Siyər fəlsəfəsi və Hudeybiyə sülhü
Sual: “Siyəri-səniyyə ilə (Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) həyatı, əxlaqı və fəziləti) bu günün hadisələri arasında iltisaq (bitişmə, qovuşma, birləşmə) nöqtələri tutulmalıdır və bu böyük bir zərurətdir” buyurursunuz. Bu nöqteyi-nəzərdən Hudeybiyyə sülhünü dəyərləndirə bilərsinizmi?
- Səadət əsrində hadisələr cüzi şəkildə cərəyan etmiş, cüzi bir vaqiə kimi meydana gəlmişdir, lakin onlarda gələcəyin külli hadisələrinə işarələr vardır. Demək olar ki, hər hadisədə gələcəkdə ortaya çıxacaq məsələlərin həlli üçün bəzi “uclar” buraxılmışdır. O “uclar”dan hazırkı məsələlərə nəzər yetirilsə, mövcud problemlərin həlli üçün çoxlu ip ucu tapmaq olar. (01:01)
- Keçmişdə qələmə alınan siyər kitablarından bəziləri bu günə qədər gəlib çatmamışdır. Gəlib çatanlarda da hadisələr məhz o günün tarix fəlsəfəsi nöqteyi-nəzərdən şərh edilmişdir. Lakin bu günə qədər bəzi fəlsəfi anlayışların əvəzinə yeni düşüncə tərzləri ortaya atılmışdır. Üstəlik zaman ən böyük müfəssirdir. Dolayısilə, siyəri-səniyyə bunlar da nəzərə alınmaqla hər dövrün şərtlərinə görə təkrar şərh edilməlidir. (05:11)
- Hazırda müsəlmanların ən böyük nöqsanlarından biri də dövrü düzgün anlamamaq və müxtəlif toplumlara onların anlayıb qəbul edəcəyi dillə xitab edə bilməməkdir. İnanan insanlar yüksək həqiqətləri qarşıdakına əks-reaksiya almadan çatdırmaq üçün müvafiq üslub müəyyənləşdirməlidirlər. Bir mənada "ifadə inkişafı mərkəzləri"nə ehtiyac duyurlar. (07:23)
- Hicrətin altıncı ilində Allah Rəsulu (sallallahu əleyhi və səlləm) səhabələrini Məkkəyə ümrə üçün aparmağa söz verir. Bu ümrə həm mühacirin vətən həsrətini dindirəcək, həm də bütün müsəlmanlara yeni yüksək əhval-ruhiyyə verəcəkdi. Allah Rəsulu bu mülahizə ilə əshabla birlikdə yola düşür. Lakin Məkkəlilər möminlərə ümrə üçün icazə verməyincə Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) müharibə əvəzinə sülhü seçir və onlarla böyük hikmətləri olan bir sülh maqaviləsi bağlayır. (11:15)
- Xalid b. Vəlid müharibələrdə məğlub ediləcək bir insan deyildi.. olmamalı idi də... Nəqədər ki, qürurludur ona qılıncla İslamiyyəti qəbul etdirmək mümkün deyildi. Həmçinin, Cənabi-Haqq lütfü ilə gələcəyin bu misilsiz sərkərdəsini qorumuş və onun izzətlə İslama girməsinə şərayit hazırlamışdı. Əgər bu sülh müqaviləsi olmasaydı, Xalidin buzları necə əriyəcəkdi?! Amr b. As və Osman b. Talha (radiyallahu anhuma) kimi yüzlərlə insan məhz bu sülh vasitəsilə həqiqəti anladılar. (14:03)
- Hudeybiyə sülhü on il Qureyşin təhlükəsinin olmayacağına zəmanət verirdi. Bu on illik zaman kəsiyi müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edirdi. Allah Rəsulu bu dövrdə yetişdirdiyi irşad dəstələrini müxtəlif yerlərə göndərə bildi. Bu da bütün Ərəbistan yarımadasında İslamiyyətin yayılması demək idi. (17:30)
- Müharibə psixologiyası altında İslam həqiqətlərini qarşı tərəfə anlatmaq mümkün deyildi. Lakin sülh şəraitində gediş-gəliş olduğuna görə İslamiyyətin gözəlliklərdən xəbərsiz olanlar gördükləri bu gözəlliklər qarşısında heyran qalırdılar... Müsəlmanların həyatı Cənnət həyatından fərqlənmirdi.. və bunları görən ovsunlanırdı. Dəstəmaz, azan, camaatla birlikdə qılınan namaz və o insanların namazdakı huşu və hudusu məkkəliləri özünə çəkirdi. Hudeybiyyə sülhü sayəsində İslam və Quranın girmədiyi, demək olar, bircə ev qalmadı. Hudeybiyyə sülhü bu cəhətdən böyük bir təcrübədir: Təbliğ ancaq sülh şəraitində olar. (18:55)
Sual: Sözügedən "siyər fəlsəfəsi"nə əsasən dəyərli əsərlər və səmərəli fəaliyyətlər ortaya qoymağın bir az da bu mövzudakı iztirab və həyəcanla bağlı olduğunu deyə bilərikmi? (22:07)
- İztirab ən böyük ilham mənbəyidir. (22:22)
- Mömin mütləq çox həyəcanlı ömür sürməlidir, ancaq bizə dəli həyəcanı lazım deyil. Elə isə ağıllı həyəcan necə olmalıdır? (23:08)
- İslam abidəsini iqamə etmə (ayağa qaldırma) həyəcanını daşımayan insanların ortaya qoyacağı siyər fəlsəfəsi, bir mənada, yalandır. Bu mühüm iş iman dərinliyindən, İslamiyyəti olduğu kimi, layiqincə yaşamaqdan, müqəddəs iztirabdan və məsələləri dəlixana dəliliyindən qurtararaq məbəd həyəcanı ilə nəzərdən keçirməkdən asılıdır. (25:20)
- tarixində yaradılmışdır.