Xacə Məhəmməd Lütfi (Alvarlı Efe həzrətləri)
Çay süfrəsində həqiqət damlaları: “Riyadan uzaq sadə bir insan!..”
- Təbiilik, sadəlik mühüm əsasdır. Böyük şəxsiyyətlərin hər sözü, hərəkəti, davranışı təbiidir. Haqq dostları bəzən həyacanlanıb cuşa gəlir, elə ürəkdən “Allah!..” deyirlər ki, adamın tükləri biz-biz olur. Onların bu əhval-ruhiyyəsi də çox təbiidir. (00:34)
- Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) buyurur ki: “Əgər ürəyində xəşyət olsaydı, əzalarına, hərəkət və davranışlarına da mütləq əks edərdi”. Bəli, ürəyində xəşyət olanın hərəkət və davranışlarında da xəşyət olar. Bu şəkildə qəlbi-əməli bir olan insan həm dili, həm də hərəkətləri ilə haqq və həqiqəti təbliğ edər, baxanlara Allahı xatırladar. (01:34)
- Həqiqətə aparan iki əsas yol var: biri söhbət, digəri hizmət. Hizmət himmətə nail olmanın vəsiləsi və yolu, söhbət də zahiri və batini hislərlə həqiqəti duyma, hiss etmə, yaşamadır ki, qədimdən bəri mühüm “insibağ” (böyük bir şəxsiyyətin mənəvi boyası ilə boyanma, onun rənginə bürünmə) vasitəsi sayılmışdır. Ancaq insibağ söhbətin başında duran şəxsin mənəvi dərəcəsi ilə düz mütənasib olduğuna görə təzahür və təsiri də fərqli olur. Ən kamil insibağ İnsanlığın İftixarı Peyğəmbərimizin Haqla söhbət sayəsində nail olduğu insibağdır və “Sən Allahın boyası ilə rənglən. O ilahi boyadan daha gözəl rəngi olan kimdir?!” (“Bəqərə” surəsi, 2\138) həqiqətinin fövqəltəbii timsalıdır. Ondan sonra nübüvvət və vəlayət yolunun varisləri gəlir ki, bu əxzü-əta (vermə-alma) da “verən”lə “qəbul edən”in səviyyəsindən asılı olaraq fərqli cərəyan edir. (02:18)
- Haq dostlarının hər hərəkətinə sirayət edən ehtiram və xəşyət hissi namazda ən yüksək səviyyəyə çatır. Ürfan zirvəsində ihsan şüuru ilə əda edilən elə bir namaz var ki, bu namazı iqamə edən mömin özünü həmin an Allahın hüzurunda görə bilir. Hətta əl və ayaqlarını tərpətdikcə ərşin örtüyünə toxunduğunu hiss edir. Əl və ayağı tərpətmək kimi ilahi hüzurun ədəbinə yaraşmayan hərəkət və davranışların Onun dərgahında hörmətsizlik sayılacağını düşünərək əsim-əsim əsir. Cənabi-Allah Rəsuli-Əkrəmin namazını Quranda bu ayələrlə təsvir edir: “O Allah ki, səni (gecə namaza) duranda da görür. Səcdə edənlər arasında qıvrım-qıvrım qıvrananda da!” (“Şuəra” surəsi, 26/218-219) (05:15)
- Allah Rəsulu (sallallahu aleyhi və səlləm) daim həyəcanlı və coşqundu, eyni zamanda insanları mütəmadi olaraq həyəcana, şövqə gətirirdi. (06:00)
- İnsanlığın İftixarı Peyğəmbərimiz böyüklüyünə, yüksək fəzilətinə baxmayaraq (Həzrəti Əlinin də buyurduğu kimi) “Sadə bir insan ol!” düsturunun canlı təcəssümü idi. Məsələn, Allah Rəsulu hicrət əsnasında Qubada istirahətə çəkiləndə oraya axışan insanlar Onu Həzrəti Əbu Bəkirin işarəsindən sonra tanıya bilmişdi. Çünki sadə, nümayişkarlıqdan uzaqdı. (06:43)
- Allah Rəsulu Peyğəmbərimiz (aleyhissalatu vəsəlləm) “insanı-kamil” olduğu kimi, təbiilikdə də zirvə idi. (09:30)
Sual: “Beynəlxalq Xacə Məhəmməd Lütfi (Alvarlı Efe həzrətləri” adlı simpoziumun təşkilatçı heyətinin xahişi ilə bir sual vermək istəyirik: Şəxsiyyəti, xalqa töhfəsi, məclisinin müdavimləri, ailə üzvləri və sizə təsiri baxımından Alvarlı Efe həzrətləri ilə bağlı duyğu və düşüncələrinizi bölüşə bilərsinizmi? (10:15)
- Düzü, belə böyük bir şəxsiyyəti təsvir etmək və onu layiqincə tanıtmaq mənim kimisinin işi deyil. Ona görə də söhbətə keçmədən əvvəl etiraf etməliyəm ki, mən onun həyatını, düşüncələrini, ruh dünyasını qavrayıb dərk etmə səviyyəsində deyiləm. O böyük insan dünyasını dəyişəndə mənim on altı-on yeddi yaşım olardı. O səbədən dediyim sözlərə uşaqlıq dünyagörüşümü, düşüncələrimi də nəzərə alaraq qiymət verin.
