Fəthullah Gülən tərəfindən yazılmışdır. Konfrans göndərildi
"Qızıl Nəsil" Konfransı
"Qızıl Nəsil"; bütün mütəfəkkirlərin təsəvvür edib təsvir etməyə çalışdıqları ideal sistemi həyata keçirə biləcək, zaman dilimlərinə ali vəsflər verə biləcək bir nəsildir.
İnsanlar vəsflərinə görə dəyərləndirilir. Mövzu ilə əlaqəli, "Hər doğulan, İslam fitrətində doğulur; sonra ana-atası onu yəhudiləşdirir, xristianlaşdırır, atəşpərəstləşdirir..." hədisi şərh edilir.
"Qızıl Nəsl"in vəsfləri (xarakteristikası); a) Məhəbbət: Dosta-düşmənə qarşı mürüvvətli olmaqdır. b) Həmlə: Əvvəla öz könlünü fəth etmək, sonra da başqalarını qurtarmağa çalışmaq, hərəkat insanı olmaq. c) Müraqibə: İnsanın daim özünə nəzarət edib, hesaba çəkməsi.
Peyğəmbər Əfəndimiz (s.ə.s.) öhdəsinə düşən vəzifəni vəzifənin böyüklüyünə uyğun ölçüdə yerinə yetirmişdir. Elə bir nəsil yetişdirmişdir ki, biz əsl "Qızıl Nəsl"i Səadət Əsrində görürük.
Qızıl Nəsil öz nümunələrini öz içindən çıxarmışdır: Daim böyüyən dostluq, qardaşlıq, birlik... Bu, əsrlərlə belə davam etmiş, bütün mədəniyyətlər bu vəhdət üzərinə qurulmuşdur.
Yərmuk müharibəsində İbn Hişamın dostluq uğrunda başına gələn qeyri-adi hadisələr...
Məhəbbət elə əhəmiyyətlidir ki, Allah (c.c.) xilaskar nəsli təsvir edərkən: "Ey iman edənlər! Sizdən hər kim dinindən dönsə dönsün: Allah onların yerinə elə bir birlik gətirəcək ki, Allah onları sevər, onlar Allahı sevərlər..." (Maidə, 54) deyərək məhəbbət sifətini xüsusi vurğulayır.
Çilə şirin şeydir. Çilə çəkməyənlər zənn edirlər ki, çilə çəkən izdirab içindədir.
Hz. Bilalı "Allah birdir" dediyi üçün isti quma uzadıb üstünə özündən ağır daş qoydular. Amma onun dodaqlarından süzülən yeganə kəlimə "Əhad, Əhad" idi.
Hər şeyin bir ədəb-ərkanı var. Həmçinin çilənin də. Çilənin ədəb-ərkanı çəkdiklərini heç kəsə söyləməməkdir.
Müsəlman olduğuna görə işgəncəyə məruz qalan Yasir ailəsinin acı taleyindən bəhs edərkən Allah Rəsulunun səbir tövsiyəsi...
Möminin çiləsi içdədir və o qədər müqəddəsdir ki, çilənin mənasını dərk edən onu dünyanın heç bir zövqü-səfasına dəyişməz.
Romalılara əsir düşən Abdullan ibn Hüzafətüs-Səhminin hər cür işgəncəyə məruz qalmasına baxmayaraq, dinindən dönməyib, amalı uğrunda çilə çəkməyi dünya nemətlərindən tutması...
Sultan Mehmet böyük bir fatehdir. İstanbulu fəth etmişdir, lakin onun İstanbuldan daha böyük bir fəthi var.
Fateh barmaqlarını kəsdirdiyi Memar Sinan Atik qarşısında məhkəmə önündə öz əlinin kəsilməsini qəbul etdiyi zaman əsl Fatehdir. Bu fəth İstanbulun fəthindən daha böyükdür.
Daxili və xarici fəthi tam mənada yenə də Səadət Əsrinin "Qızıl Nəsl"ində görürük. Uhud müharibəsində yaralanan Ubeydə ibn Harisin döyüş meydanında deyil, evində can verərsə, şəhid olub-olmayacağını soruşması...
"İki göz var ki, Cəhənnəmi görməz...." hədisi ilə əlaqəli Allah qorxusundan ağlayan göz və sərhəddə keşik çəkən göz haqqında orijinal şərh...
Qızıl Nəsil əvvəla özünü hesaba çəkəcək. Mövzu ilə əlaqəli Əfəndimizin: "Hesaba çəkilmədən əvvəl nəfsinizi hesaba çəkin" hədisi şərh olunur...