Amansız düşmən: şeytan

Sual

Deyilənə görə, şeytan hər kəsə öz (mənəvi) çəkisinə görə müsəllət olur. Bunu necə anlamalıyıq?

Şeytan zərrə qədər də olsa, yaxşılıq düşünməyən, işi-gücü fitnə-fəsaddan başqa bir şey olmayan, xəbis hislərlə dolub-daşan bir məxluqdur. Haqq-taalaya üsyan edəndən bəri insanın ən böyük düşmənidir. Şeytanın düşmənçiliyini anlamaq üçün - insan tam şeytan kimi olmasa da- fitili çəkilmiş bomba kimi partlamağa hazır bir insan təsəvvür edin. Bəzən ətrafımızda belə insanlarla qarşılaşırıq. Onların istədiyi gerçəkləşməyincə nə edəcəklərini bilmək olmur. Məsələn, süfrəni çəkib çəngəl-bıçaq, qab-qacaq, stəkan – nə varsa, hamısını yerə tökər, stula təpik atar, gözü divardakı lövhələrə sataşsa, onları da çıxarıb yerə çırpar. Hətta həmin an ona həlimlikdən, səlimlikdən danışsaznız, bir yumruq da sizə vura bilər. Çünki hirsi beyninə vurub. Bu qəzəb müvəqqəti cinnətdir, {qluetip title=[1]} Dəlilik.{/qluetip} cinnətin aqibəti də fəlakətdir.

Şeytan insana nəinki qəzəblidir, ona həsəd aparır, onu həzm edə bilmir, ona qarşı kin, nifrətlə doludur. O, insandan o qədər nifrət edir ki, Hz. Adəmin bütün övladlarını yoldan çıxarsa, yenə də ürəyi soyumaz. Belə ki, Hz. Adəmə olan nifrət və qısqanclığını açıq şəkildə bildirmişdir. O, Allaha üsyan etmiş və ədəbiszcəsinə:

فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ

yəni "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam" (“Sad” surəsi, 38/82) demişdir. Bir başqa ayədə o, "... onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!" (“Əraf” surəsi, 7/17) deyərək nifrət və düşmənçiliyini açıq-aşkar elan edir. Bu sözlərdən anlaşılır ki, o, insanı müxtəlif yollarla aldatmaq istəyir, kimini bəhimiyyətlə{qluetip title=[2]}Qayda-qanunsuz, sərbəst, dəyərləri nəzərə almadan yaşamaq{/qluetip}, kiminin başını oxşayıb öyərək, kiminə gələcəyi zülmət qəbir kimi göstərərək, kimini də küfrünü açıq-aşkar iqrar etdirərək onun həlakına səbəb olmağa çalışır. Məhz buna görə Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) səhər-axşam oxuduğu dualarda bu təhlükələrdən Haqq-taalaya sığınırdı:

اَللّٰهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ وَمِنْ خَلْفِي وَعَنْ يَمِينِي وَعَنْ شِمَالِي وَمِنْ فَوْقِي وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتـَـالَ مِنْ تَحْتِي

"Allahım, önümdən, arxamdan, sağımdan, solumdan və üstümdən (gələn bütün təhlükələrdən) məni hifz et. (Yerə batırılmaqla) həlak olmaqdan da Sənin əzəmətinə sığınıram" (Əbu Davud, Ədəb, 110)

Şeytan düşmən kəsildiyi insana daha böyük ziyan vermək üçün ilk növbədə insanlara ən çox faydası olan şəxsləri hədəfə alır. Bu aspektdən baxanda “maric nar”dan (xalis oddan) yaradılan xəbis şeytanın Hz. Adəm kimi "Safiyullah" və "Müstafeynəl-əxyar"dan{qluetip title=[3]}Müstafeynəl-əxyar – Seçilmiş və xeyirli (“Sad” surəsi, 38/47){/qluetip} olan bir Zata düşmən kəsilməsi insana az-çox ağlabatan görünür. Bəli, şeytan böyük zatlara qarşı daha amansız düşmən kəsilir. Onun Hz. Musa və ya Hz. Haruna düşmənçiliyi Samiriyə və ya Qaruna düşmənçilikdən çox fərqlidir. Qısaca, kim Allaha daha yaxınsa və Allah yolunda xeyirli işlər görürsə, şübhəsiz şeytan onun amansız düşmənidir.

