478-ci nəğmə: “Ramazan ayın vida və baydam səhəri”

478-ci nəğmə: “Ramazan ayın vida və baydam səhəri”

Əziz dostlar, haqsızlıqlarlın və məzlumların əzab-əziyyətlərinin sona yetməsi üçün dua edərək Ramazan bayramınızı səmimi qəlbdən təbrik edir, sizə iki cahanda səadət diləyirik.

Sizə təqdim etdiyimiz bu ilki bayram video kadrları son təravi namazından başlayır. Möhtərəm Fəthullah Gülən Xocaəfəndi digər günlərdə yatsı namazının fərzini camaatla birlikdə qılıb uzun çəkən təravih namazını tək qılardı. Ədət etdiyi kimi bu ildə son təravih namazını camaatla birlikdə qıldı. Video kadrda əlavə olaraq ramazan ayına hüznlü vida səhnələrinə yer verdik. Ardınca ərəfə günündən bir neçə dəqiqəlik səhnələrə də yer ayırdıq.

Bayram gecəsi hər il olduğu kimi, xüsusilə vətənimiz, millətimiz, ümməti-Məhəmməd və bütün bəşəriyyətə təqribən bir saata yaxın dua etdik.

Bayram namazı, xütbə və duadan sonra Xocaəfəndi qonaqların bayramını təbrik etdi, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) sünnəsinə əməl edərək qadınların namaz qıldığı salona da baş çəkib onları salamladı. Ardınca uşaqlara şokolad payladı, onları sevindirdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.