- Alvar İmamının mənən dərin, eşqli-şövqlü bir insan idi. Zikir məclislərdindəki ruhi-mənəvi halı bu könül ənginliyinin ən bariz nümunəsiydi. O, həm Nəqşi, həm də Qadiri təriqətinə mənsubdu. Yəqin ona görə məsciddə onun nəzarəti ilə bəzən xətmeyi-həcəgan, bəzən də həlqeyi-zikir (zikir məclisləri) təşkil edilirdi. Məsciddə böyük bir məclis qurulardı. Təsəvvüf ənənəsinə görə, sərzakir zikr haqlasının iştirakçılarına necə zikir söyləməyi göstərmək üçün halqanın içində gəzməlidir. Ancaq həzrət çox yaşlı olduğundan halqanın başı kimi yerdə oturur və halqa üzvlərinə göz yetirirdi. Bir qədər sonra da halqadakılar cuşa gəlir, artıq bir-birini görməz olurdular. Hətta hönkürtü ilə ağlayanlar, bayılıb yıxılanlar olurdu. (16:12)
- O, əsil peyğəmbər aşiqi idi. “Oranın küçələrində qotur heyvanlar gördüm” deyən adamı susdurmuş: “Sus! Mədinənin küçə itləri haqqında belə danışma! Peyğəmbər xətrinə o qoturlara da qurban olaram”. Bu sözlər onun ürəyindən gəlirdi, bütün varlığı ilə, bütün səmimiyyəti ilə deyirdi. Hətta bu sözləri deyəndə Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) mənəvi şəxsiyyətində əriyib yox olur, fəna firrəsul olurdu. Bu misralarda da onun dərin Peyğəmbər sevgisini görmək olar:
Ey şahidi-müqəddəs xurşudi-aləmara,
(19:45)
Geysulurın müxəmməs əbruların dilarə
Zülfün telinə qiymət olmaz cahan sərasər,
Nəşr eyləmiş bu kövnə müyin ənbəri-sara. - O, “söz sultanı” idi. Gah əruzla, gah da digər vəznlərdə ruhunun ilhamlarını səsləndirərdi. Baxmayaraq ki, o, söz ustadı idi, başqa böyüklərin söz və şeirlərinin oxunmasına heç vaxt etiraz etməzdi, hətta təşviq edərdi. Məsələn, Piri-Küfrəvi həzrətlərindən xilafət almış Kətənçizadənin şeyxinə həsr etdiyi,
misralarını mən onun hüzurunda eşitmişdim. Seyid Nigari, Bayburtlu Zehni və Füzuli kimi söz ustadlarından oxuduğum şeirlər o məclislərdən ağlımda qalıb. Bütün bu şeirlər orada oxunardı və onun heç bir etirazı olmazdı. Hətta bunları təqdirlə qarşılayırdı. Zənnimcə bu, onun dünyaduyumunu, düşüncə və hiss aləmini, kamilliyini sübut edən mühüm əlamətlərdir. (21:48)Əzizim, rəhbərim, pirim, əfəndim, şəmi-tabanım.
Ziyayi-himmətimdir hər iki aləmdə dövranım.
Mənimlə mütəfəkkir bu ricada cümlə ixvanım.
Aman ey qütbi-əkrəm, qövsi-əzəm, şahi-dövranım.
Nəzərdən dur qılma bəndəganı, gözdə sultanım. - Peyğəmbər nəslindən olan Alvar İmamı və atası Hüseyn Qındıqi ağa Piri-Küfrəvi həzrətlərinə tələbə olmaq üçün Bitlisdəki təkyəsinə gedirlər. Guman ki, Pir onları görən kimi necə dərin olduqlarını sezib onlara xüsusi iltifat, ehtiram göstərir. Daha sonra ərbaindən keçirmədən, imtahan etmədən hər ikisinə xilafət verir. Zər qədrini zərgər bilər, insan sərraf deyilsə, gövhərin qiymətini hardan bilsin? Zər qədrini bilən Piri-Küfrəvi həzrətləri onları görər-görməz qiymətlərini anlayır və onlara irşadda xilafətini verir. Bu hadisə ilə əlaqədar Küfrəvi həzrətlərinə xidmət edən müridlər arasında söz-söhbət gəzir. Xilafətə layiq olub-olmadıqlarını sübut etmək üçün ata-oğulu sınağa çəkməyə qərar verirlər. Həmin an qapı açılır Küfrəvi həzrətləri içəri girir və onlara səslənir: “Mollalar! Mollalar! Hüseyin və Məhəmməd Lütfi ağanın mənə ehtiyacı yoxdur. Onları buraya gətirən kamillikdir!” (25:40)
