Professor Filipp Kleyton

Peyğəmbər yolunun yolçuları

Cənab Fəthullah Gülənədək heç kim Peyğəmbər təlimini bu səviyyədə təmsil edərək Qərb dünyasına tanıtmamışdır. Şübhəsiz tanıdanlar olmuşdur, ancaq indiyədək düşüncəsini əmələ keçirən bir imam, bir sufi və mütəfəkkirlə ilk dəfə qarşılaşırıq.

Doxsanıncı illərin əvvəllərində, xüsusilə də bu son illərdə bütün dünyada Gülənin əhəmiyyətinin və çəkisinin xeyli artdığını müşahidə edirik. Ona verilən əhəmiyyətin əsasında Gülənin Qərb dünyasına bir din olaraq İslamiyyətin həyatın hər sahəsinə nüfuz edən hikmətini, dərinliyini və mənəviyyatını təmsil edərək təqdim etməsinin dayandığına inanıram.

Cənab Fəthullah Gülən və Hizmət hərəkatı bütün müsəlmanlara XXI əsrdə dünya vətəndaşlığının, eyni zamanda kamil bir müsəlmanlığın yollarını göstərir. Hərəkatı, açılan məktəbləri, Gülənin məqalə və təlimlərini çox vacib hesab edirəm. Ələlxüsus da XXI əsrdə müsəlman kimi həyat sürməyi və bunun insana aşıladığı fəxr hissini hər şeydən daha üstün tuturam.

Söhbət ümumbəşəri mədəniyyətə töhfə verən, buna baxmayaraq Peyğəmbər, Qurani-Kərim və İslam tarixi və hüququna güzəştə getmədən şərəfli bir həyatın aşıladığı hisdən gedir.

Onun zərif təlimi zorakılıqdan uzaq olan Peyğəmbər yoludur. Zorakılığa meyl edən kiçik bir qrupun padzəhəridir. Amerikalıların sözü ilə desək, o, müsəlmanların 99%-ni, yəni Peyğəmbər yolunda gedən böyük bir kütləni təmsil edir.

Dünyada heç bir sosial hərəkat Hizmət qədər ümumbəşəri dərəcəyə yüksəlməmişdir.

Dünyanın müxtəlif yerlərində həyata keçirilən bütün pozitiv fəaliyyətləri götürür və insanlara bunu “hizmət” kimi, müsəlmanın məfkurə və çağrısı kimi, Allahın adı ilə dünyaya, bütün bəşəriyyətə xidmət kimi təqdim edir. Məhz buna görə Hizmətin tayı-bərabəri yoxdur! Başqa heç bir sosial hərəkatın sistemi Hizmətdəki qədər mükəmməl olmamış və mənsubların məfkurəya bağlılığı bu dərəcəyə yüksəlməmişdir.

Cənab Gülənin təhsil sahəsini ilk sıraya qoyması, 160-dan çox ölkədə məktəblərin açılmasını təşviq etməsi məndə heyranlıq hissi oyadır. Beləliklə Peyğəmbər yolunun yolçuları olaraq müsəlmanlar bütün dünyada liderlik mövqeyinə yüksəlir, Peyğəmbər təlimini XXI əsrə və müasir dünyaya tanıdır.

Üstəlik bunu müasir elm, siyasət, iqtisadiyyat, dinlərə və başqa sahələrə vaqif olaraq həyata keçirir. Təhsil İslamiyyəti XXI əsrlə birləşdirən bir körpü, müasir dünyaya açılan bir qapıdır. Məhz buna görə Cənab Gülən təhsili layihəsinin mərkəzinə qoyur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.