İntihar

Sual: Qərb toplumunda sosial bir fəlakətə çevirən "intihar", təəssüf ki, müsəlmanlar arasında da yayılmağa başladı. Dinimizin intihara və müntəhirə (özünü öldürənə) münasibəti necədir? Bəzi inanclı insanların da intihara meyil göstərmələrinin kökündə dayanan amillər və problemlər nələrdir?

  • Can (ruh) və bədən insana verilən ən böyük əmanətlərdəndir. Başqasını öldürmək bütün insanlığı öldürmək qədər böyük bir cinayət olduğu kimi, insanın özünü öldürməsi də belə bir cinayətdir. (01.00)
  • Hərbi xidmətin müddəti bitmədən ordunu tərk edən bir əsgər kimi, sahibi tərəfindən tərxisi imzalanmadan həyat vəzifəsini tərk edən bir insan da fərari sayılır və onun ömür boyu etdiyi əməllər puç olmağa məhkumdur. (03.22)
  • Müvəqqəti mənəvi böhranın təsiri ilə intihara təşəbbüs edən insanlar haqqında hüsnü-zənn etmək əsasdır. Əksər İslam alimlərinə görə, intihar edən dindən çıxmaz; hətta intihar edənin cənazə namazı da qılınar. (06.00)
  • Allah Rəsulunun (s.ə.s.) intiharla əlaqəli mühüm açıqlamaları vardır. O, döyüşdə aldığı yaraların ağrısına dözə bilməyib özünü öldürən Quzman adlı şəxsin cəhənnəmlik olduğunu bildirmişdir. Mövzu ilə bağlı başqa bir hədisi-şərifdə isə, intihar edənin nə ilə və necə intihar edibsə cəhənnəmdə bu formada cəzalandırılacağını xəbər vermişdir. (07.05)
  • Mömin ölərkən də Cənabi-Haqqın muradını arzulamalı; dünya həyatında başına gələn hər müsibətə dözüb səbir etməli və O (c.c.) "Artıq gələ bilərsən!" demədən o biri dünyaya getməyi əsla düşünməməlidir. (08.40)
  • "Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!" (Ali-İmran, 3/102) məallı ayə mətnaltı mənada insanın özünü öldürməsini qadağan edir. (09.01)
  • "Mənalı intihar" pərdəsi altında Qərbdən sirayət edən canilik.. və "canlı bombalar"ın böyük günahları... (09.39)
  • "Müsəlman terrorist ola bilməz, terrorist də həqiqi bir Müsəlman ola bilməz!" sözündəki əsas məqsəd nədir?(11.34)
  • İşi görən kim və hədəfi nə olur-olsun, hər intihar hücumu dörd dərəcəli bir cinayətdir. Üstəlik bu cinayət "müqəddəs" sayılaraq, din adına edilirsə, bu daha təhlükəlidir və əgər müxtəlif dərmanlarla və beyinlər idarə edilərək qeyri-iradi edilmirsə, buna səbəb olanların o bir aləmdə qurtuluşu qeyri-mümkündür. (14.19)
  • İntihar ən axırda İslam aləminə də girdi, ancaq çox pis girdi. Bunun dəhşətini dərk etmək üçün hər gün onlarla, yüzlərlə insanın öldürüldüyü İraqa baxmaq qənaətimcə kifayətdir... (19.34)
  • Cənnəti yer üzünə endirmək üçün edilsə də, intihar İslamla və Quranın ruhu ilə izah edilə bilməz. "Canlı bomba" və ya "intihar təcavüzkarı" ad altında qan tökənlər bu cinayətlərini Əsri-Səadətdən bu günə qədər bütün böyüklərin təsdiqini alaraq həyata keçirsələr belə, onlara deyəcəyim yeganə sözüm M. Akifin bu misrasıdır: "Kabul ederse cehennem ne mutlu, amca sana!" (22.47

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.