Həzrəti Davud xanədanı, Səba, sel və ağac qurdu
- İnsan başına gələn müsbət-mənfi – hər şeyi düzgün dəyərləndirib öz xeyrinə istifadə etməyi bacarmalıdır. Bu da bütün hərəkət və davranışların nəticəsini düşünməkdən asılıdır. Hərəkət və davranışlarda niyyətin ilahi rizanı qazanmaq olsa, məhz o zaman riza leysanı altında islanarsan. (00:40)
- İnsan “xoşagəlməz” hadisələrə, yaxud da “xoşagəlməz” hərkətlərə fikir verəsi olsa, onların təsirindən qurtulammaz. Əsas məsələ onların arasında gözəllikləri axtarıb tapmaqdır. (03:20)
- İbrahim Haqqı həzrətləri deyir: “Heç kimsəyə xor baxma \ İncitmə, könül yıxma \ Sən nəfsinə yan çıxma... \ Mövla görəlim neylər \ Neylərsə gözəl eylər...”. Əgər insan özündəki bəzi mənfi xüsusiyyətlərə xor baxmağı, “Necə edim ki, bunlardan yaxa qurtarım” deməyi, sırf bununla məşğul olmağı və “Əslində kənarda gördüyüm mənzərələr ətrafı çirkin görən ruhumdandır!” şəklində düşünməyi bacarsa, başqasının nöqsanlarını görməz və ancaq öz əyrilərini düzəltmək üçün yollar axtarar. (04:18)
- İnsanlığın İftixarı Peyğəmbərimiz (aleyhi əkməlüttəhaya), xüsusilə, Məkkə dövründə böyük müsibətlərlə üzləşmiş, qövmündən inkar, təkzib, əziyyət görmüş, ölümlə hədələnmiş, hətta sui-qəsdlərə məruz qalmışdır. Həmçinin ailə yaxınlarının və səhabələrin əsarətdən işgəncəyə, xəstəlikdən ölümədək bir çox sınağa çəkilməsinə şahid olmuşdur. Ancaq Rəhbəri-Əkməl Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) heç vaxt taleyindən şikayət etməmiş, əksinə bərk inciyib sıxıldığı vaxtlarda Mövlayi-Mütəala üz tutub Onun rəhmətinə sığınmışdır. Məsələn, ümidlə getdiyi Taifdən daşlanaraq çıxarılanda o amansız məkandan uzaqlaşıb bir ağacın altında əyləşmiş, vücudundan axan qana, yarılan başına, yaralanan ayaqlarına məhəl qoymadan əllərini Cənabi-Allaha açaraq bu həzin və qulluq ədəbi baxımından ibrətamiz duasını etmişdir: “Allahım zəifliyimi, acizliyimi və insanların məni həqir görməsini Sənə şikayət edirəm, ey Ərhamərrahimin! Sən həqir görülənlərin Rəbbisən, mənim Rəbbimsən... Məni kimin ümidinə qoyursan?! Özü pis, sözü pis yadlara, yoxsa yolumu kəsən düşmənəmi? Əgər mənə qəzəbli deyilsənsə, məndən razısansa, bu bəla və möhnətdən qəm yemərəm. Üstümə çökən bu müsibət, bu əziyyət qəzəbindən deyilsə, buna sevə-sevə dözərəm. Ancaq Sənin əfv və mərhəmətin daha gözəl və əngindir. İlahi, qəzəbinə tuş gəlməkdən, Səni xoşnud etməməkdən zülməti işığa qərq edən, dünya və axirət işlərini yoluna qoyan Nurlu üzünə sığınıram. Razı olanadək Səndən əfv diləyirəm! Güc-qüvvət yalnız Səndədir.”