Şeytanın üzəngisi və sərsəri insanlar

Hənəfi fiqhi haqda əsər yazmış Əbul-Leys əs-Səmərqəndi Həzrətlərinin rəqaiqdən bəhs edən “Təmbihül-Ğafilin” adlı bir kitabı var. 15-16 yaşımda Qorucuk kəndinin camaatına yarı-yarımçıq Ərəbcəmlə bu əsərdən dərs keçmişdim. Əsərin birinci mövzusu ixlasdır. Daha sonra cənnət-cəhənnəm mövzuları gəlir. Ardınca da rəqaiq (rəqiq olma) və d. mövzulardan bəhs etdikdən sonra həzrət, kitabın son bölümündə Peyğəmbərimizin şeytanla (sallallahu əleyhi və səlləm) qarşılaşmasından danışır. Mötəbər hədis kitablarında belə bir hadisə verilməsə də, Əbul-Leys əs-Səmərqəndi kimi böyük bir şəxsiyyətin belə bir hadisədən bəhs etməsi qənaətimcə, böyük əhəmiyyət kəsb edir. Həmin bölümdə belə bir vacib məsələdən danışılır. Peyğəmbərimiz (əleyhissalatu vəssələm) "Sənin ən böyük düşmənin kimdir?" deyə şeytandan soruşur, şeytan heç tərəddüd etmədən "Sən" deyir. Bir mənada özünü “zülmət tanrısı” elan etmiş o məlun bəşəriyyətin xilaskarı, qeysərləri, kisraları yerlə-yeksan edən və insanların qapqaranlıq dünyasını işıqlandıran O Məsuma düşmən olmasın, kimə olsun?!

Bu baxımdan dərəcəsinə görə Allahın dininə sahib çıxan və onu layiqincə təmsil edən insanlar şeytanın ən böyük düşmənləridir. Mövzu ilə bağlı Hz. Pir də: "Şeytanlar bu xidmətin xadimləri ilə çox məşğul olurlar" deyir. Yəni kim ki həyatını səmimi qəlbdən dinə həsr edir, kim ki bu işin “dəlisi” və aşiqidir, şeytan ən çox o insanlarla məşğul olur.

Mövzuya aydınlıq gətirmək üçün bir mənqibə danışım: əhli-dünya{qluetip title=[4]}Həddindən artıq dünyaya dəyər verən, materialist, maddəpərəst{/qluetip} və ya binamaz bir adam məscid həyətindən keçirmiş. Yolda əlində çoxlu üzəngi olan bir nəfər görür. Yanına yaxınlaşıb kim olduğunu soruşur. O, "Mən şeytanam!" deyir. Əlindəki üzəngiləri göstərən adam şeytandan bunlarla neylədiyini soruşur. Şeytan: "Bu məsciddə səmimi qəlbdən Allaha bağlı abid insanlar var. Gözləyirəm ki, çölə çıxanda bu üzəngilərlə onları bu ab-havadan uzaqlaşdırıb arxamca aparım" deyir. Həmin adam: "Mənim üzəngim hanı?" deyə soruşur. Şeytan: "Sənə üzəngi lazım deyil, onsuz da bir işarə ilə dalımca qaça-qaça gəlirsən!" deyir.

Bu baxımdan kim Allaha bağlanıb, kim dinin əhyası əzmindədir, kim həyatını Allah yoluna həsr edir, şeytan vaxtının çoxunu onlara sərf edəcək. Şeytan, Alvar İmamının sözü ilə desək, orucu dəmxanədə tutan, iftarı meyxanədə açan, bayramı bütxanədə keçirən bədbəxt insanlarla niyə məşğul olsun?! Niyə enerjisini boş yerə sərf etsin? Halbuki şeytan mahir bir müfsid{qluetip title=[5]}Fəsad törədən, fitnəçi, araqarışdıran. Pisləşdirən, pozan.{/qluetip}, bir müzəyyin{qluetip title=[6]}Süsləyən, bəzəyən, zinətləndirən.{/qluetip} və bir müsəvvildir{qluetip title=[7]}Pis olan bir şeyi gözəl göstərmək.{/qluetip}.

