Haqqın Şahidləri və Möminlərin Şəhadəti
Sual: "(Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və Səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?" (Nisa, 4/41) məalındakı ilahi bəyanda olduğu kimi, müxtəlif ayə və hədislərdə axirətdə peyğəmbərlərin şahidlik edəcəklərindən bəhs olunur. Həzrəti Alimu-Xabirin (c.c.) hüzurunda peyğəmbərlərin və xüsusilə, Rəsuli-Əkrəm Əfəndimizin (sallallahu əleyhi və səlləm) şahidlik etməsini necə anlamalıyıq? O biri aləmdə Peyğəmbər Əfəndimizin (sallallahu əleyhi və səlləm) bizə hüsnü-şahidlik etməsi hansı xüsuslarla bağlıdır?
- İnsanlığın İftixarı Əfəndimiz (sallallahu əleyhi və səlləm) Abdullah İbn Məsuda bir qədər Quran oxumasını buyurmuşdu. O, “Nisa” surəsindən "(Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və Səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?" (Nisa, 4/41) məalındakı fərmana gəlib çatanda Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əli ilə susmasını işarə etdi. İbn Məsud deyir ki: "Dönüb baxanda gördüm ki, Rəsulullahın gözləri dolub və yanağından yaş axır." (01.20)
- Peyğəmbərlər axirətdə öz ümməti əleyhinə də şahidlik edəcəklərmi? (03.50)
- “Nisa” surəsini dinləyərkən Şəfqət Peyğəmbərinin (əleyhissəlatu vəssələm) ağlamasının səbəbi nə idi? (07.35)
Sual: 2. "(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhamməd əleyhisəllam da) sizə şahid olsun" (Bəqərə, 2/143) məalındakı ayədə möminlərin də Haqqın şahidləri olduğu vurğulanır. Ümməti-Muhammədin şahidliyi ilə nə qəsd olunur?
- Ümməti-Muhamməd məhşərdə peyğəmbərlərə necə şahidlik edəcək? (11.50)
- Həzrəti Ömərin (radiallahu anh) rəvayət etdiyi bir hədisi-şərifə görə, Peyğəmbər Əfəndimizin (əleyhissəlatu vəssələm) yanından bir cənazə aparılarkən, oradakı insanlar cənazəni öyürlər. Bunu görən Allah Rəsulu (sallallahu əleyhi və səlləm): "Vəcəbət (Vacib oldu)" buyurur. Bir müddət sonra bir cənazə də keçir. Səhabələr onu pis sözlərlə yad edirlər. Əfəndimiz (sallallahu əleyhi və səlləm) yenə eyni sözü təkrarlayır. Həzrəti Ömər (radiallahu anh): "Ey Allahın Rəsulu! Vacib olan nədir?" deyə soruşur. Allah Rəsulu da (sallallahu əleyhi və səlləm) belə cavab verir: "Əvvəlkini xeyir ilə yad etdiniz, ona Cənnət vacib oldu. İkincisini pisliklə andınız, ona da Cəhənnəm vacib oldu. Siz Allahın yer üzündəki şahidlərisiniz." (15.18)
- Mömin kimin cənazəsində hüsnü-şahidlik etməli və kim haqqında "Yaxşı insan kimi tanıyırıq" deməlidir? Ömür boyu müqəddəs dəyərlərimizi təhqir etmiş şəxsləri xeyir ilə yad etmək doğrudurmu? (20.00)
Sual: 3) Sözlə yanaşı, hal və hərəkəti ilə də Uca Yaradanın varlığına dəlil sayılan, sadəcə varlığı belə mənsub olduğu dinin doğruluğuna höccət (dəlil) qəbul olunan və demək olar ki, daim Allahı xatırladan Haqq dostlarının hüsnü-şahidliyi barədəki mülahizələrinizi lütf edərsinizmi?
- Bir hədisi-şərifdə: "Allahın övliyaları o kəslərdir ki, baxarkən Allahı xatırladar" buyurur. Buna görə də, Cənabi-Haqqın bəzi seçilmiş bəndələrinə "Hüccətullahi aləl-aləmin", yəni "Allahın varlığına dəlil olmaq üçün dünyaya göndərilən insanlar" deyilmişdir. (23.40)
- “Tabaqat” kitablarında bir çox insan barədə: "Baxanda Allah yada düşərdi” ifadəsi işlədilir. "Səcdə edəndə səcdədə Allah təcəlli edərdi," sözü də bu insanların halını təsvir edən bir başqa ifadədir. Məsələn, Kanəbi təxəllüslü böyük hədis alimi Abdullah bin Məsləmə bir məclisə gələndə bu böyük insanın vüqarlı görünüşünə baxıb "Allah, Lə ilahə illəllah", "Sübhanallah" deyərdilər. (24.00)
- Əsərləri ilə yanaşı, mətanəti də Uca Yaradanın varlığına dəlil və sadəcə varlığı belə mənsub olduğu dinin doğruluğuna höccət olanlardan biri də Həzrəti Bədiüzzamandır. (27.30)
- Kim nə deyir-desin və kim nə edir-etsin, Allah hər şeyə şahiddir!.. (29.15)
- tarixində yaradılmışdır.