Riyazi düşüncə və inayət (ilahi yardım) umma
Sual: "Riyazi düşüncə"nin bizcəsini, müəyyən bir işin planını qurub layihəsini çəkərkən riyaziyyatın qaydalarından əsla ayrılmama, "beş dəfə beş iyirmi beş edər" ölçüsündə səbəblərə bağlı qalma, lakin, nəticəyə gəldikdə də Müsəbbibül-Əsbabın(səbələrin yaradıcısı Allah(cc)) beş dəfə beşdən yetmiş beş nəticəsini hasil edə biləcəyinə də ürəkdən inanma şəklində xülasə etmək mümkündürmü? Həm düşüncə həm də bu düşüncəni həyata keçirmə mərhələlərində səbəblərə riayət ilə ilahi inayət(yardım) ummaq arasındakı tarazlıq necə qurulmalıdır?
- Sevgi dilinin müəllimləri olaraq dünyanın dörd bir tərəfinə yayılan, özlərini bu yola həsr etmiş ruhlar alqışlanarkən, əvvəlcə məşvərət edərək fakir planında işin içində iştirak edən və sonra da maddi-mənəvi hümmətləriylə mütəmadi olaraq bu hərəkat yolunda baş qoyanlara dəstək olan mərdlik qəhrəmanları unudulmamalıdır. (02.26)
- Səbəbləri görməməzlikdən gəlmək bir əqidə xətasıdır. (05.16)
- Başlanğıcda səbəblərə riayət, nəticədə isə Müsəbbibül-Əsbaba təvəccöh etmək, nəticəni Ondan gözləmək lazımdır. (06.27)
- Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) Əfəndimiz, bir barmaq işarəsiylə ayı iki parça etmişdir. Mövlana Caminin dediyi kimi, "Heç yazı yazmayan o ümmi Zat, barmaq qələmiylə səma səhifəsində bir əlif yazmış, bir qırxı, iki əlli etmiş." Yəni, qəmər, bölünməzdən əvvəl əbcəd hesabı ilə qırxa bərabər olan "mim"ə bənzəyirdi, bölündükdən sonra iki aypara oldu, əllidən ibarət olan iki "nun"a bənzədi. (07.45)
- Rəhbəri-Əkməl (əleyhi əkməlüttəhaya) İlahi inayətə həddindən artıq güvənərdi amma işlərini qətiyyən fövqəladəliklərə bağlamırdı. (09.00)
- Nəcməddini-Kübra həzrətlərinin yuxusu və ölkəsini müdafiə edərkən şəhid olması... (09.50)
- Dövrün şərtlərini və səbəbləri nəzərə almamağın Quranın rasionallığı ilə əlaqəsi yoxdur. Əlinizdəki məşəl yanıb tükənmədən onunla başqalarının məşəllərini də alovlandırmaq istəyə bilərsiniz, amma bunu qəzasız etmənin yollarını axtarıb tapmalı və səbəbləri də nəzərə almalısınız. (11.35)
- Bu duanı hər gün yüz dəfə oxuyuram və hər kəsin oxumalı olduğunu düşünürəm: (Bu dua, eyni zamanda, söhbətə və müzakirəyə başlama duası olaraq oxuna bilər.) (14.40)
اَللّٰهُمَّ زِدْنَا عِلْمًا وَإِيمَانًا وَيَقِينًا وَتَوَكُّلاً وَتَسْلِيمًا وَتَفْوِيضًا وَمَعْرِفَةً وَمَحَبَّةً وَعِشْقًا وَاشْتِيَاقًا إِلَى لِقَائِكَ وَعِفَّةً وَعِصْمَةً وَفَتَانَةً وَحِكْمَةً وَصَدَاقَةً وَإِخْلاَصاً وَوَفاَءً وَحاَفِظَةً وَذاَكِرَةً
Allahım elmimizi, imanımızı və yəqinimizi artırmağını diləyir, təvəkkülümüzü təslim və təfviz zirvələrinə yüksəltməyini istəyir; mərifətimizi, məhəbbətimizi, xidmət eşqimizi və Sənə qovuşma xüsusundakı şövqümüzü artırmağını arzulayır, bizi bir iffət, ismət, fətanət və hikmət insanı etməyini istəyir, sədaqətimizi, ixlasımızı və vəfamızı ən yüksək səviyyəyə çıxarmağın üçün yalvarır, qəbul etmə, öyrənmə, yadda saxlama və xatırlama vərdiş və bacarıqlarımızı qüvvətləndirərək, ilahi muradını anlama məqsədi ilə başladığımız müzakirəmizi bütün bu istəklərimizə nail olmağa vəsilə etməyini sonsuz rəhmətindən dilənirik. Duamızı qəbul buyur Rəbbimiz... - İxlas, məntiqi bir hərəkətin dərinliyi olması şərtiylə, əsl qiymətini qazanar. (15.30)
- Mövcud şərtləri ən gözəl şəkildə qiymətləndirməyə çalışan Rizvan adındakı Quran tələbəsinin surətçıxarma aparatının başındakı ixlaslı halı və sürpriz ziyarətçiləri... (19.09)
- İman və Quran xidməti içərisindəki yoldaşlarını hicranda qoyan və onların mənəvi qüvvələrini zəiflədən kəslər bunun cəzasını mütləq çəkərlər. (21.09)
- Mən də Həzrəti Ustad kimi deyim; bəlkə əlli ildir dünya zövqü adına bir şey bilmirəm. (23.11)
- tarixində yaradılmışdır.