Ən böyük müsibət
Sual: Risalələrdə, "əsl və zərərli müsibət, dinə gələn müsibətdir. Dini müsibətdən hər vaxt İlahi dərgaha sığınmaq lazımdır." deyilir. Bir müsibətin dinə dair olub olmadığı necə anlamaq olar; bunun ölçüləri vardırmı? Dini müsibətlərdən Allaha sığınmaq necə olur?
- Madam ki bu dünya xidmət evidir və qlluq yeridir, xəstəliklər və müsibətlər, dini olmamaq və səbr etmək şərtiylə, o xidmətə və o qulluğa çox müvafiq gələr və qüvvət verər. Dini olmayan müsibətlər, həqiqət nöqtəsində müsibət deyil; İlahi bir xəbərdarlıqdır, bir xəbərdarlıqdır və bir qisim günahlara kəffarədir. (00.45)
- Cılız vicdanların yalnız şəxsi və ailəvi həyatlarıyla əlaqəli iztirabları və xoşbəxtlikləri vardır, onların sevincləri də kədərləri də cılızdır. Əngin vicdanlar isə, millət miqyasındakı bəla və müsibətləri də şəxsi bir fəlakət kimi dərindən duyarlar. (04.42)
- İnsanların dağıdıcı fikirləri normal qarşılamaları və zehinlərini, imanı zədələyən şübhələrlə doldurmaları da dinə gələn müsibətlərdəndir. (05.08)
- Qurdun gövdənin içinə girdiyi bir dövr... (06.22)
- Həzrəti-Eyyub əleyhissalamın yaraları, qısacıq dünya həyatı üçün təhlükəli idi. Bizim mənəvi yaralarımız isə, çox uzun olan əbədi həyatımızı təhlükə altına alır. (09.00)
- Allah, müsəlmanları rəqib tərəfin güc və qüvvətiylə deyil, öz uxrəvi münasibətlərinin zəifliyiylə məğlub edər. (10.05)
- Təəssüf ki, çox laqeydik; imanın qədir-qiymətini bilmirik. Keçmişdəkilər, imanlarının əldən gedəcəyindən qorxarlarmış, mən indi heç kimdə o qorxunu görmürəm. "Allahım qapına gəldim, nə olar, qurban olum; məni əlli dəfə öldür, lakin imanımın bir zərrəsini belə məhv etdirmə!.." deyə fəryad edən bir insana rast gəlmədim. (13.30)
- Bir dəfə də yenidən silkələnib özümüzə gəlmə, imanımızı yeniləmə və Allahla münasibətimizi nəzərdən keçirmə məcburiyyətindəyik. (16.00)
- Kitablar ürəkdə həyəcan oyadırsa bir qiymət sahibdir. Kitabları da yaandırmaq istəyirəm, lakin, bir Ferdinand olmaq istəmirəm. Yoxsa, bu gün kitablar yalnız eqoizm aşılayır, eqonu böyüdür və boşboğazlıq etmə həyəcanı yaradır. (18.00)
- Müsəlmanlıq şəkil və surət deyil; o mənadır, özdür və doyma bilməyən bir hislə dərinliklərə dalmaqdır. (20.08)
- Bu günlərdə bu duanı çox oxumaq lazımır: (20.52)
رَبَّنَا اٰتِنَا مِنْ لَدُنْكَ رَحْمَةً وَهَيِّءْ لَنَا مِنْ أَمْرِنَا رَشَداً
اِجْعَلْ لَنَا مِنْ أَمْرِنَا فَرَجًا وَمَخْرَجًا
"Rəbbimiz! Qatından bir rəhmət ver, bu yolumuzda bizə düzgünlük və müvəffəqiyyət lütf et! (İçi kin və nifrətlə dolu zalımların həyasızlaşdıqca daha da həyasızlaşdığı bu çətin günlərdə) biz aciz qullarına nəzdindən bir fərəc və məxrəc (çıxış yolu və fərahlıq) nəsib et!.."
- tarixində yaradılmışdır.