Tolerantlıq və dialoq yeni bir layihədir? Daha əvvəllər belə fəaliyyətlər var idi?

Xoca Əfəndi 12.03.2005-ci il tarixli "Zaman" qəzetinin "Şərh" səhifəsində nəşr olunmuş "Tolerantlıq prosesisinin təhlili" adlı yazısında bu sualın cavabını aydın verir: "1990-cı illərin ortalarından etibarən başlayan tolerantlıq və dialoq prosesinin dini əsasları mövzusunda bəzi şeylərin hələ möhkəm oturmadığını görürəm. Bunlar həm bu prosesə qəlbən dəstək verən dost və tərəfdar, həm də bunun İslami prinsiplərə zidd olduğunu iddia edən müsəlmanların nəzərdən qaçırdığı əsaslardır. Birincilər bu prosesin yenidən başlamasına, diqqət edin "yenidən başlama" deyirəm, vəsilə olan şəxs (şəxsləri) və ya qurumları ön plana çəkdilər. İkincilər isə İlahi əmrləri siyak-sibak (əvvəli və sonu) bütünlüyündən qopardaraq verdikləri izahlarla bu prosesə rəhbərlik edənləri "bidətkar"dan "kafir"ə qədər ifadələrlə ittiham etdilər (edirlər)" .

Tolerantlıq, dialoq və bizim istilahımızla "hər kəsi öz mövqeyində qəbul etmə" düşüncəsi və bunun həyata keçirilməsi İslam tarixində bizimlə ortaya çıxmamışdır, yəni yeni bir şey deyildir. Sadəcə Mədinə müqaviləsini bu suallar istiqamətində gözdən keçirək: Allah Rəsulu (s.ə.s.) dinindən, irqindən, millətindənasılı olmayaraq insanın din, həyat, səyahət, təşəbbüs və mülkiyyət hüququnu mübarək səsini ucaldaraq aləmə eşitdirirmi, eşitdirmirmi? Bu hüquqların toxunulmaz və həm də müqəddəs olması müqavilədə vardırmı, yoxdurmu? Eyni həqiqətlər başqa dillə, başqa bir izah üslubu və ədası ilə Vida xütbəsində təkrar edilirmi, edilmirmi? Mədinə müqaviləsi ilə Vida mütbəsi arasında təxminən 10 il müddət vardır. Deməli, bu 10 ildə heç bir fikir dəyişikliyi yoxdur, əksinə bu mövzuda təbliğat var və bu hüquqları təhkim var.

Bu xüsuslar sadəcə Mədinə müqaviləsində və Vida xütbəsində zikr edilməmiş, ədəbiyyat tarixində ədəbi bir risalə kimi qoyulmamış, ağızdan çıxan bu həqiqətlər eyni zamanda həyata keçirilmişdir. Rəsulullah (s.ə.s.) bunları bilavasitə tətbiq etdiyi kimi, sonrakı dövrlərdə Raşidi Xəlifələr, tabiun və təbeyi-tabiun də bu həqiqəti yaşamışdır. Fəthlər dövründə müsəlmanlar harada kilsə və sinaqoqları dağıdıblar? Harada dini azlıqların hüquqlarına toxunublar? Harada vicdan azadlığına məhdudiyyət qoyublar və harada fikir azadlığını təhdid ediblər? Tarixdə müsəlmanların hakimiyyəti altında yaşayan azlıqlar müsəlmanların dəyərini digər işğalçıların əsarətinə düşdükləri zaman anlamışdılar. Deməli, bizim keçmişimizin təməli, bünövrə daşı budur. Yəni bu bizimlə başlayan bir mərhələ deyildir.

