Bidət və Kökə Bağlılıq
Sual 1) Müsəlmanlar arasında yaşayıb bir qisim intriqalarla İslamın bəzi əsaslarını dəyişdirməyə çalışan qurumlar barədə Ustad həzrətlərinin "əhli-bidə" təbirini istifadə etdiyi də nəzərə alınsa, "Bu gün sizin dininizi tamamladım, kamala çatdırdım" ("Maidə" surəsi, 5/3) məallı ayəyə zidd olan bidət məfhumunun hüdudlarını izah edə bilərsinizmi?
- Bidət lüğəvi mənada "daha əvvəl mövcud olmayan", "sonradan ortaya çıxan əməl və inanclar" deməkdir. İstilahi mənda isə Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) və Əshabi-kiram dövrlərində olmadığı və onunla əməl edilmədiyi halda, sonradan ortaya çıxan və ibadət kimi qəbul edilən feillər, hərəkətlər, sünnəyə zidd davranışlardır. (00.57)
- Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) belə buyurur: "Sonradan ortaya çıxan hər şey bidətdir; hər bidət sapqınlıqdır və hər sapqınlıq insanı atəşə sürükləyər." (02.25)
- Bəzi alimlər bidətə lüğət mənasından daha geniş bir məna verərək Allah Rəsulundan (sallallahu əleyhi və səlləm) sonra ortaya çıxan hər şeyi bidət saymışlar. Bu səbəblə də, sonradan ortaya çıxan əməl və inancları "yaxşı" və "pis" şəklində bölmək məcburiyyətində qalmışlar. Bəzi alimlər isə bidəti "Rəsulullahdan (sallallahu əleyhi və səlləm) sonra ortaya çıxan dinlə, xüsusən də, ibadətlə bağlı olub əlavə edilən və ya çıxarılan hər şey" şəklində təsvir etmişlər. Bu üləmaya görə, bilavasitə dinlə əlaqəsi olmayan və ibadət mahiyyətindən uzaq yeni icadlar bidət sayılmaz. Bu baxımdan, adət və ənənə cinsindən olan davranışlar bidət anlayışının xaricində qəbul edilir. (03.58)
- Ustad həzrətləri: "Əhkami-übudiyyətdə yeni icadlar bidətdir" deyir və bidət məfhumunun din və ibadətlərlə bağlı məsələlərdə keçərli olduğunu bildirir. Ona görə: "Hər bidət zəlalətdir və hər zəlalət Cəhənnəm alovundadır" hədisi və "Bu gün sizin dininizi tamamladım, kamala çatdırdım" ("Maidə" surəsi, 5/3) ayəsinə əsasən İslamiyyətin qaydaları və sünnənin düsturları tamamlandıqdan və kamala çatdıqdan sonra yeni icadlarla o düsturları bəyənməmək və yaxud -haşa- naqis görərək bidətlər ortaya çıxarmaq zəlalətdir, insanı atəşə atar. Həmçinin, "Əzan"ın kəlmələrini dəyişdirmək də bu kategoriyaya daxil olan çirkin bir bidətdir. (09.53)
- "Əzan"sız illər.. Qurani-Kərimin məalını oxuma və oxutma bidəti.. və bir millətin əslinə, kökünə qayıdışı... (12.45)
- Həzrəti Ustad bir dövrdə gözlənilən "fərəc (təskinlik, təsəlli)" və "fütühatın (fəthlət, qələbələr)" həyata keçməməsinə səbəb olaraq məscidlərə girən bidəti göstərmiş; ən çirkin bidətin və atəşə sürükləyən zəlalətin əzanın qadağan edilməsi və onun əvəzinə məalının oxudulması kimi dinin əsasına xələl gətirən icadlar olduğunu vurğulamışdır. (19.45)
- Dua hər dildə və hər formada edilə bilər. Əsas olan, dinin ruhuna ziddiyyət təşkil edən istəklərə girməmək və təməl kriteriyalara zidd sözlər deməməkdir. Bu baxımdan, duaları Rəsuli-Əkrəm Əfəndimizin (sallallahu əleyhi və səlləm) mübarək sözləri ilə oxumaq mütləq şərt deyil. Lakin bir mömin, bildiyi qədər, Əfəndimizin ifadələrini öz sözlərindən üstün tutmalı və onlara müraciət etməlidir. (25.15)
- Cənabi-Haqqa yönəlişi və duanı ən yaxşı bilən Allah Rəsuludur. Beləliklə də, Əfəndimizin (sallallahu əleyhi və səlləm) ifadələri ilə dua etmək daha gözəldir. Lakin insan hansı dillə, hansı sözlərlə məramını daha gözəl dilə gətirə bilirsə, o ifadələrlə Allaha (c.c.) dua etməsində heç bir üzr yoxdur. (26.05)
- Sələfi-salehin əfəndilərimiz əsli Qurani-Kərim və hədisi-şəriflərdə olan dualar yazmış və münacatlar tərtib etmişlər. Bu dualar dinin ilk dövrlərində oxunmasa da, təməl kriteriyalara zidd olmadığı, namazın içinə daxil edilmədiyi və müəyyən bir zamana xas olmadığı üçün bidət sayıla bilməz. (30.23)
- Bəzi alimlər bidəti "həsənə" və "seyyiə" olaraq ikiyə yerə ayrır. Heç bir üzrü olmayanlara "bidəti-həsənə", üzürlü olanlara da "bidəti-seyyiə" deyirlər. Güman ki, İmam Rəbbani kimi bidəti- həsənəyi qəbul etməyən bir çox alim digər alimlərin "bidəti-həsənə" çərçivəsinə daxil etdiyi şeyləri bidət olaraq görmür və onlara bidət demirlər. Çünki buna bənzər şeylərin əsası Quran və sünnədə var, bu səbəbdən, bunlara sonradan ortaya çıxmış şeylər nəzəri ilə baxılmır. (33.03)
- Həzrəti Ömər (r.a.) Məscidi-Nəbəvidə təravih namazını camaatla birlikdə qılanları görüncə: "Bu nə gözəl bidətdir!.." demişdir. (35.07)
- Xülasə, edilən izahlardan və verilən misallardan aydındır ki, iman əsaslarını, İslamiyyətin şəriətini və ibadətlərlə bağlı sünnətləri pozmağa, dəyişdirməyə, aradan qaldırmağa və unutdurmağa gətirib çıxaran icadlar və yeni üsullar həqiqi mənada bidətdir. Çünki bidət ehkamla bağlı bir əsası aradan qaldırıb yerinə bəşəri və dünyəvi bir "yeniliyi" gətirməkdir. Kitab və sünnənin ruhuna zidd olmayan gündəlik həyatla bağlı əvrad və zikirlə əlaqədar məsələlər bidət olaraq qəbul edilə bilməz.
- tarixində yaradılmışdır.