428-ci nəğmə: “Peyğəmbər bəyanının mahiyyəti və dostun qardaşdan üstünlüyü”
“İnsan ancaq ənbiyayi-izamın bəyanları sayəsində ömür yolunu işıqlandıra bilər. Bundan məhrum olan insanlar qaranlıqda yaşayır və nə edəcəyini bilmirlər. Bir ovuc torpağı qalan Türkiyəni idarə edən insanların dönüklüyünə bir baxın! Peyğəmbər yolunu bilsəydilər, bu qədər dönük olardılar? Bir gün deyirlər: “İŞİD mürşiddir!” O biri gün deyirlər: “İŞİD agentdir!”... Sonra deyirlər ki: “İŞİD ifritdir!”... Duyğu-düşüncədə bu qədər “ziqzaq”lara yol verənlər, təsəvvür edin idarədə nə qədər səhvlərə yol verirlər.”
“(Bəzən) bunlar nə qardaşı, nə qohum-əqrəbanı, nə dayı-əmini tanıyırlar... “Yaxınlıq” bəzən insan üçün bir bəladır: sadə şeyləri belə görməyə mane olur. Belələri “bizim adamdır” deyib insanlara əhəmiyyət vermirlər. Oxumur, düşünmür, mütaliə etmir, məsələlərin təfərrüatını öyrənmir, “Mənə heç kim lazım deyil!” deyir və heç cür bu düşüncədən yaxa qurtara bilmirlər. Ona görə də qardaş heç vaxt dostu əvəz edə bilmir. Bəziləri “Mən filankəsi tanıdım!” deyir. Üzr istəyirəm, qələt eləyir. Onunla eyni məkanda yatıb-durmadan tanıya bilməzsən... gecələri iniltilərini eşitmədən tanıya bilməzsən... Allahla irtibatını görmədən tanıya bilməzsən... Ürək döyüntülərini duymadan, bəşəriyyət üçün ürəyinin necə gup-gup döyündüyünü duymadan tanıya bilməzsən... “Tanıyıram” deyirsənsə, ağ yalan danışırsan. Onunla birlikdə iztirab çəkməmisənsə, onunla birlikdə ac qalmamısansa... and olsun tanıya bilməzsən. İki dəfə görüb, amma iddia edir ki, “Mən onu tanıyıram!” Bu yalandır, açıq-aşkar ağ yalandır. O baxımdan dost – həyatın hər anını, hər mərhələsini sizlə şərik olan insan başqadır, qardaş başqadır”.
- tarixində yaradılmışdır.