Qibtə və zikir
Çay süfrəsində həqiqət damlaları: Nələrə qibtə edək?!.
- Allah-taala buyurur: “Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır! Həm də sənə tamam-kamal vəhy olunmadan əvvəl Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Mənim elmimi artır!”de”. Əslində biz də bunu diləməliyik, ancaq elm nəyə deyilir, buna diqqət etməliyik. (00:40)
- Yunus Əmrənin: "Elm elm bilməkdir, / Elm özünü bilməkdir, / Sən özünü bilməzsən / Bu necə oxumaqdır!" misraları ilə dilə gətirdiyi kimi, həqiqi elm insanın öz mahiyyətini diqqətlə araşdırıb Zati-Üluhiyyətin kainat kitabındakı əsərlərini də gözdən keçirərək müəyyən bir biliyə yiyələnməsi, hətta dərin mərifət əldə etməsi deməkdir. (02:51)
- İnsan fərqinə varmadan dünyanın cazibədar gözəlliklərinə qapılıb gedə bilər. Qurani-Kərim buyurur: “Qadınlar (qadınlar üçün də kişilər), uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara cazibədar gəlir. (Lakin bütün) bunlar dünya həyatının müvəqqəti zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.” (“Ali-İmran” surəsi, 3/14) (04:30)
- Deyilənə görə, müsəlmanlarla hindlilər arasında qarşıdurma qızışanda bir hind uşaq da döyüşün ortasında qalıb ölür. Uşağın atası müsəlman tərəfdən bir uşaq öldürüb intiqam alacağına and içir. Bundan xəbər tutan Qandi onu yanına çağırır və günahsız bir uşağı niyə öldürmək istədiyini soruşur. Hindli: "Onlar mənim övladımı öldürdülər, mən də onlardan bir uşaq öldürüb qisasımı alacağam", - deyir. Qandinin cavabı düşündürücüdür: "Onu öldürmək uşağını geri qaytarmaz. Ancaq illah da uşağının yerini doldurmaq istəyirsənsə, onlardan bir uşağı övladlığa götür, onu öz oğlun kimi bağrına bas və gözəl yetişdir". (06:22)
- Allah-taala insana qibtə hissi də vermişdir, amma fayda gətirən şeylərə sərf eləməlidir. Qibtə hissini, bu hisdən doğan gücü bağ evləri, villalar, imarətlər... tikdirmək üçün deyil, təqvanı, zöhdü, mənəvi incəlikləri əldə etmək üçün sərf etməlidir. (09:00)
- Əndəlüsü fəth etdiyi gün xəzinəyə girib qızılları, ləl-cəvahiratları görəndə öz-özünə: "Tariq, dünən bir kölə idin. Bu gün müzəffər bir sərkərdəsən. Sabah nə olacağını da ancaq Allah bilir. Təkəbbürlənmə. Həddini aşma " deyən və sonra qürura, kibrə məğlub olmamaq üçün yatağını kral sarayına deyil, axıra sərdirən Tariq ibn Ziyadın təvazökarlığı və ruhi zəfəri qibtə edilməyə layiq bir fəzilətdir. (11:00)
- Qanuni Sultan Süleyman 46 il hakimiyyətdə olmuşdur. Yarım əsrə yaxın zirvədən enməmiş, dünya dövlətlərinə "əyalət", "vilayət" gözü ilə baxmışdır. Hakimiyyətin çiçəkləndiyi bir dövrdə zəfərdən dönərkən "Nəfsimə bir az qürur gəldi" demiş və yatağını bir xarabalıqda sərdirmişdir ki, əsl böyüklük və qibtəyə layiq igidlik də məhz budur. (14:00)
- Nəhəng Yavuz Sultan Səlim bir tərəfdən batil cərəyanların yayılmasının qarşısını almış, digər tərəfdən də üzümüzü ağ edən Mərcidabiq və Ridaniyə zəfərləri ilə ölkəni xilafətin mərkəzinə çevirmişdir. Qanuni həmin səfərdən qayıdanda Üsküdara gəlir, İstanbul əhalisinin toy-bayramla onu qarşılayacağını xəbər alır və "Lələ, yaxşı deyil, biz neylədik ki! Yaxşısı budur, biz gecəni Üsküdarda keçirək. Xalq yuxuya gedəndə səssizcə Topqapıya girərik", deyir. Bu da qibtəyə layiq yüksək xarakter nümunəsidir. (14:52)
- İnsan əsas Allah rizasına qəbtə etməldir.. Həzrəti Geylaniyə qibtə etməli.. İmam Şazəliyə qibtə etməli.. Əbu Hənifə həzrətlərinin xətmlə qıldığı namazlara qibtə etməli.. İslamı mükəmməl yaşamağa qibtə etməli .. kamil və nöqsansız imana, İslama, ihsana, ixlasa və kamilləşməyə qibtə etməli!.. (16:30)
Sual: Əsərlərdə "Zikr edənin ilahi feyzləri özünə çəkən müxtəlif lətifələri (qəlbə aid duyğuları) vardır. Bir qismi qəlb və ağılın şuuru ilə bağlıdır. Bir qismi də şüurdan asılı deyildir. Buna görə də, qafilanə edilən zikrlər də feyzdən xali deyildir", deyilir. Bu fikri əsas götürərək, necə edək ki, lətifələr ilahi feyzdən tam istifadə edib lazımi səviyyədə bəhrələnə bilsin? (18:37)
