Fırtınalara, sovrulanlar və haqda səbat
- Ölüm ansızın gəlir, o üzündə isə əməl sandığı – qəbir. Orada sənə qazandığın mal-mülkə görə deyil, əməlinə, iman və aksiyonuna... inancın yolunda gördüyün işlərə görə qiymət verirlər. Bunları bir-biri ilə müqayisə edərlər, Allah qorusun, “Niyə yalan danışırsan?” deyərlər. Bu sözlər belə əzab kimi kifayət edər.
- Elə şeylər var ki, qulağa sırğa edilməlidir. Zənnimcə, yaxşıca yadda saxlanılmalı, nəzarət edilməli, “Aman əldən çıxar!” deyib çoxlu “cangüdənlə” qorunmalı şeylər var. Mütəmadi müzakirə, söhbəti-Canan, hər sözü, hər işi Allaha, Peyğəmbərə gətirib çıxarmaq... Bu da onun “cangüdən”idir. Həramilərdən, soyğunçulardan qorumağın yolu budur. Pulunuz oğurlansa, nə olar?!. Qazanıb yerinə qoyarsınız. Ancaq duyğu və düşüncənizi oğurlayıblarsa, o zaman dəyərlərinizdən məhrum olarsınız. Beləcə dəyərdən, meyardan “yetim” qalarsınız... Bu gün bir az güclü küləklər əsdiyindən bəzən duyğular, düşüncələr və sözlər sovrulub gedə bilər. Bunları hesaba qataraq sovrulmamaqda qətiyyətli olmalıyıq.
- “Bəzi insanlarla müştərək layihələr həyata keçirirlər, Sam əminin uşaqları ilə, Ham əminin uşaqları ilə, Tam əminin uşaqları ilə...” deyirlər. (...) Məsələyə bəsit yanaşmalı olsaydım və mən də 10-15 yaşımdakı ağlıma görə söz desəydim, belə deyərdim: “Əgər mənim kimilərin bu cür müştərək fəaliyyətlərdə zərrə qədər payı varsa, Allah min dəfə qəhr etsin. Əks halda... Bunu deyənlər...” Arxasını gətirmək istəmirəm. Çünki onsuz da bu iş Allaha həvalə edilib. İndiyə qədər haqsız yerə zərər verənlər cəzasız qalmayıb. Mənsə “Allahım, sovuşdur o bəlanı onların başından!” deyə dua edirəm.
- Haqqı müdafiə yolundan ayrılmamaq lazımdır. Haqqı müdafiə yolu... Xəta ediriksə, Allah bizi bağışlasın, doğru yoldayıqsa, yoldan dönmək ən böyük xətadır. O şərtlə ki üslubda xəta etməyək...
- “Qeyri-məşru bir məhəbbətin nəticəsi mərhəmətsiz acı çəkməkdir” deyir Həzəti Pir. Bir adam göstərilən sevgiyə, təqdirə, rəğbətə və dəstəyə layiq deyilsə, siz ifrata yol verdiyinizdən Allah “Onlar bu qədərinə layiq deyildi!” deyə sizə bir “sillə çəkə” bilər. Mən mənə dəyən “sillələri” bundan bilirəm. İndiyə qədər heç kimə etmədiyimiz şeyləri elədik; “Qeyri-məşru bir məhəbbətin nəticəsi mərhəmətsiz acı çəkməkdir”, Allah mənə “sillə çəkir”, Allah bağışlasın... Layiq olmayan insanlara ifrat dərəcədə dəyər vermək həqiqəti alt-üst etmək deməkdir. Qədər “Bildiyiniz kimi deyil, alın payınızı!” dedi və bizə dəfələrlə sillə çəkdi. Şillə başqasına deyil, bizə dəyir.
- Doğru yolda sabitqədəm olmalı, mətin dayanmalı, güzəştə getməməli, “Bəli” deməməli, yarınmamalı, yaltaqlanmamalı!... Hörmətsizliyə yol verməməli, amma yaltaqlıq da etməməli!... Səhvimiz varsa, oturub danışanda düzəldək, amma doğru bildiyimiz şeylərdən də güzəştə getməyək. Yoxsa haqqa, Allaha, Peyğəmbərə hörmətsizlik olar...
- Zərgər qızıl və gümüşü bir putada əridib bir-birindən ayırdığı kimi, Allah da sizi saf-çürük etmək üçün imtahana çəkir. Cənabi-Allah bunu təmiz və pak insanlar üzə çıxsın deyə edir. (...) Yerində möhkəm dayanmısan? Yoxsa boyun qaçırırsan, yoldan dönürsən? “Mən də əhli-dünya kimi dünyaya meyil edim, özümü bəyəndirim, kimlərləsə qoşa addımlayım, şad-xürrəm həyat sürüm, müəyyən vəzifəyə gəlim, şan-şöhrətim olsun” filan... Allah sizi beləcə imtahan edir. Sürüşüb yıxılırsan, yoxsa yıxılmırsan? Dünyaya meyil edirsən, etmirsən?
