411-ci nəğmə: Fəthullah Gülən Xocaəfəndi: “Utanılası iş görməmisiniz; mətin dayanın, axirətə borclu gedən siz olmayın!”
Fethullah Gülen tərəfindən yazılmışdır. "Herkül nəğmə" göndərildi
411-ci nəğmə: Fəthullah Gülən Xocaəfəndi: “Utanılası iş görməmisiniz; mətin dayanın, axirətə borclu gedən siz olmayın!”
Mənəvi dünyamızı təmizləyən tövbə, inabə, övbələrdir. Təki ürəkdən gəlsin. Üst-başımıza bir də nəsə sıçramasın deyə çox ciddi, hətta dəlicəsinə həssas olmalıyıq.
Vəhm və vəsvəsəyə qapılmamalı, ancaq bir o qədər də arınma aşiqi və məftunu olmalıyıq... Xəyaldan keçənlərə belə fövqəladə diqqətli olmalı və vaxt keçirmədən arınma bulaqlarına üz tutmalıyıq. Beş vaxt namaz arınma bulaqlarından biridir. Tövbələr, isteğfarlar, inabələr, övbələr də arınma bulağıdır. Hətta verilən sədəqələr belə arınma bulağıdır. İslam dininin ucalması naminə, Həzrəti Məhəmməd Mustafanın (sallallahu aleyhi vəsəlləm) adının hər tərəfə yayılması naminə edilən hər bir əməl, hər bir fəaliyyət, şübhəniz olmasın, bir arınma bulağıdır. Bunların hər birinə baş vuran insan pürpak olar, inşaallah.
Bəli, təmizlik məsələsində fövqəladə həssas olmaq lazımdır. Mən “dəlicəsinə” dedim, siz bunu “ciddiyyət” olaraq başa düşün. Bu məsələdə çox ciddi olmaq və mətin dayanmaq lazımdır. Mətanətli olduqdan sonra el-aləm sizə nə deyir-desin.
Həzrət Ömər (radiyallahu anh) ordunu qoyub Kabəyə həccə getdiyinə görə Həzrəti Xalidi (radiyallahu anh) tənbeh atmişdi. “Sənin ordunun başında dayanmağın Kabəyə getməyindən daha vacibdir”. Bu prinsipi yaxşı qavrayan otuzdan çox Osmanlı hökmdarından heç biri həccə getməmişdir. Həcc onlara fərz deyildi? Əlbəttə fərz idi! Ancaq ondan daha böyük fərz varsa, millətin birliyi-bütövlüyü məsələsi varsa, başqa millətlər millətinə diş qıcayırsa, belə bir vəziyyətdə mövqeyini ortaya qoymaq və vəzifənin başından ayrılmamaq daha vacibdir.
Xalid ibn Vəlid dünyalara dəyər sərkərdə idi. Allah (cəllə cəlaluhu) iki böyük imperiyanı onun qılıncı ilə diz çökdürmüşdür. Əsgərlər Xalidə o dərəcədə bağlı idi ki, onsuz addım atmazdılar. Yərmük müsəlmanlar üçün ölüm-qalım müharibəsi olmasına baxmayaraq, xəlifə Həzrət Ömər (radiyallahu anh) döyüşdən əvvə onu vəzifədən uzaqlaşdırmışdır. Əmri elan edən Məhəmməd ibn Məsələmə Həzrəti Xalidin başındakı sarığı boynuna dolayıb onu bu vəziyyətdə xəlifənin hüzuruna çıxarmışdı. Həzrət Ömər: “Ey Xalid, Allah şahiddir ki, səni çox sevirəm. Ancaq xalq bütün zəfərləri səndən bilir. Halbuki zəfərləri ehsan edən Allahdır. Xalqın şirkə düşməsinə yol verə bilmərəm. Buna görə də səni vəzifədən uzaqlaşdırıram”, - deyir.
Başa keçərək, yüksək vəzifələrə gələrək nəsə bir iş görmək deyil, Allahın dərgahında yüksəlməyə və Ona yaxın olmağa çalışaq!
Siz Hizmətdə öhdənizə düşəni edirsiniz. Edə bilməyənlər ilişəcəklər... paxıllıq edəcəklər... “Bunlar olmasaydı!” deyəcəklər. Bəzi vaxtlar gücünüzdən istifadə etmək üçün, sizdən dəstək almaq üçün səslərini çıxarmayacaqlar. Amma məsələ o həddə çatacaq ki, paxıllıq xortlayacaq. Ağzına gələni sizə deyəcəklər.
Amma bu günədək sizə “oğru” deyən olmadı, elə deyil? Hamınızın üzü ağ, alnı açıq! Əlhəmdulilləh, bizə “oğru” deyən olmadı. “İrtikab elədiniz” deyən olmadı, əlhəmdulilləh! “İxtilas etdi (məniməsəmək)” deyən olmadı. “Tenderdə saxtakarlıq etdi” deyən olmadı. “Yaxınlarını irəli çəkdilər” deyən olmadı. Nə dedilər? Gülməli şeylər danışdılar.
Elə şeylər deyirlər ki, 20 ildir 160-dan çox ölkədə sizinlə oturub-duran insanlar onların dediyinin ondabirini demədilər. Amma mən sizə bir şey deyim... vallah, billah, tallah iyirmi il deyil, iyirmi ay deyil, iyirmi həftə deyil, iyirmi saat deyil... sizinlə (bir müddət) oturub-durmayan, gecə həyatınızı (ibadət) bilməyən, Allahla rabitənizi bilməyən, Peyğəmbərlə rabitənizi bilməyən, gecə təhəccüd namazı qılmamağı böyük günah sayan, tövbəsiz keçən günü hədər sayan, sizin bu yönünüzdən xəbəri olmayan bəzi ədəbsizlər sizə “xaşxaşi” deyir, “çətə” deyir, “örgüt” deyir... Bu gülünc iddialarla 160 ölkənin qabağında gülünc vəziyyətə düşürlər.
Siz indiyədək etibarınıza – Allahın izni və inayəti ilə - toz qondurmamısınızsa, vəzifəniz və məqamınız etibarilə “dövlətin malı dəniz, yeməyən...” deməmisinizsə, məncə, ayıb iş görməmisiniz! Heç vaxt utanmayın! Daim mətanətli olun, Allahın izni və inayətilə... və Cənabi-Haqqın sizə lütf etdiyi doğru yoldan ayrılamyın. Ayrılmayın, çünki o yol Həzrəti Rəsuli-Zişanın şəhrahıdır, getdiyi yoldur.
Gülünc əziyyətə düşən insanlar, başqalarına gülərək təsəlli taparlar. Başqalarını ittiham etmək surətilə nöqsanlarının üstünü örtməyə çalışarlar. Xalqın yaddaşına həkk olan quldurluğu, oğurluğu, irtikabı və ixtilası süni problemlər icad edərək unutduracağını zənn edirlər. Halbuki xəbərləri yoxdur, hər yada düşən o çirkab, o fənalıq xalqın nöronalrında canlanır.
Xülasə, etdiyiniz xeyirxah əməllərin zərrəsini belə adını çəkməyən, əskinə sizə pislik edənlərdən belə incinməməli, eyni şəkildə qarşılıq verməməlisiniz. Kimsəyə borclu qalmayın, əksinə verən olun, amma verdiyinizi heç vaxt tələb etməyin. Axirətə də bu şəkildə gedin.