350-ci nəğmə: “İlahi əxlaq və bir cani doqquz məsum”
Sual: “Allah (bununla) onların keçmişdə etdikləri ən pis işlərin üstünü örtəcək (bağışlayacaq) və gördükləri ən yaxşı işlərə görə onları mükafatlandıracaqdır.” (“Zumər” surəsi, 39\35) ayəsində möhsinlərə mükafat olaraq bəxş olunan “ilahi müamilə” ilə Allah əxlaqı baxımından hansı məqamlara işarə edilir? Bu ayə prizmasından baxanda insanlara qiymət verərkən onların yaxşı və pis cəhətlərini hansı nisbətdə götürmək daha məqsədəuyğundur?
- Bəli, Allah (cəllə cəlaluhu) bəzi insanları etdiyə tövbələrə görə əfv edir; bəzi qullarını xətaya düşmüş olsalar belə gecikmədən yaxşı bir iş görərək təkrar haqq yola qayıtdıqlarına görə bağışlayır. Bəzən səmimi qəlbdən edilən bir duanın, bəzən vicdandan yüksələn bir peşmançılıq ahının, bəzən səmimiyyətlə tökülən bir neçə damla göz yaşının, bəzən az miqdarda verilən bir sədəqənin, bəzən kiçik bir yaxşılığın, bəzən də, böyük zəhməti olmasa da, səmimi niyyətlə edilən bir xeyirxahlığın hörmətinə bəndələrini əfv edir, onlara Cənnət, Camalullah və Rizvan bəxş edir.
- Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) buyurur: “Qardaşını gülərüzlə qarşılamaqdan ibarət olsa da, heç bir yaxşılığı dəyərsiz sayma!” Buxari və Müslim kimi mötəbər əsərlərdə də bu fikri təsdiq edən hədislər mövcuddur. Məsələn, Peyğəmbərimiz (əleyhi əkməluttəhaya) bəhimi həyat sürən əxlaqsız bir qadının qurtuluşundan bəhs edərkən buyurur: "Bir gün çox susayır, dili-dodağı təpiyir. Yolda bir quyuya rast gəlir. Quyuya düşüb sudan doyunca içir. Quyudan çıxanda susuzluqdan əldən düşmüş, torpağı yalayan bir it görür. "Bu da mənim kimi yaman susayıb!" deyərək təkrar quyuya düşür, su ilə dolu çarığını ağzına götürüb çölə çıxır və itə su verir. Allah-taala bu qadının günahlarını məhz bu əməlinə görə bağışlayır." Ona görə də heç bir yaxşılığı xor görməməli və dəyərsiz saymamalıyıq. Bəzən zahirən kiçik görünən bir yaxşılıq ilahi mərhəməti cuşa gətirir, yada ki əvvəlki xeyir-həsənatın “qafiyə”sinə çevrilir.
- Allah-taala (təbərakə və təala) Qurani-Kərimdə: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” (“Zilzal” surəsi, 99\7-8) buyururaq Haqqın dərgahında zərrə xeyir və şərin itmədiyini, mütləq qarşılığı veriləciyini bəyan edir.
- Özümüzə aid ən kiçik nöqsanları belə gözümüzdə böyüdüb dağa döndərməli, başqalarının ən kiçik yaxşlıqlarını isə dağ boyda görməliyik.
- Bədiüzzaman Həzrətlətləri bir gəmini misal çəkir: “Doqquz günahsız bir canidən ibarət bir gəmini caniyə görə batırmaq olmaz. Hətta doqquz cani bir günahsız olsa da batırmaq olmaz. Batırsalar, zülm olar. Mömin də bir gəmiyə bənzəyir. Onda bir çox xüsusiyyətlər var. Bir, yaxud bir neçə pis xüsusiyyətinə görə onu dəftərdən silmək olmaz. Onun o pis xüsusiyyətinin əleyhinə olsaq da şəxsinə qarşı kin tutmamalı, nifrət etməməliyik.
- tarixində yaradılmışdır.