Unutqanlıq və İlahi sirlər
Çay süfrəsində həqiqət damlaları: Yaxşılıq hədər olmaz, günah unudulmaz!
- İnsan ömrünün hər anını axirətini düşünərək yaşamalı, həyat “xalça”sını axirət düşüncəsi ilə ilm-ilmə, naxış-naxış hörməlidir. (00:35)
- Azacıq fərqlə rəvayət olunan bir hədisi-şərifdə İnsanlığın İftixarı (sallallahu əleyhi və səlləm) belə buyurur: "Yaxşılıq hədər olmaz, çürüyüb getməz, günah unudulmaz, Dəyyan (hər şeyə hakim olan, hər kəsi hesaba çəkən hayy və qəyyum Allah) ölməz, elə isə istədiyin kimi hərəkət elə. Necə yaşamısansa, elə də qarşılığını görəcəksən!" (01:14)
- Yaxşı əməllər ilahi elmdə və mələklərin dəftərlərində qeydə alınır, odur ki, insan yaxşı əməllərin katibi olmamalıdır, elədiklərini yadda saxlayıb bunu hər fürsətdə eyham və işarələrlə üzə vurmamalıdır. İnsan fəzilətlərini, məziyyətlərini və qazandığı uğurları unudursa, bu, təqdirəlayiq nisyandır (unutqanlıq). O, dünyanı dirçəltsə də, hər yana can üfürsə də, bəşəriyyəti dirçəltsə də, verdiyi əməyi ömürlük hafizəsindən silməlidir. (02:44)
- Qurani-Kərim verilən zəkat və sədəqəni başa qaxmaq, minnət qoymaq və beləcə insanlara əziyyət etmək kimi əməllərin savabları puça çıxaran səbəb kimi göstərir: "Ey iman gətirənlər! Sədəqələrinizi verdiyiniz kəslərə minnət edərək, onları incidərək əməllərinizi puça çıxarmayın. Allaha, axirətə inanmadığı halda sırf özünü göstərmək üçün malını sərf edən kəsin halına düşməyin. Belə şəxslərin halı üzərində bir az torpaq olan sürüşkən bir qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar heç bir əməldən savab və mükafat əldə edə bilməzlər. Çünki Allah kafirləri haqq yoluna yönəltməz!” (“Bəqərə” surəsi, 2/264) buyurur. Bəli, hər cür sədaqət nişanəsinə bu prizmadan yanaşmalı, əməlləri riya ilə, süma ilə, əziyyət verməklə, başa qaxmaqla, minnət qoymaqla hədər etməməliyik. (04:35)
- Xətaları, səhvləri, günahları unutmaq böyük bəladır. Xətaları danışmaq doğru deyildir, dinimiz bir insanın öz xəta və günahlarını açıb tökməsini qadağan edir. Ancaq bir insan, məsələn, "Xətalarını danış" deyiləndə uşaqlıqdan başlayıb ogünədək böyük-kiçik nə xətası varsa, hamısını bir-bir saya bilirsə, bütün yanlış addımlarının və ziqzaqlarının peşmançılığını çəkirsə, hətta hər dəfə böyük-kiçik bir xəta işləyəndə bütün köhnə günahlarını da xatırlayıb özünü qınayır, dərhal tövbəyə üz tutursa, bu, böyük bir məziyyətdir. Xətaları, səhvləri, ziqzaqları, riyakarlıqları, sümaları, eqoistliyi heç vaxt unutmama, bundan ötrü daim özünü sorğu-suala çəkmə .. ən köhnə günahları hər xətada bir daha xatırlama .. beləcə hər fürsətdə nəfsi hesaba çəkmə ... yetmiş yaşına gəlib ölümə yaxınlaşsa da, altmış il əvvəl, həddi-büluğa çatmadan etdiyi xətaları belə unutmayıb bundan ötrü utanma.. bu kimi şeyləri unutmamaq çox vacibdir. (07:14)
- Həzrəti Adəm məlum zəlləyə görə özünü heç vaxt bağışlamadı. Bəzi kitablar o uca nəbinin xəcalətdən qırx il başını qaldırıb səmaya baxa bilmədiyini və illərlə göz yaşı tökdüyünü yazır. (10:35)
- Bu gün islami ruh ölüdür, məzardadır.. bir neçə əsrdir, ruhsuz qalmışıq. Ortada gəzən ruhsuz bədənlər kimiyik. Birinci günahımız qəflət, ikinci günahımızsa yeni nəslə mane olmaqdır. (12:13)
Sual: Bəzi haqq dostlarının təhdisi-nemət mənasında işarə etsələr də, Əsrari-Üluhiyyətdən agah olmaq və əsrari-Rübubiyyətə tamaşa etmək üçün çox nadir hallarda dua etdiyini, ancaq bu kimi nemətlər üçün də təzərrö və niyaz etməyin zəruri olduğunu vurğulayırsınız. Əsrari-Üluhiyyət və əsrari-Rübubiyyət deyəndə nə başa düşməliyik, o zirvəyə aparan səbəblər və bu yolun ədəb-ərkanı nədir? (14:05)
