundan istifadə edirik. (09:30)
  • İstər dini, istər milli, istər iqtisadi, mədəni, siyasi həyatda öz mahiyyətimizi qorumaq həmin mövzunu bilməkdən asılıdır. (11:00)
  • Bir kitab oxuma metodu: Məsələn, bir ilahiyyatçı öz sahəsini yaxşı bilməklə yanaşı, digər elmlərdən də müzakirə etmə səviyyəsində ümumi məlumatı olmalıdır. Sadə xalq da heç olmasa elmihal biliyinə yiyələnməlidir. (13:00)
  • Bu mövzuda ikinci məsələ ailənin bu məsələyə əhəmiyyət verməsidir. Valideyn kitab oxumağa əhəmiyyət vermirsə, uşaqlar da əhəmiyyət vermir. (15:00)
  • Yeri gəlmişkən, bu gün televiziya və internet kimi asan məlumat əldə etmə imkanları var. Ancaq onlara mümkün qədər məhdudiyyət qoymaq və insanları kitab oxumağa təşviq etmək lazımdır. Onlar kitab oxunmasına mane olur. (17:00)
  • Bunu bütünlüklə həyata keçirmək mümkün deyilsə, heç olmasa mümkün olanı etmək və imkan daxilində kitab oxumağı sevdirmək lazımdır. İlk növbədə bizim məna köklərimizlə bağlı olan kitabları oxutmalıyıq. (22:00)
  • Kitab oxuyarkən başa düşməyə çalışmalı və səhifələrin kənarına tənqidlər yazılmalıdır. Kitab qurtarma düşüncəsilə ilə deyil, anlama məqsədilə oxunmalıdır. (25:00)
  • Digər bir məsələ: ən önəmli kitab da olsa, müzakirəli şəkildə oxumaq lazımdır. Məsələn "10-cu Söz"ü oxuyarkən İmam Qəzalinin, İbn Sinanın həşr haqqında fikirlərinə baxmaq lazımdır. Müqayisəli oxuma sizi dərinləşdirəcək. (27:00)
  • "Bir yerdə toplaşıb ülumu-aliyəni (ali elmlər) müzakirə edənləri mələklər əhatə edər" hədisi-şərifi və "müzakirə"nin mənası... (31:00)
  • Biz bu dövrün insanlarıyıq. Hətta 10 il əvvəlin deyil, bu günün insanıyıq. O cümlədən Qurani-Kərimə də bu nöqteyi-nəzərdən baxmaq lazımdır. (35:00)
  • Dünyanın hər yerində məktəbləriniz var. Çox fərqli mədəniyyətlərlə qarşılaşırsınız. O insanları yaxşı tanımaq və onlara impatiya ilə yanaşmaq lazımdır. (36:00)
  • Sələf haqqında oxuyarkən bu günü nəzəri ilə oxumaq, onların xətasını dilə gətirərkən ədəbə riayət etmək də çox əhəmiyyətlidir. (40:00)
  • Quranı əsrin idrakına görə danışdırma... (42:00)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.