Neçə Nəfərin Qatilisən?!...
Sual: Bəzi möminlərin vəsiləsi ilə İslamı tanıyan, ya da İslama xidmət dairəsinə daxil olan insanlar onların tanış olma mərhələsində müşahidə etdikləri həssas müsəlmanlığı və nəzakəti işin içinə girdikdən sonra hər kəsdə eyni səviyyədə görə bilmədiyinə görə onların xəyalları puç olur. Bəziləri də bir qisim mənfi nümunələri ümumiləşdirib sələfləri və yol yoldaşları haqqında bəslədikləri hüsnü-zənni itirmələri nəticəsində dərin bir ümidsizliyə düşürlər. İnsanların ümidlərini puç etmənin də günahı varmı? Bu mövzudakı mütaliələrinizi lütf edə bilərsinizmi?
- Bəziləri tanış olma mərhələsində gördükləri gözəl təmsili, ya da xəyal etdikləri nümunə insanları daha sonralar xəyal və ümidlərinə müvafiq müstəvidə görməyə bilərlər. Lakin şəxslərin xətalarını dilə gətirib buna görə məsafəli davranmaq və bəzi qüsurlara görə bir çox gözəlliyi görməməzliyə vurmaq da böyük bir yanlışlıqdır. (01.45)
- Təmsilçilər beyti-Xuda olan qəlblərini əldən gəldiyi qədər təmiz saxlamağa, daxili aləmlərini təmizləməyə çalışsalar... Könüllərindəki xəşyət duyğusunu hal və hərəkətlərinə əks etdirməyə çalışaraq rəhbərlik etdikləri şəxslərin xəyallarını puç etməsələr!.. (02.50)
- Qüsurları aradan qaldırma mövzusunda Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) üslubu tətbiq olunmalı; insanların səhvləri üzə vurulmamalı, onların doğru yolu tapa bilmələri və kamil bir müsəlman olmaları üçün mülayim bir əda ortaya qoyulmalıdır. (04.42)
- İffət abidəsi Həzrəti Cüleybib və Nəbəvi xəbərdarlıq... (05.10)
- Bütün xəta və qüsurları örtəcək gözəlliklər və Həzrəti Nuaymana şəfaət nəsib edən xüsusiyyət... (11.15)
- Mənəvi rahatlıq verəni götür, kədərləndirəndən uzaqlaş!.. (15.25)
- Əsl və zilli (kölgə) ehtida (İslamı qəbul etmək, doğru yola gəlmək) nə deməkdir? "Əsl ehtida" və "zilli ehtida" təbirlərinin təhlili... (16.48)
- Rəhbərlər üçün çox əhəmiyyətli bir əsas: Başdan: "Qüsurlu nəslin nümayəndələrindən biri olan bu qardaşınıza baxıb İslama onunla baxmayın; siz Dini-Mübinin tayı-bərabəri olmayan gözəlliklərinə Rəsuli-Əkrəmin həyatına və sələfi-salehinin dastanlara sığmayan sərgüzəştlərinə baxın!.." deyə istiqaməti bu həqiqətlərə çevirmək lazımdır. (19.05)
- Neçə nəfərin qatilisən!.. (23.33)
- Baxışı bir nöqtəyə cəmləmənin və nəsə tapma ümidi ilə baxmanın özünəxas kəraməti var. İstifadə etmək istəyənlər dost və yoldaşlarına hüsnü-zənlə baxmalıdır. (25.00)
- "Şaki" damğasını qırx il boyunca gördüyü halda, bağışlanma ümidini itirməyən vəfa qəhrəmanı.. (26.53)
- tarixində yaradılmışdır.