- Bunu mən bilmirəm. Bilmirəm, amma düşünürəm ki, Ondan istəsəniz, bu kimi şeylər pak vicdanlarda təcəlli edər. Ona görə də bunun üçün dua etməyi zəruri sayıram (14:37)
- İnsan üçün rizadan böyük bir mükafat yoxdur, olsaydı, Allah axirətin ən yüksək məqamlarında sevdiyi qullarını bununla mukafatlandırardı. Halbuki ki, axirətdə ən böyük nemət "Rizvan (riza məqamı)" isə bunların hamısından daha böyükdür. (“Tövbə” surəsi, 9/72) ayəsinə görə Haqqın razılığıdır. Biz Rizvanın necə bir nemət olduğunu bilməsək də, böyüklüyünə inanaraq onu Rəbbimizdən diləyirik. (15:12)
- "Üluhiyyət"in lüğəvi mənası ilahlıq deməkdir. Allahın kainatdakı icraatı və hökmranlığı ilə hər şeyi özünə ibadət və itaət etdirməsidir. "Rübubiyyət" isə Cənabi-Allahın hər zaman, hər yerdə bütün məxluqatının etiyaclarını təmin etməsi, onları idarə etməsi, boya-başa çatdırması, yetişdirməsi və sövq etməsi deməkdir. Həqiqi vücud mərtəbəsinin üluhiyyət dairəsi adlandırılması Zati-Bəxt etibarilə Vacibül-Vücudu ifadə etmək üçündür ki, Allah ismi-əzəmi də məhz bu mərtəbənin özünəməxsus ismidir. Bu mənada Üluhiyyət əsərləri ilə görünən, hökmləri ilə tanınan, ancaq qavranılması mümkün olmayan ali bir həqiqətin ünvanıdır. Bizim üluhiyyətlə əlaqəli bilib dərk etdiklərimiz yalnız onun bəzi xüsusiyyətlərindən ibarətdir. Bu, Üluhiyyəti tam dərk eləmək üçün kifayət etmir. Çünki Onun bizim bilmədiyimiz neçə-neçə ali vəsfi var ki, "tam qavradım, dərk etdim" demək üçün bütün o xüsusiyyətləri də bilmək lazımdır. İnsanların bunu bilməsi isə qeyri-mümkündür . (18:54)
- Allah-taalanın əsmai-Zatını, övsafi-sübhaniyəsini və icraati-hakimanəsini özündə cəm edən mərtəbə məluhiyəti tələb etdiyinə görə "üluhiyyət", "Rəbb" kimi mərbubiyəti tələb edən mərtəbə də "rübubiyyət" dairəsi adlandırılmışdır. Haqq dostları Onun sirlərinə, daxili və xarici aləmlərdəki (afaq-ənfüs) felinin təcəllilərindən isminin təcəllilərinə, oradan sifətinin təcəllilərinə, oradan da Zatının təcəllilərinə keçir. Əldə etdiyi məzhəriyyət və gördüyü təvəccöh sayəsində qeyb aləmində keçən seyrü-səyahətini bir mənada müşahidə ilə zirvələşdirirlər. Onlar kainatda baş verən heç bir hadisənin təsadüf olmadığını, ayaqlarının bir yerə ilişməsinin belə bir hikmətlə olduğunu sanki müşahidə edirlər. Bu sirlərə vaqif olduqca ibadətləri daha da kamilləşir. Gündə beş deyil, əlli vaxt namaz qılsalar, yenə də layiqincə ibadət etmədiklərini düşünür və Onun hüzurunda utancdan iki qat olurlar. (21:02)
- Dualarınızın arasında: "Allahım, mənə Quranın sirrini aç .. Allahım, mənə rübubiyyətinin sirrini aç .. Allahım, mənə üluhiyyətinin sirrini aç .. dərindən duyum onları! .." deyin. Çünki bəsitlik və dayazlıqdan bu sirlər aləminə baş vurmuqla qurtulmaq mümkündür. (27:35)
- İnsan qəlb və lətifeyi-rəbbaniyə üfüqündən keçmədikcə ruhun üfüqünə çata bilməz. Ruh mənzilinə çatandan sonra sirrin üfüqünə səfər başlayır. Sirdən o tərəfdə iki müşahidə məqamı vardır ki, bunlar da "xəfa" və "əxfa" üfüqləridir. (28:25)
- Hər nəsnənin əsası və qaynağı Onun vücudu və elmidir, bütün varlıq aləmi və əşyalar onun aynalarıdır, bu aynalarda daim təcəlli edən də ilahi əsmadır .. bu aynaların içində ən əhatəli və ən parlağı insandır, ən kamil və ən cilalısı Həzrəti Ruhu Seyyidil-Ənamdır (əleyhi və səlləm). Bu həqiqətə dair məchul bir müəllifin qələmindən süzülən iki gözəl misra var: "Ayinədir bu aləmdə hər şey Haqq ilə qaim / Miratı-Məhəmməddən Allah görünür daim."
