Hicrət, Ricət və Müqəddəs Hüzn
Sual: Bir mömin, iləyi-kəlimətullah (Allahın adının ucaldılması) məqsədi ilə bir diyara hicrət etdikdən sonra müəyyən səbəblərə görə geri dönsə, bu qayıdış talesiz bir ricət (geriyə dönmə, qayıtma) sayılır, yoxsa yeni bir hicrətmi? Bir köçün Haqq dərgahında hicrət qəbul edilməsi hansı xüsuslara bağlıdır?
- Merac səmaya doğru bir köç idi, hicrət də bir yönü ilə onun kölgəsi və muradi- ilahi niyyəti ilə bir yerdən daha önəmli bir yerə köçdür. (01.20)
- Peyğəmbər Əfəndimiz (s.ə.s.): "Həqiqi mühacir günahlardan hicrət edən, Allahın qadağan etdiyi şeylərdən uzaq olan kimsədir" buyurur. Başqa sözlə, ən böyük mühacir günahlardan uzaqlaşan və Allahın qadağan etdiyi şeylərə girmə ehtimalı olan yerlərdən uzaqlaşıb halallara açıq məkanlara sığınan insandır. Bu baxımdan, günahları tərk etməkdən, qiyamətə qədər davam edəcək olan haqq yolundakı səfərlərə qədər bütün müqəddəs köçlər hicrət çərçivəsində dəyərləndirilə bilər. (02.55)
- Yola çıxarkən eyni səviyyədə xalis bir niyyətə müvəffəq ola bilməyib Allah rizası yox şan, şöhrət, mal, mülk kimi dünyəvi mənfəətlər əldə etmə məqsədi güdənlər üçün də fürsət tamamilə əldən çıxmış deyil. Onlar da, hicrət kimi əməllərdə əvvəlcədən niyyət şərt olmadığına görə, niyyətlərini yeniləyərək hicrət savabını əldə edə bilərlər. Bir insan ömründə nə vaxt Allahın rizasını və Rəsulunun şəfaətini umaraq dinin tanıdılması uğrunda köç edir-etsin, mühacir olaraq dəyərləndirilə biləcəyi kimi, başda hicrət niyyəti olmasa da, daha sonra niyyətini yeniləyənlər də, inşaallah, mühacirlər sırasında sayılacaqlar. (05.40)
- Əshabi-kiram əfəndilərimizin etdiyi kimi, dövrümüzün mühacirləri də, geri dönmə təlaşına düşməmə, getdiyi yeri tərk etməmə və ona verilən vəzifəni yarıda buraxıb oradan ayrılmama əzmi ilə hicrət etməlidirlər. Dönmək bir tərəfə, onlar hicrət etdikləri yer xaricində, başqa bir yerdə vəfat etməkdən belə qorxmalı, başqa yerdə ölməyi hicrəti natamam buraxma olaraq görməlidirlər. (10.16)
- Hicrət yurdu ancaq başqa bir hicrət diyarı niyyəti ilə tərk edilə bilər. Bu yola özünü fəda etmiş bir ruh, tərcih və qərarlarını öz tərcih və qərarlarından üstün saydığı, sözlərinə etimad etdiyi rəhbərlərinin, dostlarının və yoldaşlarının vəzifə və yer dəyişikliyi mövzusundakı tövsiyələrinə uyub onların qərar verdikləri başqa bir diyara gedə bilər. Yeni göndərilən yerə gedərkən yenə də "ölümə qədər hicrət diyarından ayrılmama" əsasına sadiq olaraq niyyətini nəzərdən keçirməlidir. Bu əsasa bağlı qalan bir insan, hər köçü ilə yeni bir hicrət savabı qazanar. (14.33)
- Sad İbni-Əbi Vaqqas (r.a.) “Vida Həcci” ilində Məkkədə şiddətli bir xəstəliyə tutulmuşdu. Orada vəfat etməkdən çox qorxmuş və ziyarətinə gələn Peyğəmbər Əfəndimizə (s.ə.s.) belə demişdi: "Ya Rəsulullah! Yoldaşlarım gedəcək, mən burdamı qalacağam; yoxsa mən buradamı öləcəyəm?" Allah Rəsulu (s.ə.s.) də ona: "Xeyr, sən burada qalmayacaqsan. Allahdan elə ümid edirəm ki, hələ uzun illər yaşayaraq Allah rizası üçün gözəl işlər görəcək və yüksələcəksən; bəzi insanlar (möminlər) səndən fayda, bəziləri də (kafirlər) zərər görəcəklər," -demiş; "Allahım! Səhabələrimin hicrətini tamamla! Onları geri qaytarıb hicrətlərini natamam qoyma!" -deyə dua etmişdi. Sad İbni-Havlənin Məkkədə ölməsinə kədərləndiyini də ifadə buyuran Əfəndimiz (s.ə.s.) sözlərini belə bitirmişdi:"Təəssüflər olsun ki, acınacaqlı halda olan Sad İbni-Havlədir!" (16.08)
Sual: Bir hədisi-şərifdə Qurani-Kərimin hüznlə endiyi və hüznlə oxunmalı olduğu buyurulur. Quranın hüznlə enməsi nə deməkdir? Hüznü- müqəddəsdən məqsəd nədir?