- Haşa, biz Nəbilər Sərvərinin özünü hesaba çəkərkən işlətdiyi bu sözləri həqiqi mənada götürməməliyik, Onun özü haqqında sözlərini dilə gətirməklə belə Ona qarşı ədəbsizlik etmiş oluruq. Ancaq Onun təvazö, məhviyyət və qulluq ədəbini nəzərə alaraq məsələyə yanaşsaq, nəfsini sıxma-boğmaya saldığını, başına gələnlərin səbəbini (haşa) özündə axtardığını və Cənabi-Allahın inayətinə, vəkalətinə, qilaətinə sığındığını görürük. (07:00)
- Rəsuli-Əkrəmin Taifdən qayıdanda etdiyi minacata cavab olaraq Həzrəti Cəbrail yer üzünə enib: “Ya Məhəmməd (sallallahu aleyhi vəsəlləm), istəyirsən dağlar mələyi bu dağı taiflilərin başına uçursun!” demiş, ancaq şəfqət Peyğəmbəri tir-tir əsərək: “Xeyr! Bunların nəslindən yüz il sonra bir mömin çıxacaqsa, buna razı olmaram!” deyə inləmişdi. (11:02)
- İnsan özünü göstərməklə kimdənsə alqış görə bilər, ancaq bu gün alqışda səmimi olmayanlar sabah “Nə özü etdi rahat, nə aləmə verdi hüzur \ Ölüb getdi cahandan, dözsün əhli-qəbir” deyərlər. Halbuki, insan ömrü bu misralardakı kimi olmalıdır: “Yadındamı doğulduğun günlər \ Sən ağlardın, gülərdi bütün aləm \ Elə bir ömür keçir ki, olsun \ Ölümün sənə gülüş, xalqa matəm” (Əbu Səid Əbul-Xeyr) (15:44)
- Qurani-Kərim İnsanlığın İftixarı Peyğəmbərimizi (aleyhissalatu vəsəlləm) “usveyi-həsənə (ən gözəl nümunə)” kimi təqdim edir: “Həqiqətən, Allahın Rəsulu Allaha və qiyamət gününə ümid bəsləyənlər, Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (“Əhzab” surəsi, 33\21)
- “Usveyi-həsənə” “ən gözəl örnək” deməkdir. “Nümuneyi-imtisal” yolunda getməyə, tabe olmağa və addım-addım izləməyə layiq olan ən mükəmməl nümunə mənalarına gəlir. Kamillərin kamili İnsanlığın İftixarı bu ali vəsfin başında dayanır. Baxmayaraq ki, onun ibadətinə heç kim çata bilməz, ancaq O, heç vaxt elədiklərinə qane olmurdu. Səhərədək ibadət etdiyini görən Həzrəti Aişə anamız Ona üz tutaraq: “Sənin nə günahın var ki!” mənasında: “Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik! Allah (bununla) sənin əvvəlki sə sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir! Allah sənə yenilməz qələbə verəcəkdir!” (“Fəth” surəsi, 48\1-3) ayələrini oxuyur. Allah Rəsulu: “Mənə bu qədər nemət verən Rəbbimə çox ibadət, çox şükür edən qul olmayım?” şəklində cavab verərək özünə yaraşan mövqeyi ortaya qoyur. (17:40)
Sual: “Səba” surəsində Allah-taalanın Həzrəti Davud və Həzrəti Süleymana (ala seyyidinə və aleyhiməssalatu vəsəlləm) bəxş etdiyi bənzərsiz nemətlərdən bəhs edildikdən sonra Səba xalqı və onun başına gələn fəlakətdən danışılır. Bu qissələr arasındakı əlaqə nədir, bundan nə başa düşməliyik? (20:39)
- Səba adını qurucu şəxsin ismindən götürən Yəməndə yaşamış bir qəbilədir. Paytaxtı Mərib hazırkı Səna şəhəri yaxınlığında idi. Mədəniyyətləri dillərdə dastan olmuşdu. Həzrəti Süleymanın vəsiləsi ilə mənən də yüksələn bu xalq tədricən şirkə düşmüş, aralarında təfriqə çıxmışdır. Rəvayətlərə görə (Allah bilir) m.ö. V əsrdə məşhur Mərib (Ərim) bəndinin dağılması ilə bu ölkənin ulduzu əbədiyyən sönmüşdür. (21:09)
- “Səba” surəsində Cənabi-Allahın Həzrəti Davuda çoxlu nemət verməsindən, məsələn, “Ey dağlar, ey quşlar! Onunla birlikdə təsbeh edin, şövqlə Allahın böyüklüyünü anın” buyurmasından, dəmirin onun üçün yumşaldılmasından (ona dəmiri istənilən şəklə salma qabiliyyəti verilmişdi), küləyin Həzrəti Süleymanın əmrinə verilməsindən, istifadə edib faydalansın deyə ərimiş misin sel kimi önünə axıdılmasından, bəzi cinlərin qalaların tikintisində, hovuz böyda çanaq, ləyən və iri qazan kimi əşyaların düzəldilməsində işlədilməsindən və bunların əvəzində Davud xanədanından şükür istənilməsindən danışılır. (22:55)