- İlahi sirlərə aşina olanlar ruh aynalarının imkanları səviyyəsində varlıq aləmini tamaşa edərkən gah İmam Rəbbani həzrətləri kimi, "şühud"dan bəhs edir, gah Mühyiddin ibn Ərəbi həzrətləri kimi "vücud" haqda düşüncələrini dilə gətirir. Hər kəsin bir kamillik zirvəsi (ərşi-kəmalat) vardır və hər kəs istedadı nisbətində həmin zirvəyə yüksəlir. "Hər kəsin istedadına vabəstədir asarı-feyzi / Əbri-nisandan sədəf dürdanə,əfi səmm qapar" (Anonim). Hər insan vicdanın ənginliyi və inkişafı nisbətində ilahi sirləri duyub ondan həzz alır. İmam Rəbbani həzrətləri "Mən vücud rəsədxanasını ötüb keçdim!" deyir. Bir başqası isə çıxıb, "Mən şühud mərtəbəsini də arxada qoydum, əsl yol səhabə və Quran yoludur" deyə bilər. (31:54)
- Bu məsələlər ağır deyil, biz çox yüngül olduğumuza görə bizə ağır gəlir. Bu məsələlər obyektiv mükəlləfiyyətlər müstəvisində deyil, subyektiv məsuliyyətlər çərçivəsində götürülməlidir. Əgər insan Allahın lütfü ilə subyektiv məsuliyyətlərinin yükünü daşımağa iqtidarı varsa, bu səviyyəyə çatıbsa, bu məqama layiq olmağa çalışmasa, "subyektiv cinayət" işləmiş olar. (34:04)
- Yəqzan sözünün lüğəvi mənası ayıq-sayıq olmaqdır. Sufilərə görə yəqzan ilk növbədə Haqqın əmr və qadağalarına qarşı sayıq, həssas və diqqətli olmaq, müəyyən ilahi ehsanlara nail olub müxtəlif məqam və dərəcələrə yüksəlmək, bu məqamlarda ilahi ərməğanları görüb fikri, ruhi istiqamətini pozmamaq və həmişə bəsirətli olmaq deməkdir. Təmkinli ürfan qəhrəmanları vüsalda da, ünsdə də daim sayğılı olurlar, xəşyət, məxafət, xüşu ilə doludurlar.. ədəbli və həyalıdırlar. Bəzən cəmali təcəllilər iltifatkar, ümidli və şəfqətli cilvələri ilə onları naza və şəthiyyata meyl etdirsə də, daima sayıq və təmkinlidirlər. Odur ki belə hallarda xəşyətlə tir-tir əsər, ciddi bir xüşu ilə "hörmət" deyib inləyər, hörmətlə əyilər və məqama yaraşanı ortaya qoyarlar. Vəfatına qədər namaz, oruc və s. ibadətləri kamil şəkildə yerinə yetirən Rəsuli-Əkrəm Peyğəmbərimizi (s.ə.s.) nümunə götürər, istiğraqda olanda belə namaz vaxtı girər-girməz Allahın izni ilə qulluq ədəbindən bərk-bərk yapışar, vəzifələrini nöqsansız yerinə yetirərlər. (36:52)
- tarixində yaradılmışdır.