İlk Günlərdəki Qardaşlığın Qatilləri
Sual: İman həqiqətləri ilə ilk dəfə tanış olduğu günlərdəki şövq və həyəcanla vəzifələrini yerinə yetirən və nümunəvi bir qardaşlıq nümayiş etdirən insanların zaman keçdikcə bir-biriləri ilə çəkişməkdən İslamı təbliğ etməyə vaxt tapa bilməyəcək hala gəldikləri görünür. Çiyin-çiyinə olduğumuz insanlar ilə yaxşı keçinə bilmə təlaşından xilas olub "Ey keçən günlər!.." deyə xatırlanan vaxtlardakı ülfət səviyyəsini bir daha yenidən əldə edə bilməmiz hansı necə mümkündür?
- Keçmişin gözəlliklərini yad edərkən bu günümüzü tamamilə qaralamamalı və bugünkü nemətləri görməməzliyə vurmamalıyıq. (02.00)
- İki kanal var; birindən nur axır, digərindən kir. Bu gün nur axıdan kanalın dibi hər gün dərinləşərkən şeytanın kirli kanalları da nəcasət püskürməyə davam edir. (02.50)
- Həqiqi bir möminin özü haqqındakı təqdirlər, mədhlər, alqışlar və hətta özündən bəhs edən kitablarla əlaqəli mülahizələri necə olmalıdır? (07.15)
- "Ey keçən günlər!.."də hər şey orijinal idi... (08.30)
- Xoca Əfəndinin dinlədiyi ilk Risalə dərsi və dərs verən insanın səmimiyyəti... (10.53)
- Hüzurda həmin yerin ab-havasına girirsən. Cənabi-Allahın hüzurundan Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) hüzuruna, ondan da Haqq dostlarının məclislərinə qədər hər bir hüzurun bəlli ölçüdə və səviyyəsinə görə bir ruhani havası, atmosferi var. (14.10)
- Təəssüf ki, o günkü orijinallıq, hər şeyi adi görməyə, qeyri-ciddiliyə, məsələləri hər zaman söhbəti-Canana gətirməməyə və Quran həqiqətlərini müzakirə üsulu ilə daha dərindən oxumamağa qurban getmişdir. (16.47)
- Əvvəllər dost-tanışlar dairəsi dar idi; hər kəs bir-birinə hayan ola bilir və nəzarət edə bilirdi. Ancaq dairənin genişlənməsi ilə mütənasib olaraq dost-tanışları ilə tez-tez görüşüb onların dərdləri ilə maraqlanacaq keyfiyyətdə insanlar yetişdirmək mümkün olmadı. (18.20)
- Keyfiyyətli insan olmağın əsasları nələrdir? (19.33)
- Qardaşlıq, vifaq və ittifaq dünyəvi və axirətlə əlaqəli hansı səmərələri nəticə verir; Allaha yaxınlığın şərti nədir? (21.12)
- Günümüzdə çox müxtəlif düşmənçilik və münaqişə səbəbləri olduğuna görə millətin hər fərdinə "Təlifi-beyn" (ara düzəltmək)vəzifəsi də düşür. "Təlifi-beyn" ara düzəltmə, barışdırma, uzlaşdırma və ədavəti aradan qaldırma deməkdir. Məncə istər özəl, istərsə də rəsmi müəssisələrdə bir təlifi-beyn şöbəsi olmalı və bu heyət hər kəsi yaxından təqib edərək incikliklərin, küskünlüklərin və bir-birindən uzaqlaşmaların qarşısını almalıdır. (23.53)
- Bir anlıq qəzəblənərək buna görə dostlarından inciyən və başqa bir evə çıxmaq üçün ayrılan üç tələbə... (25.57)
- Qardaşlığın mayası ixlasdır. İxlaslı insanlar səs-küy çıxarmazlar. Qardaşlığın ən şiddətli düşməni isə hər hesabın nəfsə görə aparılmasıdır.. (30.52)
- Haqqı təbliğ vəzifələrinə ləkə salanlar VALLAHİ, BİLLAHİ, TALLAHİ İLAHİ CƏZAYA DÜÇAR OLARLAR.. burada olmasalar da axirətdə bunun qat-qat ağır olanını cəhənnəmdə Allah onların qarşısına çıxarar. (35.23)
- tarixində yaradılmışdır.