378-ci nəğmə: “Könüllülərə təbrik və təşəkkür”
Artıq bir neçə gündür mediada Türkiyə və dünyanın dörd bir tərəfinə gedib qurban əti paylayan, bununla bir daha sevgi və qardaşlıq körpülərini quran, yardıma səsləyənlərə “Biz sizinləyik, buradayıq!” deyən və bütün yer kürəsini bayram meydanına çevirməyə çalışan fədakarların xəbərləri ilə qarşılaşırıq.
Qurban bayramını həm Xaliqə, həm də xalqa yaxınlaşma vəsiləsi bilən bu səmimi insanlara qarşı içimizdə təqdir, təbrik, minnətdarlıq və təşəkkür hislərinin qabardığını duyur, onlara həsəd aparır və dualarla onlara qoşulmağa çalışırıq.
İki-üş saat əvvəlki söhbətdə möhtərəm Fəthullah Gülən Xocaəfəndiyə bu haqda bir sual verildi: “Bu il ölkəmizin 81 bölgəsində və 100-ə yaxın dünya ölkələrində yüz minlərlə insana bayram sevinci bəxş edən “Kimsə yoxmu?” humanitar yardım dərnəyinə mənsub könüllülərin qurban fəaliyyətlərini necə qiymətləndirirsiniz? Bu haqda düşüncələrinizi bizimlə bölüşə bilərsinizmi?”
Vaxt ötürmədən bu söhbətin videolentini sizinlə bölüşürük.
- tarixində yaradılmışdır.