- İnanan bir insanın da müəyyən qorxuları ola bilər, bəzən bəzi təşvişlərin əsarətinə düşə bilər. Lakin onun qorxu və təşvişləri dünyəvilikdən çox uzaqdır və müqəddəs bir hüzn çərçivəsindədir. Çünki qorxu və təşvişlərin arxasında, mücərrəd, quru bir imana etimad etməmə duyğusu və imanı daha etibarlı bir təminat altına alma ehtiyacı vardır. İnsanın öz əməlinə güvənməməsi, imanını qoruma altına almaq üçün əmin yollar axtarması və daim səndələyib yıxılma ehtimalı ilə Cənabi-Haqqın rəhmətinə sığınması da yenə imandan qaynaqlanan bir hüzndür. (21.30)
- Bir insanın axirətindən və aqibətindən qorxması çox əhəmiyyətlidir. Çünki bu qorxu onu Allaha yönəlməyə və günahlara qarşı hazır olmağa sövq edər; gələcəkdə təhlükəli hallara məruz qalmaması üçün gözü açıq olmasını təmin edər. (22.14)
- Cənab-Allah bir qüdsi-hədisdə: "İki qorxu və iki əmniyyəti bir yerdə verməm" buyurur. Bəli, dünyada axirətindən qorxmayan və ona hazırlıq görməyənlər orada qorxudan əzab çəkəcəklər; burada xof (qorxu) içində yaşayanlar isə axirətdə əmniyyət və hüzur içində olacaqlar. (25.25)
- Aqibətdən qorxma dərəcəsi imanın dərəcəsini də göstərir. "Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər. Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər" (Muminun, 23/60-61) məallı ayə ilə əlaqəli Həzrəti Aişə anamız (r.a.) buyurur ki: “Bu ayə nazil olanda: "Qorxudan tir-tir titrəyənlər zina oğurluq, içki kimi haramlara girənlərdimi?" -deyə Rəsulullaha soruşdum. Allah Rəsulu: "Xeyr ya Aişə, ayədə deyilənlər namaz qıldığı, oruc tutduğu və sədəqə verdiyi halda əməlinin qəbul olmamasından qorxan, tir-tir titrəyənlərdir"-buyurdular. (26.10)
- İnsan həyatının son dəqiqələrində belə o son anları dəyərləndirib Allaha yönəlib xilas ola bilər. Dolayısilə, qorxuları körükləyən hadisələr və günahlar qarşısında ümidsizliyə düşmək və bədbinliyə qapılmaq deyil, əsas olan ümid duyğusu ilə tövbəyə və saleh əməllərə möhkəm yapışmaqdır. Bir müsəlman Allahın geniş rəhməti varkən qətiyyən ümidsisliyə düşməz; Cənabi-Haqqın rəhmətinə təvəccöh edərək, itirdiklərini qazanmağa və qaçırdıqlarını əldə etməyə çalışar. (27.30)
- Hüznü-müqəddəs və Həzrəti Əli (kərrəməllahu vəchəhu) ... (27.50)
- Allah Kəlamına müxatəbləri çərçivəsindən baxsaq, Qurani-Kərimin səmadan insanlar üzərinə sanki ağladığını görərsiniz. O, bir tərəfdən Cənnəti, bir tərəfdən də Cəhənnəmi göstərərək daim "Aman, aman, aman!.." deyə inildəyir. (30.47)
- Quranla münasibətimiz baxımından əsl məsələ qəlb, şüur, iradə, idrak və hislərimizlə ona yönələ bilmək və mənliyimizin bütün yönləri ilə onu duya bilməkdir. Məhz belə bir yönəlmə və hiss sayəsində Allahın (c.c.) bizə səsləndiyini hiss edər, suya və ziyaya qovuşmuş rüşeymlər kimi birdən-birə boy atarıq. Oxuduğumuz ayənin hər sözündə, hər cümləsində fərqli dərinliklərə dalar; eyni zamanda bir yöndən ruhumuzun atlasını tamaşa edərkən, digər tərəfdən də səmaların xəritəsini müşahidəyə nail olarıq. (31.55)
- Allah Rəsulu (s.ə.s.) buyurur ki: "Bu Quran hüznlə enmişdir. Onu oxuyarkən ağlayın. Əgər ağlaya bilmirsinizsə, özünüzü ağlamağa məcbur edin". Buna əsasən, gözəl xislətə sahib olmada əvvəlcə süni atılan addımlar təbii görülməlidir. Başda insan bir az çətinlik çəkə bilər, təkəllüflərə (külfətə girmə) girə bilər. Lakin unutmamaq lazımdır ki, hər taət təkəllüfün qoynunda boy atar, inkişaf edər, kök salar və bir çinara dönər. Bəli, insan fitrətinin bir məsələ qarşısında boyun əyməsi və onu qəbul etməsi bir az zorlama və bir az süniliklərlə(təkəllüf) mümkün olar. (33.08)
- Həzrəti Ustadın namazı duyma səyi və Allah hüzurundakı halı... (33.42)
- tarixində yaradılmışdır.