Peyğəmbərlərin sifətlərindən-sidq (doğruluq)
17 Fevral 1989, İstanbul Üsküdar Validə Sultan Məscidi
- Peyğəmbərlər özü ilə, sözü ilə, duyğusu ilə, düşüncəsi ilə sadiq insanlardır. Heç bir kimsə peyğəmbərlərə əsla yalançı deyə bilməmişdir.
- Quranda sadiqləri mədh edən ayələr və verdiyi sözü sədaqətlə yerinə yetirərək Uhud döyüşündə şəhid olan Ənəs ibn Nadr (r.a.) örnəyi…
- Müşriklər Peyğəmbərimizi (s.ə.s.) həm sadiq həm də əmin olaraq tanıdıqları üçün Hacərül-Əsvədin yerinə qoyulması vaxtı Onun (s.ə.s.) hakimliyinə razı olmuşdular.
- Əbu Süfyan (r.a.) müsəlman olmazdan qabaq Herakliusa Allah Rəsulunun (s.ə.s.) doğru və əmin bir insan olduğunu etiraf etmişdi.
- Siz altı xüsusda mənə təminat verin mən də sizin Cənnətə girəcəyinizə zamin olum; 1) Danışanda doğru danışın… və "İçində şübhə oyadan şeylərdən uzaq ol, şübhələrin olmadığı bir iqlimdə yaşa…" hədisləri…
- "Daima doğruluğu axtarın. Doğruluqda həlak olacağınızı görsəniz belə onda qurtuluşunuz vardır." hədisi və doğruluğu ilə qurtuluşa nail olduğunu deyən Qab ibn Malik (r.a.) hekayəsi…
- "Doğruluqdan ayrılmayın. Doğruluq sizi yaxşılığa və gözəlliyə aparar. Yaxşılıq da sizi Cənnətə qovuşdurar. Bir insan, özünü doğruluğa alışdırarsa Allah qatında o kimsə siddiqlərdən yazılar…" hədisi…
- tarixində yaradılmışdır.