Daşların arasındakı yaqut
Çay süfrəsində həqiqət damlaları: Əziyyətlərə baxmayaraq, xalq arasında olmaq
- Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) buyurur: "Allahı qullarına sevdirin ki, Allah da sizi sevsin!" (00:33)
- İnsanlığın İftixarı (sallallahu əleyhi və səlləm) buyurur: "İnsanlara qaynayıb-qarışan, onlardan gələn əza və cəfaya dözən bir mömin xalqdan gen gəzən və əziyyətdən qaçan mömindən fəzilət və mükafatda üstündür." (00:58)
- Allah əxlaqı ilə əxlaqlanmaq lazımdır (ilahi əxlaqa yiyələnmək lazımdır). Cənabi-Allah zalım, müşrik və kafirləri belə birdən-birə yerlə-yeksan eləmir. Qurani-Kərim buyurur: "Əgər Allah insanları zülmləri üzündən dərhal cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər." (“Nəhl” surəsi, 16/61) (03:00)
- Əvəzini gözləmədən vermək və öz vəzifəsini yerinə yetirməyənlərə belə yaxşılıq etmək ilahi əxlaqdır. Bir mənqibədə deyilir ki, bir gün Həzrəti İbrahim (əleyhissalam) evinə gələnlərdən Allaha inanıb-inanmadıqlarını soruşmuş, inananlara süfrə açmış, inanmayanları isə yedirmədən-içirmədən yola salmışdır. Cənabi-Allah da Xəlilinə: "Ey İbrahim, onlar illərdir, Məni inkar etməkdən əl çəkmir və Zatıma yaraşmayan sözlər danışırlar. Ancaq Mən ruzilərini kəsmirəm!" buyuraraq bu həqiqəti xatırlatmışdır. (04:36)
- İnsanlığın İftixarı Peyğəmbərimiz Onu himayə edən əmisi və çox sevdiyi həyat yoldaşı Həzrəti Xədicə anamızı itirdiyi "hüzn ili"ndə "Həbibi-Zişanım, qəm yemə! Əbu Talib və Xədicə olmasa da, Mən varam" mənasına gələn ilahi dəvət almış, ruh və vücudu ilə meraca çıxmışdır. Quranda "Qabi-qüvseyn əv ədna – Yayın iki ucu qədər və ya daha yaxın" ifadəsilə təsvir edilən imkan-vücub arasına yüksəlmişdir. (07:15)
- Şəfqət Peyğəmbəri (əleyhissalatu vəssalam) mələklər aləmini seyr etmiş, daha sonra ürucunu (yüksəliş) nüzulla (eniş) süsləmiş və ümmətini Cənabi-Allahın yoluna, lütfünə yönəltmək üçün geri qayıtmışdır. Böyük övliya Əbdülqüddüs həzrətləri deyir ki: "Həzrəti Məhəmməd (sallallahu əleyhi və səlləm) meracda ilahi aləmlərə yüksəldi, Sidrətül-müntəhaya çatdı, Cənabi-Allahla mükalimə etdi. Ancaq Cənnətin gözəlliyi Onu ovsunlaya bilmədi, qayıdıb gəldi ümmətinin yanına. Allaha and olsun ki, əgər mən oralara getsəydim, o mərtəbələrə çatsaydım, geri qayıtmazdım!.." Böyük simalardan biri bu sözlərə istinadən: "Budur nəbi ilə vəli arasındakı fərq" deyərək mühüm bir həqiqətə toxunmuşdur. (09:17)
- Unutmayın ki, siz başqalarından nə gözləyirsinizsə, insanlar da sizdən onu gözləyir. Əgər onların sizə yaxınlaşmasını istəyirsinizsə, yaxınlaşın, sizdən gözlədiklərini ortaya qoyun. (10:17)
Sual: Həzrəti Ustad Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) siyərdə keçən hərəkət, davranış və xüsusiyyətlərinin Onun müstəsna, kamil şəxsiyyətinə uyğun gəlmədiyini, Onu həqiqi mənada təsvir etmədiyini, Onun bəşəri xüsusiyyətləri ilə yanaşı, risalət mərtəbəsinə xas nurani mənəvi varlığını da mütləq diqqətə çatdımağın zəruriliyini qeyd edir. Peyğəmbərimizin bəşəri yönlərindən bəhs edərkən xətaya yol verməmək üçün nələrə diqqət etməliyik? (14:01)
- Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) qarşı səhv edən, Allah qorusun, Allaha qarşı da xətaya yol verə bilər. Çünki rəhbər Odur. Ona yaxın olan Allaha da yaxın olar, bilərək və ya bilməyərək Ondan uzaqlaşan Allahdan da uzaqlaşar. (14:48)
- Siyər və məqazi kitablarına düşən rəvayətlər insanların öz prizmasından görüb eşitdiyi hadisələrdir. Odur ki, rəvayətlərə bir bütöv kimi baxmaq lazımdır.