- Cənabi-Allah səbalılara da çoxlu nemət vermişdi. Ancaq onlar buna şükür etməmiş, əksinə nankorluq edib küfrə düşmüşlər. Quran onlardan belə xəbər verir: “Səba (tayfasının) yurdunda (qüdrətimizə dəlalət edən) bir nişanə var idi. (Orada) sağdan və soldan (dağla əhatə olunmuş) iki bağça var idi. (Peyğəmbərləri Səba əhlinə belə buyurmuşdu:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbdir!” Lakin onlar (itaətimizdən) üz döndərdilər, Biz də üstlərinə Ərim (bəndinin) selini göndərdik. (Bunun nəticəsində yurdlarını su basdı). Onların iki (gözəl) bağçasını (tikanlı) acı meyvəli, (içərisində) yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik. Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına cəzamı verərik?” (“Səba” surəsi, 34\15-17)
- Qurani-Kərimin üslubunda belə bir qayda var: tərğiblə (təşviq etmək, istətmək) tərxib (xəbərdarlıq, tədbir gördürmək, uzaqlaşmdırmaq) bir-birini əvəz edir. Uzun surələrdə bir məqtədə (müəyyən bir mövzudan bəhs edən qısa bir bölüm) rəğbət oyatma və təşviq olanda əksər hallarda növbəti məqtədə xəbərdarlıq, tədbir almağa çağırış, pis aqibətdən qorunmaqdan bəhs edilir. Hətta ardıcıl gələn qısa surələr arasında da eyni üslub qorunub saxlanmışdır. “Səba” surəsində Həzrəti Davud və Həzrəti Süleyman (alə seyyidinə və aleyhiməssalatu vəsəlləm) qissələrində şükrə və ibadətə təşviq, Səba və sel hadisəsində isə küfr və nankorluqdan çəkindirmə və xəbərdarlıq vardır. (34:58)
- Həzrəti Süleymanın vəfatından bəhs edilən yerdə bir ağac qurdundan, Səba bəndinin dağılmasından və (çox maraqlıdır) bir siçan, yaxud da köstəbəkdən danışılır. Bu məsələyə ilk öncə bu həqiqət prizmasından baxmaq lazımdır: Cənabi-Allah çox kiçik şeylərə çox böyük işlər gördürərək qüdrət və əzəmətini göstərir, səbəb-nəticə prinsipinə görə bu cür kiçik şeylərlə böyük nəticələr əldə etməyin mümkünsüz olduğunu çatdırır, insanlara Müsəbbibul-Əsbabın varlığını hiss etdirir, böyüklüyünü ortaya qoyur. (37:00)
- Qurani-Kərimdə buyurulur: “Sonra (Süleymanın) ölümünü hökm etdiyimiz zaman onun öldüyünü ancaq əsasını yeyən bir ağac qurdu göstərdi. (Axırda) o, yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab içində qalmazdılar.” (“Səba” surəsi, 34\14)
- Qurani-Kərim bu ayə ilə ilk növbədə onu göstərmək istəyir ki, cinlər qeybi bilmirlər. Cinlər qeybi bilmədiklərinə görə, deməli, onlardan xəbər gətirənlər də qeybi bilmir, biməyəcəklər. İkinci bir məsələ: ayədə deyildiyi kimi, həqiqətən, cinlər Həzrəti Süleymanın əmrində işləyiblərmi? Bəzi müasir təfsirçilər Quranda keçən bu kimi ayələri məcaz və istiarə hesab edərək bunu həqiqət olmadığını iddia etmişlər. Məncə, Quranda keçən bu hadisələr olduğu kimi cərəyan etmişdir və ayələr məcazi deyil, həqiqi mənadadır. Gələk bizim bundan götürəcəyimiz dərsə: fikrimcə, burada dərin mənalar yatır. Məsələn, gəlin bu ayəyə baxaq: Kainat ilahi iradə ilə qurulmuş və ilahi iradə ilə “ömür sürən” sistemlər məcmusudur. Heç bir sistemdə zərrə qədər təsadüfə yer yoxdur. Həzrəti Süleymanın (aleyhissalam) söykəndiyi əsanı qurdların yeməsi hadisəsi həm həqiqətdir, həm də təsadüf deyildir. Çox güman ki, Quran bununla demək istəyir ki: Süleymanın da səltənəti bir gün mütləq dağılacaq. Belə ki, həqiqətən onun vəfatından sonra səltənəti dağılmış, xalq bölünüb parçalanmış, millət təkrar Həzrəti Davuddan əvvəlki qarışıq illərə qayıtmışdır. Bəli, heç gözləmədiyiniz bir vaxtda dağlar qədər əzəmətli səltənətlər belə yerlə-yeksan olar, yerində yel vurub yengələr oynayar.. bu səltənətə bağlı insanlar da özlərini yeni bir mərhələnin eşiyində görərlər.(40:55)
- Qərbdə İslamofobiya olduğu kimi, bəzi insanlarda da “camaatfobiya” var, hətta bu fikirləri ilə başqlarına da təsir edirlər. Ah kaş biləydilər: bunu “camaat”, “hərəkət”, “hizmət” etmir, edən Allahdır. Ona minlərlə həmd-səna olsun ki, bu yeni nəslə belə gözəl işlər gördürür. (45:25)
- tarixində yaradılmışdır.