372-ci nəğmə: “Vaxt israfı, yorğun beyinlər və texniki imkanlar”
Dövrümüzdə ən çox israf edilən nemət vaxtdır. Allah vaxt israfının da hesabını soruşacaqdır.
- Boş işlərlə məşğul olan insanların kütlə psixologiyası ilə küçələrə tökülməsini və əlbə-yaxa bir-biri ilə döyüşməsini təbii görmək lazımdır.
- Ustad həzrətləri dövrümüzdə geniş yayılan unutqanlıq xəstəliyi ucundan insanların Qurandan öyrəndiklərini də yaddan çıxaracağını və “Axırzamanada hafizlərin köksündən Quran çıxarılacaq” məallı hədisin izahında bu dəhşətli mərəzin səbəb olduğunu bildirmişdir. Bəli, çirklənmiş, yorulmuş və boş şeylərlə dolmuş zehinlərin Quranın ənginliyinə və namaz kimi ibadətlərin dərinliyinə nüfuz etməsi mümkünsüzdür.
- Fəthullah Gülən Xocaəfəndi: “Çox vaxt “bu dörd rükəti nöqsansız qılım” deyə niyyət edirəm, amma bacarmıram. Bəzən iki qılıram, üç qıldığım azdır, bilmirəm ömrümdə heç dördə çatdıra bilmişəmmi” sözü ilə nəyi nəzərdə tutur?
- İki Cahan Sərvəri (sallallahu aleyhi vəsəlləm) Peyğəmbərimiz buyurur: “Faydasız işləri tərk etmək müsəlmanlığın gözəlliyindəndir”.
- Bəzi məsələləri texnikanın əleyhinə çıxmaqla həll etmək olmaz. Əsas məsələ insan problemini həll etmək, onu həvaü-həvəsin əsarətindən xilas etmək və səmərəli şəkildə istifadə etməyi öyrətməkdir.
- Komyuter və internet kimi texniki vasitələr sürrətli bilik mənbəyi olduğu üçün qiymətlidir. Ancaq internet və televiziyadan əldə edilən biliyi mənimsəmək çox çətindir. Yalnız kitab oxumaqla həqiqi mənada elm yiyəsi olmaq olar.
- İmam-Əzəm həzrətləri: “İsrafda xeyir olmadığı kimi, xeyirdə də israf yoxdur”, buyurmuşdur.
- tarixində yaradılmışdır.