371-ci nəğmə: “Ümid, nigarançılıq və heyrət”
Fəthullah Gülən Xocaəfəndi ikindi namazından sonraki söhbəti: “Ağzımın dadı qalmayıb!.. Dünyanın dadı qalmayıb, ağzımda dad necə qalsın?!.. Bircə yəsə düşməməyə çalışırıq, o da küfür olduğuna görə. Həddsiz həssaslıq da var. Kənarda olub-keçənləri ruhumda bir tufan kimi duyuram... Hər şeyi... Birmadan Suriyəyədək... Hər şeyi...” sözləri ilə başladı.
İnsanı yəsə sürükləyən səbəblər çox olsa da, ümidverici hadisələrin də az olmadığını misallarla açıqlayıb.
Dünyanın ən ucqar bölgələrinə sırf Allah rizası üçün hicrət edən və Afrikanın bəzi yerlərindən olduğu kimi, məhrumiyyətlərə sinə gərməklə yanaşı, indi də terroristlərin təhdidləri ilə üzləşən, lakin yolundan dönməyən adanmış ruhlardan bəhs edən Xocaəfəndi bu insanlara qarşı edilən düşmənçiliyi anlamaqda çətinlik çəkdiyini, üstəlik bu pisliyə bəzi müsəlmanların qarışmasına çox üzüldüyünü dilə gətirdi.
- tarixində yaradılmışdır.