- Məhəmmədi ruh (aleyhissalavatu vəttəslimat) nurani bir cövhər və xalis bir ziya olub Xaliqi- Zişanı dərk edən "əqli-küll"dür. Böyük şəxslər Həqiqəti-Əhmədiyə və Həqiqəti- Məhəmmədiyə məsələsinə çox əhəmiyyət vermişlər. O dünyaya gəlmədən əvvəl "Həqiqəti-Əhmədiyə" idi. Məhz bu səbəbdən Həzrəti İsa Onu Əhməd adı ilə müjdələmişdir. Dünyada isə O "Həqiqəti-Məhəmmədiyə"ni təmsil etmişdir. Nəbilər Sərvəri bu məqamı təmsil edərək Həqiqəti-Əhmədiyəyə yüksəlmiş, Həqiqəti-Əhmədiyəni bilavasitə gerçəkləşdirərək, təkrar "Həzrəti Əhməd" ünvanı ilə anılan varlığa ruh vermişdir. Bəli, Onunla açıldı rübubiyyətin, üluhiyyətin sirri. O, həm çəyirdək və nüvə mahiyyətli ilk yaradılışı ilə, həm Cənnət ağacıtək axirətdə boy atıb qol-budaq salması ilə -Bədiüzzamanın ifadəsi ilə desək- kainat kitabının katibinin qələmində mürəkkəb şəklində üzə çıxması, bərəkətli bir şəcərəyə çevrilib aşkar olması və ehtişamlı bağ-bağata zəmin təşkil etməsi kimi xüsusiyyətləri ilə varlıq şeirinin əsas məzmunu, xilqət hörgüsünün ən gözəl nəqşi, peyğəmbərlik və risalət nəzminin də həmin silsilənin ruh və mənasını əks etdirən qafiyəsidir. Səmavi vəhy Onda göylərin və yerin ən dolğun səsi, Merac hədiyyəsi, əl dəyməmiş ilahi bağçadan Onun yüksək məqamına təqdim edilmiş və kimsəyə müəssər olmamış bir ərməğandır. Məhz buna görə də Ona bir bütöv kimi baxmaq lazımdır ki, böyüklüyü haqda bir təsəvvür yaransın və xətalara yol verilməsin. (18:00)
- O, həm də "Sənin aləmlərin xilqətinə səbəb sayılan mənəvi mahiyyətin olmasaydı, kövnü-məkanları yaratmazdım" bəyanında yer aldığı kimi, varlığın ən ümdə qayəsinə bərabərdir. Məhz bu həqiqətə binaən Ustad Nəcib Fazil bir kitabına "O ki Ona görə varıq" adını vermişdi. (19:26)
- Rəsuli-Əkrəm Peyğəmbərimizi (sallallahu əleyhi və səlləm) Onun mənəvi şəxsiyyəti ilə tanıyıb dərk etmək hər kəsə nəsib olmaz. Hər kəs öz səviyyəsinə görə Onu tanıya bilər. Belə ki, Haqq dostları Onun hüzurundan bir anlıq ayrılığı ölüm sanmış, hüzurunda olmağı hava, su kimi görmüşlər. İndi də Peyğəmbərimizi görənlər az deyil, elə bu gün sizin yoldaşlarınızdan biri gəlib gördüklərini mənə danışdı. (20:22)
- Həzrəti Ustad deyir ki: "İləm əyyühəl-əziz (əzizim)! Bu gördüyün böyük aləmə böyük bir kitab nəzəri ilə baxılsa, Nuru-Məhəmmədi (s.ə.s.) o kitabın katibinin qələminin mürəkkəbidir. Əgər o aləmi kəbir bir şəcərə (kimi) təxəyyül edilsə, Nuru-Məhəmmədi (onun) həm çəyirdəyi, həm meyvəsi olar. Əgər dünya mücəssəm bir canlı (kimi) fərz edilsə, o nur Onun ruhu olar. Əgər böyük bir insan (kimi) təsəvvür edilsə, o nur Onun ağılı olar. Əgər möhtəşəm bir cənnət bağçası xəyalda canlandırılsa, Nuru-Məhəmmədi onun əndəlibi (bülbül) olar". (Məsnəviyi-Nuriyyə - Həbbə risaləsi) (22:12)
