İnsi Şeytanlar
Sual: Qurani-Kərimdə insi ve cinni şeytanlara diqqət çəkilir və şeytanların öz dostlarını qızışdırdıqları ifadə edilir. "İnsi şeytan" ifadəsi sadəcə bəzi pis insanları xarakterizə etmək üçün istifadə edilən bir təşbehdirmi, yoxsa, bəzi insanlar ilə şeytanlar arasında bilmədiyimiz bir əlaqə varmı?
- "Quran oxumaq istədiyin vaxt, o qovulmuş şeytandan Allaha sığın." (Nəhl, 16/98) məalındakı ayəti-kərimə, İlahi Bəyandan tam istifadə edə bilmənin əsasən istiazəyə (Allaha sığınmağa) bağlı olduğunu ifadə edir. (00.45)
- Şeytanın xislətində hər kəsi özünə bənzətmək istəyi var. (02.35)
- İblis cinlərdən idi; Rəbbinin əmrindən kənara çıxdı. (03.33)
- Şeytana hər hansı bir hərəkəti birbaşa istinad etmək doğru deyil; onun işi sadəcə təşviq və günah işləməyə sövq etməkdir. (06.57)
- İnsanın mahiyyətində, qəlbində şeytanı güldürən(sevindirən) boşluqlar nələrdir? (08.40)
- Şeytanın ən əsas silahı şəhvani duyğuları təhrik etməsidir. (11.22)
- Şeytanın da özünə görə bir hüzuru ve boyaları vardır. Peyğəmbərlərin və saleh qulların boyanmaları nurani olur; şeytanın ve yoldaşlarının boyanmaları isə qətran qarası şəklində olur. (14.25)
- Şeytan bəzi insanların damarlarında qan kimi dövran edir. İblis dayanmadan vəsvəsələrini üfürər və onun insi havadarları da bu üfürmələri səsə çevirirlər. (16.28)
- Şeytan bəzi kimsələrin ətrafında pis bir aura yaradar, orada qeyri-ciddilik havası əsdirər, batili təsvir etdirər və insanın mahiyyətindəki şəhvət və qəzəb duyğularını hərəkətə gətirər; beləcə toruna saldığı o insanların fikrlərini alt-üst edər, başlarını döndürər. (20.27)
- Şeytanın ən böyük hiyləsi dostlarına özünü inkar etdirməsidir. Onlara hər cür pis işləri gördürür və sonra da "Elə bir şey yoxdur!.." dedizdirir. (21.25)
- Müşriklər Peyğəmbər Əfəndimizə (s.ə.s.) tələ qurmaq üçün Darun-Nədvədə toplandıqları vaxt, Şeytan da Nəcidli bir qoca cildinə girərək orada iştirak etmiş və dostlarına yol göstərmişdi. (25.33)
- Bundan sonra da Şeytan bəzi köməkçilərini mütləq təhrik edəcək və möminlərin üstünə hücum etdirəcəkdir. Bu gün bəzı kimsələrin, inanan insanların dünya miqyasındakı xeyirli fəaliyyətlərini görməməzlikdən gəlmələri və möminlərin bir nöqsanlarını tapıb qiyamət qoparmaq üçün fürsət axtarmaları da Şeytanın təhrikləri səbəbilədir. (27.54)
- tarixində yaradılmışdır.