Çarəsizlərin çarəsi

Sual: “Nəml” surəsinin 62-ci ayəsində: "Əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran Allahdan başqa kimdir?" deyilir. Qüdrəti Sonsuz olan Allahın varlığını vicdanlarımıza duyuran bu ayənin tövhidə öz-özlüyündə dəlil və sübut olduğu buyurulur. Bu ilahi bəyanı Tövhidə dəlil olması baxımından izah edə bilərsinizmi?

  • "(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?" (“Nəml” surəsi, 27/62) məallı ayə tövhidi sübut etmək üçün kifayətdir. (01:02)
  • Hadisələrə diqqətlə nəzər yetirilsə, görmək olar ki, müsibətə düçar olan, çarəsizliyə düşən mömin səmimi qəlblə Cənabi-Haqqa yönəlincə "nuru-tövhid sirri-əhadiyyət içində inkişaf etmiş" və Allah Təala xüsusi iltifatla onun dərdinə dərman göndərmişdir. (02:20)
  • Yolların bağlı olduğu, çarələrin tükəndiyi zaman bütün varlğınla Allaha yönələrək yalvarsan, Mövlanın sənə də cavab verdiyini görəcəksən. Duanı layiqincə etsən, Cənabi-Haqqın "camali-təcəlli" ilə cavab verdiyini görəcək və bu cavabın günəş kimi Onun varlığına dəlil olduğunu anlayacaqsan. (05:25)
  • Həzrəti Adəmdən (ə.s.) bu günə qədər Haqq dostları ümidlərin hər şeydən kəsildiyi anlarda Cənabi-Haqqa yönəlincə qara buludlar dağılmış və Allah-təala o saleh bəndələri dünyada nizam-intizamın əsas amilinə çevirmişdir. (06:44)
  • Səbəblər içində üzən insanın səbəbləri görməməzliyə vurması çox çətindir. Ancaq ediləsi heç bir şey qalmayınca (təbii olaraq) Allaha tam yönəlmə baş verir və xalis tövhid özünü göstərir. (13:51)
  • Allah-təala insanları çeşid-çeşid sınaqlardan keçirir, onları arındırır və əmanətə layiq bəndəyə çevirir. Axırzamanda da dini təmsil əmanəti adi insanlara deyil, övliyalıqla şərəflənən qullara veriləcək. (16:40)
  • Yer üzündə "xəlifə" olmaq Zati-Üluhiyyət adına əşya və hadisələrə müdaxilə etməkdir. Allahın yaratdığı kainatı müxtəlif dövr və şəraitə uyğun olaraq bədii zövq və dərinliyə görə yenidən şəkilləndirməkdir. (19:30)
  • Allahın lütflərini düşünərək Onu çox sevməli və Onun nemətlərini dilə gətirərək insanlarda Ona qarşı sevgi hisləri oyatmalıyıq. (20:37)

Çay süfrəsində həqiqət damlaları (22:23)

  • Mərhum Hacı Kamalın ümidi... "Mənim kimi qəribi Allah cəhənnəmə atıb neyləsin!"(23:28)
  • Qəlblə Allah arasındakı münasibəti təmin edən və davam etdirən müsibətlər əslində nemətdir. Bəli, bizi Ona yönəldən, aparan müsibət "müsibət cildinə girmiş nemət"dir. (27:15)
  • Dərmanı dərdin içində axtarmaq lazımdır. Qəlbimizi hərəkətə gətirən və gözümüzü açan dərd dərmandır. Bu mənanda çox gözəl sözlər var: Dərdi-dərunuma dərman arardım/Dedilər ki: "Dərddir dərmanın sənin"/Dərgahı-dildarə qurban arardım/Dedilər ki: "Canın qurbandır sənin." (31:16)
  • Bu dünya küsüb incinmə dünyası deyil, dözüm diyarıdır. Nəsimi və Həllacın ölmədən dedikləri sözlər dərdi dərman saymağın və incinməməyin ifadələridir. (32:51)
  • Şəxsi haqlarımızı hər kəsə halal edə bilərik, lakin hücum Allaha, Rəsuli-Əkrəmə, dinə-dəyanətə və böyük bir hərəkata qarşı edilirsə, buna "halal olsun" demək tərbiyəsizlik və ədəbsizlikdir. (35:43)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.