Özüm kimi dönəcəyəm!..
Bu bəraət qərarı ilə Türk Məktəblərini ziyarət etməyin cinayət sayıla bilinməyəcəyi də rəsmiləşdirilmişdir.
İddianaməni hazırlayanlar, nə bilirlərsə və çoxu da montaj lentlərdən nə tapmışlarsa, " ehtiyat olaraq əlimizdə bəzi şeylər qalsın, bəlkə, onları da gələcəkdə istifadə edərik" -demədən hamısını istifadə etmişlər. İndi məhkəmənin qərarı "Bunların hamısı boş,mənasız şeylərdir" mənasını verdi. Bir insan üçün deyilə biləcək hər şeyi süni yolla, montajlarla demişdilər. Beləcə, bütün sərmayələrini birdən istifadə etdilər. İstifadə etdikləri o sərmayə ilə də müflisləşdilər. Artıq məsələ şəxsi məsələ çərçivəsindən çıxmışdır; bir heyət məsələsi, bir hərakatın məsələsi, ya da bütün Türk cəmiyyətinin məsələsidir, yəni milyonlarla insanın əzmini, cəhdini, əməyini ortaya qoyduğu, davamlı o niyyətlə oturub qalxdığı məsələyə çevrilmişdir. Bu baxımdan onların bütününü fərəhləndirmək, rahat hərəkət etmələrini təmin etmək kiçik bir hadisə deyil. Şəxsə (fərdə) aid yönü ilə əhəmiyyətsiz olsa belə, ümumiyə baxan yönünə görə kiçik deyildir.
Biz ətdən,sümükdən ibarət varlıqlarıq, başqa sözlə, iyun fırtınasından və məhkəmə müddətindən təsirlənmədiyimi söyləsəm,həqiqətə zidd bir bəyan olar. Amma Allaha imanımız var. Bəli, iman təslimi, təslim təvəkkülü, təvəkkül də iki cahan səadətini nəticə verər. O iman sayəsində "Allahım var, bu günümü zülmətə çevirə bilərlər, amma:” Sabah aydınlıq!" deyə bilər insan. Mütləq əhvalımızı pozan şeylər olmuşdur; o olmuşdur, bu olmuşdur; bəlkə, bəzi şeyləri Allaha həvalə etmə kimi şeylər də olmuşdur, lakin faydasız işlərə girilməmişdir, təlaşa qapılma olmamışdır. Bəlkə sizə hörmətlərindən sevgilərindən ötəri təlaş yaşayan insanların təlaşı da ortadan qaldırılmağa çalışılmışdır.
Lakin etiraf etməliyəm, bu dövr mənim üçün çox sıxıntılı oldu. Ciddi bir şey edə bilmədim, öz kitablarımla məşğul ola bilmədim, yoldaşlarımızla orada izlədiyimiz kimi gündə dörd beş saat kitab müzakirə edə bilmədim. Bir tərəfdən, doqquz on ilim bihudə keçdi, israf oldu. Başqa sözlə də, bunlar mənim ən ağır illərim oldu, iztirab illərim oldu.
Mən İranlı deyiləm ki, Xomeyni olum. Onun iddialarını heç bir zaman daşımadım ki, Türkiyəyə Xomeyni kimi dönüm.
Elə təvazödən, mahviyətdən( təvazönün yüksək pilləsi) ötrü deyil, təbiətimə xas bir xəcalətdən ötrü öz evimizə gedərkən belə: "Filan tələbə gəldi" -deyərlər, pəncərələrdən baxarlar, məni görərlər,- deyə düşünər və bundan sıxılardım. Onun üçün, məni kimsə görməsin deyə evimizə həmişə gecə gedərdim. Rəhmətlik atam haqqımda deyərdi ki: "Bizim oğlan leylək kimidir, gecə gəlir, gündüz onu qapının qarşısında görürsünüz." Bu, təbiətimə xas bir xüsus.
Həyatımda heç bir yerə elə gurultulu, səs-küylü gedib gəlmədim. Heç qarşılanma istəyində olmadım. Buna görə, nə xarakter , nə təriqət , nə də ölkə baxımından Xomeyni ilə heç bir zaman bir əlaqəm olmadı.
Dünyanın dörd bir tərəfinə getmiş yoldaşlarımızın heç birisi elə bir dəbdəbə arzulamadı,gələrkən elə bir qarşılanma mərasimi gözləmədi. Adlarından, özlərindən bəhs edilməsini istəmədi. Onların hamısı bir məchul qəhrəman olaraq qaldılar olduqları yerdə. Bu bizim ümumi əxlaqımızdır. Allahla münasibətimizin bir növ bizim həyatımıza aks etməsidir. Məhəmmədi ruhun (s.ə.s) gərəyidir. Bu baxımdan, belə iddialar çox xoşagəlməzdir. Məni Xomeyniyə bənzədənlər bir gün çox utanacaqlar!..
Ölkəmizin əlli-yüz yerindən gətirilmiş torpaq parçaları var otağımda, mən onları qoxulamaqla təsəlli tapıram. Mən öz ölkəmin övladıyam; xaricdən idxal edilmiş və millətin başına bəla olmuş tüfeylilərdən deyiləm. O ölkənin övladıyam mən. Onun bir ovuc torpağını dünyalara dəyişmərəm. Bütün Amerikanı versələr, Qorucuq kəndi yoxsul bir kənddir, mən o kəndi vermərəm. Ruhi halətim budur. Lakin bir şey var: Mənim inandığım bir yol var, bir xidmət var, İslama xidmət var və ölkəmdə narahatlığın olmaması, hələ dinə qarşı çıxılmaması. Bunlardır mənim qayəm, düşüncəm, fikrim, məfkurəm.
