Ruzi Allahın təəhhüdü (əhd, öhdəlik) altındadır, heç kim acından ölməz, –deyilir. Halbuki, bəzi ölkələrdə əlli-altmış gün ac qaldıqdan sonra ölənlər olur. İzah edə bilərsinizmi?

Quranda bir çox ayə var ki, ruzinin Allahın təəhhüdü altında olduğundan bəhs edir. Məsələn: "Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin.” (Hud, 11/6) “Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!” (Zariyat, 51/58) Bəli, ruzini verən Odur. Qurani-Kərimdə buna bənzər bir çox ayə var (İsra, 17/70; Nəml, 27/64; Ənkəbut, 29/60; Rum, 30/40; Səbə, 34/24; Fatir, 35/3). Bu ayələrin hər biri ruzinin təəhhüdü-rəbbani (Rəbbimizin öhdəsində) altında olduğunu göstərir. Heç kim aclıqdan ölmür. Ancaq, insanlar bilmədirlilər ki, bədənin zəruri ehtiyacı olan ruzi təəhhüd (zəmanət) altına alınmış, bunun xaricində qalan ruzi isə təəhhüd altına alınmamışdır. Yəni israf, sui-istifadə, pis vərdişlərlə ruzi sayılmayan bəzi qidalar insanın zəruri ruzisinə çevrilibsə və bu insan həmin ruzidən məhrum olduğu üçün ölürsə, belə bir ruzi təəhhüd altında deyil ki, bu ölən insanlara: "Ruzidən məhrum olduqları üçün ölürlər”, –deyək.

Gəlin bu məsələni bir neçə sadə misalla izah etməyə çalışaq. Məsələn, bir narkoman tiryəkə alışır. Onu tiryəkdən uzaqlaşdıranda da dəliyə dönür. Bəlkə də, vərdişin yüksək dərəcəsinə görə ölür. Nəticə etibarilə, bu insan tiryəksizlikdən ölür. Bəli, ölür, lakin əvvəla tiryək vərdişindən, sonra da o vərdişi qaydasız bir şəkildə tərgitdiyi üçün ölür. Bir başqa insan da siqaretə alışır. Siqareti qaydalara əməl etmədən tərgitməyəndə də səhhətdə bəzi nasazlıqlar yaranmağa başlayır. Hətta bəzən əli, üzü, ayağı şişir və həkimlər ona deyirlər ki: "Sən bunu belə tərgidə bilməzsən. Belə qeyri-müvafiq tərgitmənin bəzi mənfi nəticələri ola bilər”. Buna görə də atalar: "Adətləri tərk öldürər”, -deyiblər... İnsanda başqa növ vərdişlər də ola bilər. Bir insan bədəninin gündəlik tələbatı əlli qram zülal olduğu halda, o hər gün bir-iki kilo yemək yeməyə alışıbsa, hətta eyni zamanda bu şəxs bir kilo meyvə, bir kilo paxlava, bir kilo da ət yeyirsə, bu vərdişi tərgidəndə sarsıntı keçirə, hətta xəstələnə bilər və bir daha da belini düzəldə bilməz. Halbuki, normal bir insan 50-l00 qr. meyvə qəbul edir və bir o qədər də zülal istifadə edirsə, gündəlik ehtiyacı ödənilir. Bəlkə, bu qəbul etdiyi qida, vərdişdən asılı olaraq, bir neçə günə də çata bilər. Hüceyrələrdə piy qatı halında ehtiyat qida toplanır. Əgər xaricdən qida qəbul edilməsə, həmin ehtiyatdan az-az istifadə edilir və beləcə də bədən qida ehtiyacını tamamlayır.

Bunun kimi, orada-burada aclıqdan ölən insanlar var. Əgər insan Cənabi-Haqqın lütf etdiyi ruzini qənaətlə istifadə etsə; məsələn, deyək ki, Cənabi-Haqq birinə bir çuval buğda verir. O isə bu buğdanı iki ayda bitirir, on ay ac qalır və bir müddət sonra da aclıqdan ölür. Əgər bu insan həmin bir çuval buğdanı qənaətlə istifadə edərək, hər gün bir ovuc yesə, bir il ona bəs edər və təbii səbəblər daxilində də ölməz...

Demək ki, insanlar ölürsə, ruzisizlikdən, aclıqdan və ehtiyacdan deyil, əksinə Allahın verdiyi bir illik ruzini qənaətlə istifadə etmədikəri üçün, yersiz xəclərdikləri üçün və bədənlərində da pis vərdiş hasil olduğu üçün, vərdişlərini tərgidəndə də şəriyəti-fitriyyə (Yaradılışa aid, yaradılışla əlaqəli qanunlar) qanunlarının məhkumu olaraq (ona tabe olmadıqları üçün) ölürlər, ruzisizlikdən, aclıqdan ölmürlər...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.