Bu yolun taleyi və həya...
Çay süfrəsində həqiqət damlaları...
- Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) buyurur: "Allahı qullara sevdirin ki, Allah da sizi sevsin!" (00:40)
- Həzrəti Ustad "Mühüm və böyük ümuri-xeyriyənin (xeyrli işlərin) çox müzirr (zərərli) maneləri olur. Şeytanlar bu xidmətin xadimləri ilə çox məşğul olurlar", - deyir. Bəli, xeyir işlərlə məşğulsunuzsa, əmin olun, şeytan və onun cinni-insi dostları sizdən də əl çəkməyəcəklər. Əbul-Leys Səmərqəndi "Tənbihül-qafilin" adlı kitabında deyir: “Peyğəmbərimiz (s.ə.s.) şeytandan: "Dünyada ən böyük düşmənin kimdir?", - deyə soruşdu. O da: "Sənsən!" deyə cavab verdi”. Çünki iblisin planlarını alt-üst edənlərin başında İnsanlığın İftixarı dayanır. (02:30)
- Şeytan bəzi insanların ətrafında çirkin ab-hava meydana gətirir: laübaliliyə zəmin hazırlayır, pis, ədəbsiz mənzərələri təsvir etdirir, nifrət hislərini körükləyir və insanın mahiyyətində var olan şəhvət, qəzəb hislərini hərəkətə gətirir, beləcə toruna düşən şikarının fikrini qarışdırır. Və şübhəniz olmasın ki, şeytan bundan sonra da əvanələrini təhrik edib möminlərin üstünə göndərəcək. İndi də bəzilərinin inanan insanların dünya miqyaslı müsbət fəaliyyətlərini görmək istəməməsi, ədavət və həsədlə onların qarşısını almağa çalışması və möminin bir nöqsanını bəhanə edib qiyamət qoparmaq üçün fürsət axtarması da Şeytanın təhrikindəndir. (04:54)
- Həzrəti Mövla sizi sevirsə, sınağa çəkər: "Ən böyük bəla Peyğəmbərlərə, sonra övliyalara və dərəcəsinə görə digər möminlərə gəlir!". Cənabi-Allah buyurur:
- Allahdan bəla, müsibət və xəstəlik istəmək olmaz, ancaq başa gələrsə, gözəl şəkildə səbr etməliyik. Dərd dözülməz həddə çatarsa, Həzrəti Eyyub kimi ədəblə Onun mərhəmət qapısına toxunarıq. (09:47)
- "Arif könlün Xuda qəmgin edər, şad eyləməz / Bəndeyi məqbulunu Mövlası azad eyləməz" (11:24)
- Nəcib Fazil Paskal haqda: "Limanadək gəlsə də, gəmini əldən qaçırdı" deyərdi. İnsanlığın İftixarı Peyğəmbərimizin gəmisinə minmək çox əhəmiyyətlidir. Sədi "Dalğalı dənizdə sükan Sənin əlindədirsə (ey Məhəmməd Mustafa!), qoy qəm etməsin ümmət", - deyir. Onun gəmisinə minməyənin aqibəti qaranlıqdır, istər fətrət dövrü olsun, istər dəvəti gedib çatmamış olsun, istərsə hansısa bir səbəb olsun, kim və nə olur-olsun, o biri tərəfdə yeganə zəmanət Onun gəmisinə minməkdir. (13:10)
أم حسبتم أن تدخلوا الجنة ولما يعلم الله الذين جاهدوا منكم ويعلم الصابرين
"Yoxsa Allah içərinizdən cihad edənlərlə səbr eləyənləri ayırd etmədən Cənnətə girəcəyinizimi güman edirsiniz?" (“Ali-İmran” surəsi, 3/142)
أم حسبتم أن تدخلوا الجنة ولما يأتكم مثل الذين خلوا من قبلكم مستهم البأساء والضراء وزلزلوا حتى يقول الرسول والذين آمنوا معه متى نصر الله ألا إن نصر الله قريب
"(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş cənnətə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır!" (“Bəqərə” surəsi, 2/214) (07:25)
Sual: “Qəlbin zümrüd təpələri” adlı əsərdə Həzrəti Adəmin hərəkət və davranışlarından üzə çıxan "günahkarlıq" həyası, “ruh” və “qəlb” insanlarının daim duyub hiss etdikləri "heybət" həyası və s. kimi müxtəlif “həya” növlərindən bəhs olunur. O cümlədən gecə-gündüz Cənabi-Allahı zikr etdikləri halda, "Sənə layiqincə ibadət edə bilmədik, layiqli qul ola bilmədik!" - deyən mələklərin "təqsir həyası" da diqqətə çatdırılır. "Təqsir həyası" ifadəsini xüsusilə də, hizmətdə olan insanlar necə başa düşməlidir? (15:04)
- “Çəkingənlik” və “utancaqlıq” mənasına da gələn “həya” sözü təsəvvüf istilahına görə Allah qorxusu, Allah məxafəti və Allah məhabəti ilə Onun məmnun olmadığı hər şeydən uzaq olmaq deməkdir. (15:55)
- Fitri həya İslamın ruhuna xas həyadan bəslənib boy atdıqda bütün eyiblərin qarşısında ən böyük maneəyə çevrilir. Bu mənaya da işarə edən Peyğəmbərimiz (s.ə.s.) buyurur:
- Həzrəti Adəm (əleyhissalam) barədə danışanda diqqət etmək lazımdır, o, adi bir insan deyil, bir peyğəmbərdir, üstəlik də məsumdur. Onun əməlinə “günah” demək doğru deyil. O, bir mənada zəllədir, daha doğrusu, iftar vaxtını müəyyənləşdirərkən yol verdiyi ictihad xətasından ötrü yasaq meyvəyə vaxtı çatmamış əl uzatması, yəni müqqərrəbin yanılmasıdır. Bir mənada qövmündən erkən ayrılan Həzrəti Yunus kimi vaxtı dəqiq müəyyənləşdirə bilməməsidir. O məmnu (yasaq) meyvə nə idi? Bu haqda arpa, buğda, düyü, xurma, üzüm və s. müxtəlif fikirlər vardır. Hərçənd nə olursa-olsun nəticəni dəyişdirmir. Mühüm olan bu yasaq meyvənin səbəb olduğu hadisədir. Bununla birlikdə bizim qənaətimiz başqadır: məmnu meyvə Həzrəti Adəmin (əleyhissalam) qarşısıalınmaz bəşəri hisləridir. İnsan oğlu məhz bu hiss sayəsində çoxalacaq və nəslini davam etdirəcəkdi. Eyni hiss Həzrəti Həvva anamız üçün də keçərlidir. Doğrusunu Allah bilir, bəlkə də, "şəcərə"yə toxunmaq, nəslin davamını təmin edən əməl deməkdir. (17:32)
- Həzrəti Adəm bu zəlləyə görə özünü heç bağışlamamışdır. Bəzi kitablarda deyildiyinə görə, o uca nəbi qırx il xəcalətindən başını qaldırıb göyə baxmamış, sel kimi göz yaşı tökmüşdür. Odur ki əfv “fərmanı” gözləyənlərin utancaqlığına Həzrəti Adəmin davranışlarından süzülüb gələn "günahkarlıq həyası" deyilmişdir. (20:45)
- Həya təsnifatında keçən növbəti xəcalət və məhviyyət növü də bütün arzu və istəklərindən keçən “ruh” və “qəlb” insanlarının hiss etdiyi "heybət həyası"dır. (21:21)
- Hədislərdə gecə-gündüz dayanmadan Cənabi-Allahı təsbeh etdiyi halda,
ما عبدناك حق عبادتك
"Sənə layiqincə ibadət edə bilmədik, layiqli qul ola bilmədik!" - Daim özünü sorğulayan, sorğu-suala çəkən və nəfsini müraqibə və mühasibə süzgəcindən keçirən bir çox Allah dostu da bu sözlərə minacatında yer vermiş,
ما عرفناك حق معرفتك, ما عبدناك حق عبادتك, ما ذكرناك حق ذكرك, ما شكرناك حق شكرك
- Həzrəti Cəbrail rəsul (elçi) mələkdir.
مطاع ثم أمين
O, "(Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) etibarlı müvəkkildir" (“Təkvir” surəsi, 81/21) - “İyirmi sördüncü söz”də deyildiyi kimi "Übudiyyət müqəddimeyi-mükafatı-lahiqə deyil, bəlkə nəticeyi- neməti-sabiqədir (qulluq mükafatın səbəbi və başlangıcı deyil, insana əvvəlcədən verilən nemətlərin bir nəticəsidir). Bəli, biz mükafatımızı qabaqcadan almışıq, ona görə də xidmət və übudiyyət vəzifəmizdir". Nə qədər ibadət etsək də, Allah-talanın haqqını layiqincə ödəyə bilmərik. Odur ki, ibadət və xidmətimiz barədə düşünəndə duyğu, düşüncə, hərəkət və davranışlarımıza "təqsir həyası" sirayət etməlidir! (27:52)
- Kamil mömin daim xeyirxah və saleh əməl etsə də, qəbul olub-olmaması barədə nigarançılıq keçirən və əməllərini az görüb daha çox çalışan insandır. Aşağıdakı ayədə toxunulan xüsusiyyət də “təqsir hayası”na daxildir:
- Gözəl işlərin və mühüm vəzifələrin başına gətirilən insan bunu Allahın lütf və ehsanı bilməli, səs tonu, mimikaları, yazıları və sözləri ilə özünü ifadə etməkdən uzaq olmalı, hətta bu nemətlərin insanı həlaka sürükləyən istidrac olmasından qorxmalıdır. İstidrac zahirən kəramətə bənzəsə də, üstün bir məziyyət deyil, böyük bir müsibət və fəlakətdir. Bəli, istidrac insanın ləyaqəti çatmadığı halda nemətlərin yükü altında əzilməsi və beləcə tədricən cəzaya layiq görülməsidir. Quran buyurur:
نعم العبد صهيب لو لم يخف الله لم يعصه
"Süheyb nə yaxşı bəndədir, nə gözəl xarakteri var, (fərz edin) Allahdan qorxmasa, yenə də günah işləməz" (16:35)
والذين يؤتون ما آتوا وقلوبهم وجلة أنهم إلى ربهم راجعون أولئك يسارعون في الخيرات وهم لها سابقون
"Rəbbin hüzuruna qayıdacaqlarına inanaraq verməli olduqlarını (zəkatı, sədəqəni) verərkən belə qəlbləri titrəyər. Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər" (“Muminun” surəsi, 23/60-61) (30:38)
والذين كذبوا باياتنا سنستدرجهم من حيث لا يعلمون
"Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq!" (“Əraf” surəsi, 7/182) (32:11)
- tarixində yaradılmışdır.