- On dörd-on beş yaşım olardı. Çox istədiyim yaxşı bir dostum vardı. Bir gün mənə dedi ki: “İstanbulda elə təkyələr, elə mədrəslər var ki, Allahın izni ilə, adam orda altı ayda kamala çatıb vəzü-nəsihət edəcək səviyyəyə yüksəlir.” Məni də razı saldı. Xocam və o həzrətlə məsləhətələşmədən əşyalarımı kiçik bir sandıqçaya yığıb dostumla qatar stansiyasına yola düşdük. Sən demə tələbələrdən biri (Vəhbi ağanın nəvəsi) qohumlarıma xəbər veribmiş. Elə kassaya yaxınlaşıb bilet almaq istəyirdim ki, bir nəfər tutdu biləyimdən. Atamın xalasının oğlu idi. Bilet ala bilmədim, yarı yoldan qayıtdıq. Ertəsi gün xocam Həzrətin məni görmək istədiyini dedi. Əsə-əsə getdim yanına. Heç bu qədər əsəbləşdiyini görməmişdim. Mənə dedi ki: “Vallah, billah, tallah getsəydin, par-parça olardın”. Səsi hələ də qulağımdadır. (29:20)
- Bir xatirəm də var: Molla Camini oxumağa təzə başlamışdıq. Bir gün tələbələrlə yanına getmişdik. Ərzurumun beş-on varlı adamı onun yanında oturmuşdu. Onlara dedi ki: “Tələbəmə sual verəcəm. Bilsə, filan qədər ona pul verəcəksiniz.” Molla Camidən ən yaxşı bildiyim yerlərdən sual verdi. Hamısını cavablandırdım, onlar da mənə Efe həzrətlərinin dediyi qədər pul verdilər. Xatırladığım qədər, o günkü pulla toplam iki yüz lirə olardı. Bu, hardasa bir nəfərlik həcc pulu demək idi. Həzrətin gözündə katarakt olduğuna görə nə qədər pul yığdığımı görə bilmirdi. Miqdarını soruşdu, mən də dedim. Sonra “Bu, sənə artıqdır. Mən onu Dəmirçi Osman ağaya verim, qoy mədrəsəyə şey-şüy alsın”, ‒ dedi. (32:18)
- Ərzurumda mədrəsə təhsili alanda o qədər kasıbçılıqdı ki, bəzən üç-dörd gün dilimizə çörək, pendir dəymirdi. Atam imamlıq məvacibindən üç-beş lirə verirdi, ancaq bu pulla neyləmək olardı!? Əksər vaxtlar çörək almağa pul tapa bilmirdik. Yenə aclıqdan qıvrıldığımız günlərdən birində üç-dört nəfər təkkəyə yollandıq. Həzrətin qardaşı oğlu Tayyib ağa da bizimlə birilikdə idi. Təkkənin yanında samanlıq vardı, anbar kimi işlədirdilər. Oradan keçəndə gözümüz anbardakı qarpızlara sataşdı. Həzrət o biri tərəfdə namaz qılırdı. Bir qədər sonra qapı açıldı, “Uşaqlar, gəlin bura, sizə qarpız kəsim”, ‒ dedi. Bəli, o, insanı başa düşən, içindən keçənləri bilən, qəlb gözü açıq, çox əngin bir insandı. (35:33)
- Bir gün rəhmətlik atam Ərzuruma gəlmişdi. Atamın xalası evində istirahət edirdik. Qəfil elə bil bir səs dəydi qulağıma ki: “Efe ağa vəfat etdi”. Yerimdən atılıb düz Qurşunlu Məscidin mədrəsələrinə qaçdım. Çatanda gördüm ki, yoldaşlarım ağlayır. Oradan çıxıb Efe həzrətlərinin (rahmətullahi aleyh) evinə getdim. Evi Mumçu məhəlləsində idi. Qırxıncı xocanın “Taftazani” adlandırdığı Ərzurumun müftisi Sadiq ağa ilə Əllamə Saqib ağa da gəlmiş, mübarək nəşini heç kimı verməyib öz əlləri ilə yumuşdular. Cənazəni yuyub kəfənləyəndən sonra, Alvar kəndinə aparıb dəfn etdilər. O qarlı qış günü insan selinə və dəfn mərasiminə şəxsən şahid olmuşam. (38:18)
- Saleh Özcan bəydən eşitdiyim bir xatirə onun kamilliyinə və göz-könül toxluğuna ən gözəl nümunədir. Saleh bəy 1950-ci illərin əvvəllərində Ərzuruma baş çəkərək həzrətin əlini öpüb ona deyir ki: “Efe həzrətləri! Ustad Bədiüzzaman adlı bir nəfər var. Dinə və imana dair risalələr yazır. Biz onun yolundayıq. Bu risalələri insanlara, xüsusilə, cavan nəslə çatdırıb onlara əl uzatmağa çalışırıq.” Həzrət aldığı bu xəbərə deyir ki: “Ah kaş gözlərim görəydi, mən də sizə kömək edəydim”. Bəli, fəzilət başqa fəzilət sahiblərinin də fəzilətini qəbul etməkdə və onlara hörmət göstəməkdədir. (43:23)
Cənabi-Allah o böyük insanı Sevgili Rəsulu ilə birlikdə həşr edib Firdövs cənnəti ilə mükafatlandırsın! Amin!
- tarixində yaradılmışdır.