Fəthullah Gülən tərəfindən yazılmışdır. Bəm teli göndərildi
Həqiqi müsəlmanlıq
İnsana insan olduğu üçün hörmət etmək lazımdır. Onun etiraz ediləsi bir xüsusiyyəti varsa, o da əhsəni-təqvimə uyğun gəlməyən söz və davranışlarıdır. Məsələn, yalan bir ləfzi-kafirdir (küfr sözü), iftira bir ləfzi-kafirdir, qeybət bir ləfzi-kafirdir, kimisə qaralamaq, təhqir etmək bir ləfzi-kafirdir, möminə “təqiyyəçi” demək bir ləfzi-kafirdir; möminin qarasınca çirkin şeylər danışmaq, üstündən bir xətt çəkmək, hüquqlarından məhrum etmək feili-kafirdir (kafir hərəkətidir). İllah da nəyəsə qarşı çıxılmalıdırsa, bu əlfazi-küfriyəyə və əfali-küfriyəyə (kafir hərəkətlərə) etiraz edilməlidir. (00:20)
Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) buyurur: "Həqiqi müsəlman əli və dili ilə müsəlmanlara zərər verməyən insandır. Həqiqi mühacir də Allahın qadağan etdiyi şeylərdən uzaq olandır". Bəli, ideal mömin, həqiqətən, özünü silm (sülh, asayiş, barışıq), səlamət (təhlükəsizlik, əmin-amanlıq) və etimad ümmanında əritməyi bacaran və əli ilə, dili ilə heç kimə pislik etməyən insandır. (03:03)
Mömin asayiş və əmin-amanlığın timsalıdır, nə əlindən, nə də dilindən kimsəyə zərər gəlməz. “Əmanət (etibabarlılıq, etimadlılıq)” Peyğəmbər xüsusiyyətidir. Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) o qədər etibarlı insandı ki, məkkəlilər zövcələrini, qız-gəlinlərini kiməsə əmanət etməli olsaydılar, birinci Onun qapısını döyərdilər. Çünki Peyğəmbərimizin gözünə haram girməmişdi, girə bilməzdi; məkkəlilər bunu bilir, iffət-ismətinə şahid olur və Onu “Məhəmmədül-əmin” çağırırdılar. Peyğəmərimizin həyatı və əxlaqı Onun etibar və etimad mücəssəməsi olduğunu göz önünə sərir. Etibarlı olmaq, əmanətə sədaqət göstərmək, əmin-amanlıq və asayişə xidmət etmək və eyni zamanda iman yolunun sadiq yolçusu olmaq kimi keyfiyyətlər Onun şəxsində cəm olmuşdur. Cənabi-Allahın da bir adı “Mömin”dir. Çünki etimadın və etibarın mənbəyi Odur. Peyğəmbərləri etibarlılıq xüsusiyyəti ilə bəzəyən də, etimadlılıq vəsfi ilə süsləyən də Odur. Ona görə də əmniyət, etibarlılıq və iman məziyyəti möminləri peyğəmbərlərlə, peyğəmbərləri də Allahla irtibatlandırır.
