İnsanlıq Onunla yenidən dirilir
Sual: Bu ilki Müqəddəs Doğum proqramları üçün "İnsanlıq Onunla Yenidən Dirilir" başlığını seçdiniz. Rəsuli-Əkrəm (s.ə.s.) Əfəndimizin yer üzünü şərəfləndirməsini daha dərincə hiss edə bilmə baxımından, Mövlud Qəndili münasibətiylə, məscidlərdə ya da böyük salonlarda təşkil olunan proqramlar haqqındakı düşüncələrinizdən bəhs edə bilərsinizmi? Müqəddəs Doğumu xüsusilə fərdi planda gerçək bir dirilişin başlanğıcı olaraq qiymətləndirmənin yolları nələrdir?
- İnsanlığın İftixarı Peyğəmbərimizin (s.ə.s.) doğumu, bütünlüklə insanlığın da yenidən doğumu sayılır. Onun dünyanı şərəfləndirəcəyi günə qədər ağın-qaradan, gecənin gündüzdən, gülün də tikandan fərqi yox idi; dünya sanki ümumi bir matəmxana, varlıq da eynilə bir xaos idi. Onun varlığın üzünə saçdığı nur sayəsində, zülmət ziyadan ayrıldı, gecələr gündüzə çevrildi, kainat kəlmə-kəlmə; cümlə-cümlə, fəsil-fəsil oxunan bir kitab halına gəldi.. və hər şey sanki yenidən dirildi və gerçək dəyərini tapdı. (02.50)
- Bütün insanlığın borclu olduğu Rəsuli-Əkrəmə, öz qamət-i qiymətinə uyğun bir viladət(doğum) günü, viladət həftəsi, viladət ayı ilə minnətdarlığımızı təqdim edə bilmədik.. təqdim etmək bir yana, Onun qapı qullarına göstərilən hörmət ölçüsündə Ona olan vəfa borcumuzu əda edə bilmədik. Aylar, illər və əsrlər boyu Onun üçün bayramlar tərtib edilsə, hər gecə Onun üçün yüzlərlə, minlərlə nətlər oxunsa, yenə Onun haqqı ödənə bilməz və Onun üçün nəysə edildiyi deyilə bilməz. (05.15)
- Hər kəsin öz hissini, öz üslubuyla səsləndirməsinə etiraz etməmək lazımdır. (07.00)
- Mövlud qəndiliylə əlaqəli proqramlarda, məntiq və mühakimə hiss və həyəcan ilə birləşdirilərək həm ağıl həm də qəlb doyurulmalıdır. Amma təəssüf ki, bu gün bunu bacara biləcək könül insanlarının sayı çox azdır və ağılını qəlbinə qurban etmiş Peyğəmbər aşiqlərinə hər zamankindən daha çox ehtiyac vardır. (11.40)
- Həyatım boyu ən çox kədərləndiyim şeylərdən biri Allah Rəsulunun hüzuruna getdiyim vaxt oradaca yıxılıb ölməməyimdir. (13.03)
- Müqəddəs Doğum proqramlarının məzmunu necə olmalıdır? Orada hansı mövzulara yer verilməlidir? (18.00)
- Mövlud qəndilini xüsusi ilə fərdi planda gerçək bir dirilişin başlanğıcı olaraq qiymətləndirmənin yolları nələrdir? (22.38)
- Gəlin, heç olmazsa o gecə bir Əbu Bəkir olaq, Allah Rəsulunu məmnun edək!.. (23.35)
- İnsan nə olursa olsun bir yol tapıb, Mövludu hər il daha fərqli duymağa çalışaraq, Allah Rəsulunun viladəti münasibəti ilə bir də yenidən doğulmalıdır. (25.11)
- Müşfiq Nəbi, çox vaxt adının xatırlandığı yeri mövcudiyyətiylə şərəfləndirir; hələ Peyğəmbər sevgisi ilə könüllərin yumşalıb gözlərin yaşardığı məclislərdə Onun olmaması düşünülə bilməz. (26.15)
- Rəhbər-i Əkməl (sallallahu aleyhi və səlləm) hər yerdə birliyinin başındadır... (27.07)
- tarixində yaradılmışdır.