- Təşbehdə xəta olmasın, Allah Rəsulu haqda Onun çıxdığı mühitə baxıb nəticə çıxarmaq, tovuz quşunun yumurtasına baxıb quşun özünü görməmək kimidir. Həzrəti Pir bu məsələni belə izah edir: "Rəsuli-Əkrəm əleyhissalatu vəssalamın bəşəriliyi o çəyirdəyə, o yumurtaya bənzər. Risalət vəzifəsi ilə parlayan mahiyyəti isə Cənnət şəcərəsi və Cənnətin hümayun quşu kimidir. Üstəlik daim təkamül edir. Onun üçün bazarda bir bədəvi ilə mübahisə edən o şəxsi düşündüyün zaman xəyal gözünü qaldırıb Rəfrəfə minən, Cəbraili ötən, Qabi-qövseynə yüksələn nurani şəxsiyyətinə də bax. Əks halda, ya hörmətsizlik edəcək və ya nəfsi-əmmarən Ona inanmayacaq" (“On doqquzuncu məktub”, “Dördüncü nöqtəli işarə”, “Altıncı əsas”) (23:30)
- Haqq dostları "Allahım, qəlbimi Sənə və məiyyətinə qovuşma eşqi ilə doldur!" deyə etdikləri dualarda Könüllər Sultanı Peyğəmbərimizin məiyyətini də diləmişlər. (25:00)
- Əslində, Allah Rəsulunun dərin mənəvi şəxsiyyəti siyər kitablarında da öz əksini tapır. Təəssüf ki, şərqşünaslar və onların təsirinə düşənlər Kainatın Sərvəri Peyğəmbərimizi adi bir insan kimi təsvir edirlər. (26:43)
- İnsanlığın İftixarı Peyğəmbərimiz (əleyhi əkməlüttəhaya vəttəslimat) Fəridi-Kövnü-Zamandır (Bütün məkan və zamanda tayı-bərabəri olmayan yeganə Zatdır), Onun başqaları ilə müqayisəgəlməz böyüklüyü vardır. Haqq dostu: "Həzrəti Məhəmməd (sallallahu əleyhi vəsəlləm) bir bəşərdir, lakin digər insanlar kimi deyil. O, (bəzi) daşlar arasında bir yaqutdur" sözləri ilə bu həqiqəti dilə gətirmişdir. (28:02)
- İmam Busiri “Qəsideyi-Bürdə”də deyir: "Həzrəti Məhəmməd (sallallahu əleyhi səlləm) dünya və axirətin, gözə görünən və görünməyən ins və cin - külli varlığın, bütün insanların rəhbəridir." (29:46)
- Yenə həmin Busiri deyir: "Əgər Onun möcüzələri qədr-qiyməti böyüklüyündə baş versəydi, mübarək ismi çəkiləndə çürümüş sümüklər belə cana gələrdi". (30:22)
- İmam Busiri qəsidənin sonunda deyir: "Ey nəfs, nə qədər büdrəyib yıxılsan da, nə qədər günah işləsən də, əsla ümidsizliyə düşmə. Çünki o başı-ayağı bilinməyən günahların Cənabi-Allahın qüfran dənizində kiçik köpüklərə bənzər." (Elə isə ümidsiz olma, Ona yönəl və əfv dilə!) (32:07)
- tarixində yaradılmışdır.