Peyğəmbərlərə (ala nəbiyyinə və aleyhimussalam) sidq (doğruluq), əmanət (etibabarlılıq, etimadlılıq mənasında), təbliğ, fətanət və ismət-iffət kimi çox mümtaz vəsflər bəxş edilmişdir. Peyğəmbər yolunun yolçuları da bu ali əxlaqa yiyələnməli və bu gözəl vəsflərin mücəssəməsi olmalıdırlar. (05:05)
“Həqiqi Müsəlman əli və dili ilə müsəlmanlara zərər verməyən insandır” hədisindən belə bir nəticə çıxır: müsəlmanlar bir insanın dilindən, əlindən, görüşlərindən, düşüncələrindən və planlarından ziyan görməyəcəklərinə arxayın deyildirsə, o adam daima şəxsi mənafeyini güdərək şeytani fikirlərlə oturub-durursa, beləsini həqiqi mömin, gerçək müsəlman saymaq olmaz . (09:25)
Mömin ilk növbədə müsəlamanlar haqda, eyni zamanda insanlar barədə də sağlam görüş sahibi olmalıdır. Könüllülərin dünyaya yayılmasında məhz bu “fikirlərə hörmət” düşüncəsi mühüm rol oynamışdır. (11:00)
*Hörmət görmək istəyən hörmət etməlidir. Başqa inanca mənsub insanların vicdanlarına “Həzrəti Məhəməmədə qurban olum, Əbu Bəkirə qurban olum, Ömərə qurban olum, Osmana qurban olum, Əliyə qurban olum!” hissini aşılamağın yolu “Həzrəti Məsihə də, onun mübarək anası Məryəm validəmizə də ruhum fəda olsun! Anasına da, ona da, onun həvarilərinə də qurban olum!” deməkdən keçir. (11:46)
Bir məclisdə bir neçə musəvi ilə oturmuşduq. Həzrəti Musaya baxışmızla yanaşı, Rəsuli-Əkrəm Peyğəmbərimizin təvazökarlığını göstərmək üçün bir hadisə danışmışdım. Bir səhabə ilə bir yəhudi mübahisə edir. “Həzrəti Musa daha böyükdür!” deyən yəhudiyə səhabə – bəzi mənbələrdə həmin səhabə Həzrəti Əbu Bəkirdir – etiraz edib Peyğəmbərimizin üstünlüyünü müdafiə edir. Mübhisə qızışır və səhabə ona bir şillə vurur. Peyğəmbərimiz səhabənin Həzrəti Musanın böyüklüyünə yaraşmayan bir söz işlətdiyini öyrənən kimi dərhal məsələyə müdaxilə edir və “Məni Musa ibn İmrandan üstün tutmayın. Zira mən onun məhşər günü ərşin ətəyindən yapışdığını görəcəyəm!” buyuraraq məsələyə aydınlıq gətirir. Bu hədisi eşidən məclis əhli üzlərinə qonan “Görürsən!..” ifadəsi ilə bir-birinə baxmışdı. Bəli, mən insanların ürəyində bu qədər də olsa, Peyğəmbərimizə sevgi hissi oyatmağı özümə borc bilirəm. Ancaq unutmayaq ki, bu işdə üslub çox vacibdir. Üsluba riayət edilmədən deyilən bir söz - haqq-həqiqət də olsa - əks-reaksiya ilə qarşılana bilər.
Təmsilin gücü (inancına layiqincə əməl etməkdən meydana gələn güc), düşüncələrə hörmət və dialoq sayəsində xarici ölkələrin bəzi universitetlərində başqa dinə mənsub insanlar müsəlmanları müdafiə etməyə başlayıblar. Dünən dostlar danışdılar: xoşagəlməz söz söyləyən bir nəfərə dostlarımız cavab verməyə fürsət tapmadan rahib olan universitet müəllimi qalxıb: “Deyəsən, Həzrəti Məhəmməd haqda heç nə oxumamısan?! Həzrəti Əbu Bəkri, Öməri, Osmanı, Əlini heç tanımırsan. Nə olar bir az obyektiv olmağa çalış!” deyib. (20:30)
Çikaqodan bir professor Rəsuli-Əkrəm Peyğəmbərimizin mübarək adını xrustal qabın içinə həkk etdirmiş və: “Onu mənə siz sevdirdiniz!” deyib mənə hədiyə etmişdi. Bu, bir addımdır və bizim vəzifəmiz onların bu addımı atmasına zəmin hazırlamaqdır. (21:35)
“Günahın həddən əfzundur \ Mənə rəhm eylə, Allahım!.. / Gözüm yaşı axan xundur \ Mənə rəhm eylə, Allahım!.. / Görən nolar mənim halım \ Bitincə ta bu dərmanım, / Əzrail alınca canım \ Mənə rəhm eylə, Allahım!.. / Pənahımsan bu dünyada \ Pərişan etmə üqbada, / Yatarkən mən müsəllada \ Mənə rəhm eylə, Allahım!..” (Dikençoğlu) (23:14)
Füzuli nə gözəl deyib: “Canım canan əgər istərsə, minnət canıma \ Can nədir kim, anı qurban etməyəm Cananıma!..” (23:51