Bir Daha Ramazanlaşarkən
Sual: Bir hədisi-şərifdə ana-atası qarşındakı vəzifəsini yerinə yetirməklə bağışlanma imkanı olduğu halda bunu dəyərləndirə bilməyən talehsiz, Rəsuli-Əkrəm Əfəndimizin adı çəkiləndə salavat gətirməyən xəsis və Ramazani-Şərif olmasına baxmayaraq, Cənnəti qazanmayan nəsibsiz "raqimə ənfuhu" itabı ilə qınanılır. Eyni sırada sadalanan bu üç insan arasında nə cür münasibət, əlaqə var? Bir daha qüfran, bağışlanma və mərhəmət ayına qovuşan möminlər bu ayı necə keçirməlidirlər ki, ayıblanılan insanlardan deyil, alqışlanan qullardan olsunlar?
- Hədisdə əksini tapan: "raqimə ənfuhu" ifadəsinin mənası nədir? "Burunları yerə sürtülsün, uzaq olsunlar, canları çıxsın, sürüm-sürüm sürünsünlər" itabına məruz qalan talehsizlər kimlərdir? (01.20)
- Ramazanı daha dərindən duya bilmək və onunla Ramazanlaşmaq üçün nə etməliyik? (17.33)
- Təravih namazı necə qılınır? Rəsuli-Əkrəm Əfəndimizin (sallallahu əleyhi və səlləm) sünnətinə uyğun gələn təravih namazının xüsusiyyətləri nələrdir? Təravih namazı boyunca hansı dualar, necə əhval-ruhiyyə ilə oxunmalıdır? (22.00)
- Gəlin heç olmasa bu rəhmət ayında özümüz kimi olaq.. və bizi bizdən uzaqlaşdıran kindən, nifrətdən uzaqlaşaraq milli xarakterimizin gərəyini dost-düşmən hər kəsə bir daha göstərək!.. Gəlin, kin və nifrətə qarşı bir imsak, pəhriz başladaq!.. (29.35)
- tarixində yaradılmışdır.