Əgər gedişiniz sizin üçün orada bəzi problemlərə səbəb olacaqsa, hər şeyə baxmayaraq, orada gözəl niyyətlə çalışan insanların işlərini çətinləşdirəcəksə, həlli müşkül problemlərə səbəb olacaqsa, məncə, müvazinətli hərəkət etməyiniz, vaxtını, gediş keyfiyyətini sizin təyin etməniz lazımdır. Və ya o ümumi plana görə necə hərəkət edəcəksinizsə, onu sizin təyin etməyiniz lazımdır. Bunlar yenə sizin ruh halətinizə və Allahla münasibətinizə görə edəcəyiniz işlərdir.
Yəhya Kamalın bir şeirində deyildiyi kimi: "Bizdən olmayanlar bizi anlamazlar." Bütünlüklə o torpağın övladı olmaq ,o torpağı iyləyə-iyləyə yetişmək, əyilib onun çaylarından su içmək, onun çöllərində qaçmaq, onun çiçəklərini qoxlayaraq böyümək, Anadolunu bilmək,tanımaq əsasdır. Gərək bu yurdda bunları yaşayıb, bu ruhda yetişsinlər ki, sizin hissiyyatınızı da anlasınlar. Sizdən olmayanlar sizi anlaya bilməzlər.Buna görə də elə boş, cəfəng iddialarla fikirləri bulandırmağa çalışır və milləti qorxuya salmaq istəyirlər.
O gediş, bir gün, Cənabı- Haqqın muradı elə isə, təsdiqləndiyi zaman, onlar bunu yalnız eşidərlər. Bəlkə, deyərlər: "Gəlmişmi, gəlməmişmi? Görəsən, gəlmişsə, haradadaır, necə gəldi ki, biz görmədik?!." Bəli, bir gün Türkiyəyə dönsəm, özüm kimi dönərəm.
Xarakterimi namusum sayıram. Xarakterimə zidd hərəkəti namusuma qarşı təcavüz sayıram. Danışarkən, biri ilə görüşərkən, və ya rəftar edərkən də onu qorumağa fövqəladə həssaslıq göstərmişəm. Bəzən söhbət əsnasında üslubuma riayət edə bilməmişəmsə, inanın mənə, çox üzüntü duymuşam. "Bu sözlər sənə uyğun deyildi, xarakterim, sənə qıydım," -demişəm.
Həzrəti Pirin dediyi kimi: "Məni el-el,oba-oba sürgünə göndərənlərə haqqımı halal edirəm, zindanlarda yer hazırlayanlara, edam cəzasını xəyal edənlərə haqqımı halal edirəm." Haqq iddia etməyəcəyəm.
Lakin bu işlərin içində bir Allah haqqı varsa; mən yazıq, dinimdən ötrü bunlara məruz qaldımsa, Əfəndimizin(s.ə.s.) yolunda yıxıla-yıxıla getməyə çalışdığıma görə bunlara düçar edildimsə, din dedimsə, Dini-Mübini-İslamı gerçək çöhrəsiylə əks etdirməyə çalışdımsa, bundan ötrü də onlar mənə əngəl oldularsa, orada Allah haqqı, Peyğəmbər haqqı var, o məni aşar. O mövzuda bir şey deyə bilmərəm. Yoxsa qırx ildən bəri əleyhimə yazı yazan insanlar belə məhkəmeyi- kübrada (Böyük Hesab Günündə) qarşıma çıxsa, "Mən bir şey istəmirəm", -deyərəm. İçimdə heç kimə qarşı qisas hissi daşımıram.
Bəraət qərarına sevinənlərə gəlincə; onlar da bir möminə qarşı rəftarlarından dolayı , onun bir şeydən belə rahat xilasına sevinirlərsə, Allah (c.c.) o sevinclərini, o nəşələrini davam etdirsin.. .. "Vucuhun yevmeizin nadiretun, İlə rabbiha naziretun..."da, o sevinclə şölələnən çöhrələrin Allaha baxıb bir-birinə təbəssüm etdiyi o gündə Allah hamısını sevindirsin və Dini -Mübini –İslamın dört bir tərəfdə duyulması ilə, tanınması ilə , ona insanların ehtiramla yanaşmaları ilə Allah onları sevindirsin.
Məhkəmədə müsbət qərar verənlər də haqqın və ədalətin gərəyini etmiş, ədalətlə davranmışlar. Bu müxtəlif söz-söhbətlərə və bir qisim mənfi isnadlara baxmayaraq, haqq tərəzisinin hələ dümdüz dayana biləcəyini və doğru çəkə biləcəyini göstərərək Türkiyə adına ümidlərimizi bir dəfə daha gücləndirdilər.
O qədər təxribata və o qədər təzyiqə baxmayaraq, ən azından media yolu ilə edilən təzyiqlərə baxmayaraq, ədalətin belə təcəlli etməsi Türkiyədə hələ haqq və ədalət naminə hökm verən hakimlərin olduğunu göstərir və bu da ölkəmiz adına hamımızı ümidləndirir.
- tarixində yaradılmışdır.