- Qurani-Kərim bir çox ayəsində bu imtahanı diqqətə çatdırır:
أَمْ حَسِبْتُمْ أَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَعْلَمِ اللهُ الَّذِينَ جَاهَدُوا مِنْكُمْ وَيَعْلَمَ الصَّابِرِينَ
“Yoxsa Allah içərinizdən cihad edənləri və səbir edənləri bilib (bir-birindən) ayırd etmədən qabaq Cənnətə girəcəyinizi güman edirsiniz?” (“Ali İmran”, 3\142)
أَمْ حَسِبْتُمْ أَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَأْتِكُمْ مَثَلُ الَّذِينَ خَلَوْا مِنْ قَبْلِكُمْ مَسَّتْهُمُ الْبَأْسَاءُ وَالضَّرَّاءُ وَزُلْزِلُوا حَتَّى يَقُولَ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ مَتَى نَصْرُ اللهِ
“Siz əvvəlki ümmətlərin başına gələnlərə düçar olmadan behiştə daxil olacağınızı güman edirsiniz? Onlar elə (şiddətli) fəlakət və sıxıntılara düçar olmuş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır!” (“Bəqərə” surəsi, 2\214) - Peyğəmbər belə: “Allahım, köməyin nə vaxtdır?” demişdi. Dəmir məngənədə sıxdılar, Peyğəməri də sıxdılar. O baxımdan, bu cür şeylərlə qarşılaşdığınız üçün, zənn etməyin ki, səhv iş görürsünüz. Əgər məngənədə sıxılmaq, bir mənada edilən səhvin nəticəsi olsaydı, Allah (cəllə cəlaluhu) Həzrəti Adəmi sıxmazdı, Həzrəti Nuh 20-30 nəfərlik ümməti ilə tək-tənha qalmazdı. Həzrəti Musa Misirdən baş götürüb qaçmazdı. Həzrəti Zəkəriyya mişarla iki yerə bölünməzdi. Həzrəti Yəhya öldürülməzdi, Həzrəti Məsih üçün çarmıxlar hazırlanmazdı. İnsanlığın İftixarı əkizi sayılan Kabədən, Beytullahdan ayrılmaq məcburiyyətində qalmazdı. Pis bir şey olsaydı, Allah ən sevdiyi bəndələrini bu bəlalara düçar etməzdi. Demək ki, bu yolun taleyi budur... Burada sözünü tutanlara, Allah da sözünü tutacaq... Onlara xoşbəxt bir gələcək bəxş edəcəkdir. Layiq olmayanlar da ələnəcək, saf çürükdən ayrılsın deyə...
- Edilən hücumlara eyni şəkildə qarşılıq verməmək lazımdır. “Siyon” desələr də, “miyon” desələr də, “çiyon” desələr də, “hiyon” desələr də... Eyni şəkildə qarşılıq verməmək lazımdır. Möminə də bu yaraşır. Onlara gəlincə, bunu deyənlərin mömin olduqlarını guman etməsəydim, “mədəniyyətsizlik” deyərdim. Ancaq mömin olduqlarını ehtimal etdiyim üçün “mədəniyyətsiz” deməyi belə nəzakətsizlik sayıram.
- Getdiyiniz yolu tez-tez yoxlamalısınız, müzakirələrlə, fikir mübadiləsi ilə, Quranın dəyişməz prinsipləri ilə, Sünneyi-səhihə ilə doğru olub-olmadığını yoxlamalısınız. Doğru olub-olmadığı haqda dini rəhbərlərin, üləmanın, şeyxlərin fikirlərini soruşmaq lazımdır. Şayəd bir nöqsanı varsa, aradan qaldırmaq lazımdır. Ox kimi dümdüz olmasına çalışmaq lazımdır, ox dümdüz olmasa hədəfi vura bilməz. Doğru olduğuna inandığınız şeylərdən də əsla güzəştə getməməliyik.
- Doğru və ağlayatan olan hər işdə israrlı olmaq lazımdır. Doğruda israr etməmək batilə meyil etmək deməkdir. “Dağıdaq bu məktəbləri!” – Bu, batildir!.. “Danışıqları (Açılımı) dayandıraq!” – Bu, batildir!.. Allah bunu yerdə qoymaz. Sənə aid deyil axı, bu, əmanətdir axı!.. Bu hadisəyə biganə qalmaq olmaz. Bu, eyni zamanda haqqa biganəlikdir. Müdafiə edəcəksiniz bunu, üslubunuza sadiq qalaraq hökmən müdafiə edəcəksiniz.
- tarixində yaradılmışdır.