373-cü nəğmə: “Qurban da mənəvi bir qalxandır!..”
Sual: Həzrəti Ustad Birinci Dünya Müharibəsində müsəlmanlrın məruz qaldığı mali ziyan və fiziki məşəqqətin səbəblərindən söhbət açır. Orada deyir ki, yoxsulların məruz qaldığı əzab-əziyyət, aclıq və qıtlığın səbəbi onların orucun şirin aclığını dadmamaları, var-dövlətlilərin mal-mülkünə dəyən ziyanın səbəbi isə zəkat vermək əvəzinə möhtəkirliklə məşğul olmalarıdır. Bu baxımdan qurban ibadəti mənəvi qalxan ola bilərmi?
“Görülən hər bir iş Onun qapısının toxmağına toxunmadır. Getmək bir toxunmadır... Qurbanlıq ət aparmaq toxunmadır... Qapı-qapı gəzib ət paylamaq ayrı bir toxunmadır... “Necəsiniz? Nəyəsə ehtiyacınız var?” demək başqa bir toxunmadır... O yoxsul ailələrin uşaqlarına oyuncaq paylamaq ayrı bir toxunmadır... Bu, dalbadal bezib-usanmadan edilən duaya bənzəyir. Duaya nə vaxt cavab veriləcəyini isə yalnız Allah-taala bilir. Siz vəfanızı, sədaqətinizi, səmimiyyətinizi, fikirlərinizdə heç bir dəyişiklik olmadığını göstərin, O da sizə öz misilsiz əxlaqi-sübhanisi ilə rəftar etsin”.
- tarixində yaradılmışdır.