- Yola yeni çıxan və ilk addımlarını atan insanlar mərifət, məhəbbət və zövqi-ruhanini duya, liqaullah eşqü-şövqünü hiss edə bilməzlər. Onlara "Əsas məsələ qəlbin dilini açmaq, ruhu hərəkətə gətirməkdir!" desəniz, ümidsizliyə düşərlər. "Qafilanə edilən zikrlər də feyzdən xali deyildir " sözü bu cür insanlara yolun ilk pillələrini göstərir və əbcədə gedən yolun hecalamqdan keçdiyi bildirilir. (19:11)
- İnsan zikr məsələsində də alihimmət olmalı, ağzından çıxan hər sözə şüur möhrünü vuraraq qəlblə ruhu da bu zikrə şərik etməyə çalışmalıdır. Həzrəti Pir Əbul-Həsən əş-Şazəli, Əbdülqadir Geylani, Mustafa Siddiqil-Bəkri, Əhməd Rifayi, Məhəmməd Bahaüddin Nəqşibəndi, Mövlana Xalidi-Bağdadi kimi böyüklərin təsbehin hər bir dənəsinə toxunanda Cənabi-Allahı kainatın zərrələri qədər təsbeh etdiklərini və bunu vicdanən duyduqlarını söyləyir. Hətta ilahi haqqın böyüklüyü ilə müqayisədə bir təsbehin kifayət etmədiyini düşünən bu şəxslər “dənizlərin qumları, yağışların damlaları və məxluqatın nəfəsi qədər” ifadəsini də əlavə edərək təsbeh çəkərmişlər. Həzrəti Pir onlara qibtə edir və onlar kimi hər təsbeh dənəsinə toxunanda trilyonlarla zikrin qəlbinə axmasını hiss etmək istəyir. Ömrünün axırlarında yaxın tələbələrindən birinə deyir: "Qardaşım, Allaha həmd olsun. Mən də artıq Əbul-Həsən əş-Şazəli və Əbdülqadir Geylani həzrətləri kimi "Sübhanallah" deyəndə sanki kainatın bütün zərrələrinin səsini eşidirəm". (21:43)
- Lətifələrin bir qidası da zikrdir. (28:30)
- Bədiüzzaman həzrətlərinin sözü ilə desək, nəfsi-əmmarə, ləvvaməyə və ya mütməinnəyə çevrilsə belə, heç vaxt təsirini birdəfəlik itirmir. Çünki o, silahlarını sinirlərə, həssassiyyətə və müxtəlif məsələlərə ifrat həssaslığa təhvil verir, onlar da bu vəzifəni ömrün axırına qədər davam etdirirlər. Nəfsi-əmmarə çoxdan ölsə də, təsiri özünü büruzə verir. Bu məsələyə diqqət çəkən Ustad həzrətləri deyir, "Mən bir vaxtlar ənaniyyətini tərk etmiş və nəfsi-əmmarəsi qalmamış böyük bir övliyanın da nəfsi-əmmarədən şikayət etdiyini gördüm, heyrətə gəldim. Sonra qəti şəkildə bildim ki, nəfislə mübarizədən doğan savabın ömrün axırına kimi kəsilməməsi üçün nəfsi-əmmarə ölsə də, onun silahları damarlara və hissiyyata ötürülür, mübarizə davam edir. O böyük övliyalar məhz bu ikinci düşməndən, nəfsin varisindən şikayət edirlər." (29:23)
- Ustad "Mühüm və böyük xeyirli işlərin çox müzirr (zərərli) maneələri olur. Şeytanlar o xidmətin xadimləri ilə çox məşğul olur" demirmi? Əgər xeyirli işlər görürsünüzsə, şeytan və onun insi-cinni dostları sizdən də əl çəkməyəcək. Yaxşı bəs, niyə başqaları ilə məşğul olmurlar? Niyə məşğul olsunlar ki? Bir rəvayət var: Bir nəfər məscidin önündən keçəndə görür ki, orada bir adam gözləyir. "Sən kimsən, nə gözləyirsən?" deyə soruşur. Həmin adam cavab verir: "Mən şeytanam, bu məsciddən çıxan insanları gözləyirəm. Əlimdəki bu yüyənləri başlarına keçirib istədiyim tərəfə çəkəcəyəm". "Bəs mənim üçün gətirdiyin yüyən hanı?" Şeytan cavab verir: "Sənə yüyən gətirməyə ehtiyac yoxdur, onsuz da bir işarə ilə arxamca qaçırsan" (32:48)
- Əbu Leys Səmərqəndi həzrətlərinin "Tənbihul-qafilin" əsərində Peyğəmbərimiz (s.ə.s.): "Sənin dünyada ən böyük düşmənin kimdir?" – deyə şeytandan soruşur. Şeytan "Sən" deyə cavab verir. Çünki iblisin hiylələrini puça çıxaranların başında İnsanlığın İftixarı Peyğəmbərimiz gəlir. İnsi və cinni şeytanlar hər zaman hiylələrini boşa çıxaranlara düşmənçilik edir və onlardan əl çəkmirlər. (34:20)
- Lətifələrimizi şeytanların hücumlarından qorumaq üçün onları gücləndirməli, nəfsani, şeytani hiylələrə qarşı müqavimət gücünü artırmalı və Qurani-Kərimin öyrətdiyi şəkildə Allaha sığınmalıyıq. “Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların yanımda olmalarından (işlərimə xələl qatmalarından) Sənə pənah gətirirəm!” (“Muminun” surəsi, 23/97-98) (36:53)
Bu bölüm ilk olarak www.herkul.org'da yayınlandı.
- tarixində yaradılmışdır.