Sidq-qeybi xəbərlər, öz dövrü və yaxin zamanlar
24 Fevral 1989, İstanbul Üsküdar Validə Sultan Məscidi
Öz dövrünə aid verdiyi qeybi xəbərlər
- Peyğəmbərimiz (s.ə.s.) bir gün minbərdə ikən Ona qeyb pərdəsi açılmış və Səhabələrə (ra) cəlallanaraq: "Nə soruşursunuz soruşun, xəbər verim" -demişdi...
- Rəsuli Əkrəm (s.ə.s.) Bədir döyüşü başlamazdan qabaq müşriklərin başçılarının haralarda öldürüləcəyini, arxalarının harada yerə dəyəcəyini xəbər vermiş və bunlar eyniylə baş vermişdi.
- Rəsulullahın (s.ə.s.) məsciddə Əshabı ilə oturarkən az sonraYəmənli Abdullah ibn Cərir əl-Bəcəlinin (ra) məscidə girəcəyini xəbər verməsi...
- Məkkə fəthində Əfəndimiz (s.ə.s.) Umeyr ibn Vəhbin nə məqsədlə Mədinəyə gəldiyini özünə demiş, o da heyrətlənmiş, müsəlman olmuşdu.
Yaxin zamanlara dair verdiyi qeybi xəbərlər
- Rəsulullahın (s.ə.s.) yaxın zamanlarda meydana gələcək fitnələri xəbər verməsi...
- Məkkədə sıxıntılı günlərin yaşandığı bir dövrdə Peyğəmbərimiz (s.ə.s.) qarşıda əmniyyətli günlərin gələcəyini, Allahın bu işi tamamlayacağını xəbər vermiş və bunlar da dediyi kimi baş vermişdi.
- Peyğəmbərimiz (s.ə.s.) qızı Fatiməyə (ra) yaxında vəfat edəcəyini xəbər vermiş və yenə ona: "Əhli-beytimdən mənə ilk qovuşan sən olacaqsan" -demiş və dedikləri də eyni ilə gerçəkləşmişdi.
- tarixində yaradılmışdır.