342-ci nəğmə: “Böyüklük səviyyəsində təvazökarlıq və intəhasız tələbəlik”

342-ci nəğmə: Böyüklük səviyyəsində təvazökarlıq və intəhasız tələbəlik

Bu söhbətdə möhtərəm Fəthullah Gülən Xocaəfəndidən aşağıdakı sualın cavabını eşidəcəksiniz. “Təvazö” adlı məqalədə belə bir cümlə keçir: “Allaha baxıb öz yeri və mövqeyini müəyyənləşdirənlərin dini həyatı, insanlarla münasibəti, şəxsi müraqibəsi daim müvazinət içərisindədir.” Bu cümlədə nəzərə verilən “müvazinət” ifadəsini necə başa düşməliyik?”

Haqqın (Allah-taalanın) böyüklüyü və sonzuluğu qarşısında - “sıfır-sonsuz” nisbətini də nəzərə alaraq – insanın öz yerini müəyyənləşdirməsi, bu düşüncə və həqiqəti xarakterinə oturtması lazım gəldiyini izah edən Xocaəfəndi Allaha qul olduğunu dərk edən insanların Ondan qeyri heç nəyə və heç bir qüvvəyə boyun əymədiklərini söylədi.

Haqqa (Allah-taalaya) baxıb öz mövqeyini müəyyənləşdirən insanların dinə hörmət edib; onun nə nəqli, nə də əqli dəlilləri ilə təzada düşmədiklərini dilə gətirən Xocaəfəndi, bu bəxtiyar nəslin Rəsulullahın təbliğ etdiyi, xüsusilə də təmsil (əməli şəkildə ortaya qoyduğu) etdiyi heç bir məsələyə - ağılla, qiyasla (Quran, sünnə və icmada açıqlanmayan məsələyə, aralarında səbəb eyniliyi olan və yuxarıdakı mənbələrin birində açıqlanan başqa bir məsələnin hökmünü şamil etmək), zövqlə, siyasətlə (əslində dinin ruhunda müstəqim ağla, səhih qiyasa, səlim (dürüst) zövqə, şəri siyasətə zidd heç bir məsələ yoxdur) təzad təşkil etdiyini görsələr belə - etiraz etmədiklərini; təəbbüdi (sırf əmr olunduğu üçün mühakiməsiz edilən ibadətlər) məsələlərdə əmrə itatdəki incə məqamı dərk edərək hərəkət etdiklərini vurğuladı.

Onun fikrincə: təvazökar insanlar Abdullah ibn Ömər həzrətləri kimi yüksək bilik və zəkaya malik olmaqla yanaşı, dinin əmrlərinə o qədər mutidirlər ki, baxan elə bilir bunların heç nədən ağlı kəsmir. Mövzuya aydınlıq gətirmək üçün Xocaəfəndi Həccdə şeytanı daşlayarkən keçirdiyi düşüncələri bölüşdü.

Allah-taalaya baxıb mövqeyini müəyyənləşriməyənlərin tədricən “xadim (xidmətkar)” və “tələbə (elm tələb edən)” olduğunu yaddan çıxarıb özünü “hakim” və “mürşid” kimi apardığını, bu cür ədəbzliyin də insan üçün fəlakət sayıldığını vurğulayan Xocaəfəndi Həzrəti Ustadın tələbəsi Albay Xulusi, Əhmət Feyzi, Tahiri Mutlunu “çox böyük olmağına baxmayaraq son dərəcədə təvazökar” insanlara nümünə kimi çəkdi.

Türk Dili Olimpiyadlarında hər adı çəkiləndə istiğfar etdiyini açıqlayan Xocaəfəndi uzaqdan “Bu gözəl fəaliyyətlərdə sənin də əməyin var” kimi düşüncələri görər-görməz dərhal Allahdan əfv dilədiyini, gündə bəlkə də, beş yüz dəfə istiğfa etdiyini, hətta istiğfara “Min, milyon əstağfirullah, ya Rəbbim!” sözünü əlavə etdiyini söylədi.

Söhbətin axırında Xocaəfəndi “Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!” (“Maidə” surəsi, 5\54) məallı ayəni oxuyaraq çox təmkinli olmaq lazım gəldiyini vurğuladı.

“(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız.” (“Ali-İmran” surəsi, 3\110) məallı ayəni oxuyan Xocaəfəndi “əmri-bil-məruf, nəhyi-anil-münkər” bütün müsəlmanların mükəlləfiyyəti olduğunu; buna görə də söhbəti-Canan məclislərinə davam edərək bir-birimizə xeyirxahlıq etməyin zərurət halına gəldiyini vurğuladı.