Məsələyə bu prizmadan baxdıqda görərik ki, biz "tolerantlıq", "dialoq", "hər insana hörmət", "hər kəsi öz mövqeyində qəbul" deyərkən, Peyğəmbərimizin (s.ə.s.) Mədinə müqaviləsini səsləndirir, Vida xütbə­sində bəyan etdiyi həqiqətləri hayqırırıq. Beləcə vəzifəmizi və borcumuzu yerinə yetiririk. Mənbələrimiz bunun belə olduğunu deyirsə, bunu bir vəzifə və öhdəlik (mükəlləfiyyət) olaraq mənsublarının çiyinlərinə yükləyirsə, bu işi biz öz adımıza çıxmamalıyıq. Heç kəs də öz adına çıxa bilməz. O, sizin şəfqətinizin, mərhəmətinizin məhsulu deyil. Əksinə, İslamın şəfqəti, mərhəmətidir. Bəlkə də, bizdən əvvəlkilər bu nöqtədə nöqsana yol vermiş, daxili və ya xarici, haqlı və ya haqsız səbəblərlə fərqli bir yolda getmişlər. Bunlar bizi maraqlandırmır, biz ancaq öz vəzifəmizi yerinə yetiririk.

Diqqət edin, vəzifə və borc deyirəm. Yəni bunu bir fəzilət saymayın. Bundan fəzilətə aid şeylər gözləməyin. "Heç qiyməti yoxdurmu?" – deyə düşünə bilərsiniz. Bəli, sizin rəhbərlik etdiyiniz bu proses, bəlkə, bir dəyər ifadə edir, amma bu çoxlarının sözügedən məsələni tam qavramadığına və bunu etmədiyinə görədir. Yəni az olduğuna görə böyük dəyər kəsb edir. Yoxsa vəzifənin özündən doğan dəyər deyil. Başqa sözlə, necə ki bazarda təklif az olduğu zaman birdən-birə əmtəənin dəyəri yüksəlir, bu da elədir. Tolerantlıq və dialoq hayqıran bu insanlara "fəzilətli", "əxlaqlı" deyilməsi, onlara yüksək dəyər verilməsi, "sülh qəhrəmanları" adlandırılması bu səbəbdəndir.

Yaxşı, sizdən əvvəl bunları heç dilə gətirən olmayıbmı? Əlbəttə olub, amma indiki qədər geniş olmayıb. Bunlar fikir planında ortaya qoyulan, kitab səhifələri arasında qalan, geniş tətbiq edilməyən düşüncələr idi. Bəlkə, buna görə yaxın və uzaq dost dairələrdən bunu başa düşməyən, başa düşməməkdə israr edən şəxslər olmuşdur. Bəlkə də, həsəddən, qısqanclıqdan, özləri bu işə liderlik etmədikləri üçün mənfi mülahizələrlə yanaşanlar oldu, hələ də var. Bu prosesi "kafirləşmə" saydılar".[1]

Xoca Əfəndi belə desə də, bu bir həqiqətdir ki: dialoqun dini əsasları bölməsində aydınlaşdırmağa çalışdığımız kimi o, digər din mənsubları ilə qurulan münasibətlərin dini cəhətdən yanlış olmadığını insanlara yenidən xatırlatmaqla açar rolunu oynamış, yeni bir mərhələnin əməli əsasını qoymuşdur. Bir əsrlik qərəzli mühakimələri bir həmlədə yıxan bu cəhdin cəmiyyətin bütün təbəqələrində qəbul edilməsi bir türk vətəndaşının bu fikirlərə yad olmaması ilə izah edilə bilər. Xoca Əfəndi bu həqiqəti belə ifadə edir: "Doğrudan da, digərləri ilə münasibətdə olmaq vətəndaşlarımız üçün yeni bir şey deyildir. Mərhəmət, dözümlülük, xoşgörü, tolerantlıq bizim İslamdan qaynaqlanan milli xüsusiyyətlərimizdəndir. Onun nəfis təsbitləri içində elm, fəaliyyət, fəaliyyət metodu, iş tənzimi, yardımlaşma, kainat kitabını oxuma kimi xislətlərlə birlikdə itirilmiş özünəməxsus xüsusiyyətlərimizdir".[2]

Bundan əlavə, Xoca Əfəndinin fikirlərinin əsaslı olması, bunları bilavasitə yaşaması və şəxsi keyfiyyətləri ilə bir çox insanın qəlbində etimad, etibar qazanması bu fikirlərin həyata keçirilməsində böyük rol oynamışdır.


[1]. Gülen, Fethullah, "Hoşgörü Sürecinin Tahlili", Zaman gazetesi, 28 Şubat 2005
[2]. Gülen, Fethullah, a.ç.ə., s.146

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.