Şeytan və yuva

Bəli, şeytan hər insana onun mənəvi səviyyəsi nisbətində müsəllət olur. O, cəmiyyət və heyət arasında böyük nüfuza malik olan, müəyyən mövqeyə sahib insanlarla məşğul olur. Əvvəlcə “baş üçün güləşir”{qluetip title=[8]}Türkiyənin milli idman növü olan yağlıgüləşdə güləşçinin baş pəhləvanlıq üçün güləşməsi.{/qluetip} və baş pəhlivanlıq kəmərini almağa çalışır. Məqsədinə çatanda sevinir, çünki yer üzünə pislik və fənalığın yayılması onun şadlığı, sevincidir. Peyğəmbərimiz (əleyhi əkməlüttəhaya) bir hədisində belə buyurur: "İblis taxtını suyun üstündə qurur. Sonra da dostlarını pis əməllərin dalınca yollayır. (Kimisi insana faiz yedirir, kimisi harama baxdırır, bəhim hisləri oyadaraq şəhvətin arxasınca göndərir, kimisinə də yalan danışdırır, qeybət etdirir və ya böhtan atmağa sövq edir. Hər biri qabiliyyət və məharətinə görə əlindən gələni edir.) Məqam və mövqe baxımından ona (İblisə) ən yaxın olan ən böyük fitnəni salandır. Hamı gördüyü işləri danışmaq üçün şeytanın hüzuruna gəlir. Onlardan biri: “Mən filan-filan iş gördüm” deyir. Ancaq İblis ona heç əhəmiyyət vermir. Sonra bir başqası gəlir (bu yerdə hazırda çox aktual olan bir məsələyə işarə var) və “Filankəsdən arvadını boşayana qədər əl çəkmədim” deyir. İblis buna çox sevinir, onu yanına çağırır və “Sən nə qədər şirinsən!” deyə iltifat göstərir" (Müslim, Münafiqin 67; Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/314). Şeytan niyə bu qədər sevinir və bu işin səbəbkarına niyə iltifat göstərir? Çünki yuva bir toplumun “molekul”udur. Aşınma burdan başlayır. Burada pozulan bir şeyi toplumda düzəltməyə sizin gücünüz çatmaz.

Bütün bunları nəzərə alanda, şeytan pis əməllərini əhəmiyyətinə görə sıralayır. Bu plan əsasında ilk öncə başdakıları, mənən ağır çəkili insanları diz çökdürməyə çalışır. Onları yerə yıxmağı bacardısa, deməli, dəstədə{qluetip title=[9]}Yağlıgüləşdə pəhləvanların beş dərəcəli bölgüdən ən axırıncısı{/qluetip} güləşənlərin bir fəndlik canı var. Onlardan bəziləri də onsuz da bir işarə ilə ona qoşulacaq. Bu baxımdan şeytan ilk öncə ənbiyayi-izama sonra da, əsfiyayi-kiram, övliyayi-fiham və müctəhidini-izama müsəllət olacaq. Həyatını ileyi-kəlimətullaha həsr etmiş insanlar da onun siyahısında ilk cərgədə durur. O, ömrünü dini canlandırmağa həsr etmiş bu yolun aşiqlərini boş buraxmayacaq və onların başını qarışdırmaq, gözlərini bulandırmaq və faydasız işlərlə məşğul etmək üçün özünü oda-közə vuracaq.

Hücuma məruz qalan tarixi şəxsiyyətlər

İnsanlar arasında şeytanların şagirdləri olan fəsada meyilli ruhlar da, müəllimləri kimi -vəfat etmiş olsalar belə- ən çox Allah dostlarına hücum çəkirlər. Məsələn, ömrü at belində keçən və müharibə meydanında ruhunun üfüqünə yürüyən (vəfat etmiş) Qanuni kimi böyük bir şəxsiyyətə hücum edirlər. Hansı mənbəyə söykənib onun içki içdiyini deyirlər, hansı qaynağa əsasən onun bəhimiyyətlə məşğul olduğunu iddia edirlər, bilmirik və "tövbələr tövbəsi" deyirik. Məğribli böyük filosof mərhum Malik b. Nəbi deyir: "Əgər İslam dünyasının şimalında Türk toplumu olmasaydı, bu gün İslam dünyası da olmazdı. Türklər olmasaydı, bu gün yer üzündə Müsəlmanlıq da qalmazdı".

O böyük şəxsiyyət haqqında yerli-yersiz danışanlar bilmirlər ki, o, yarım əsr böyük bir coğrafiyada insanların səadət və əmin-amanlığını təmin etmiş, təhlükəsizlik və asayişin keşiyini çəkmişdir. Fəsad, terror və iğtişaşlar bu gün oldğu kimi o dövrdə də vardı. Üstəlik hər tərəfə yayılmışdı. Ancaq o insanlar rahatlığı bir kənara atıb düşmən təhlükəsinə sinə gərmiş və bütün bu problemlərin öhdəsindən gəlməyi bacarmışdır. Mən hələ bu dar dairədə üstümə yağan dərdlərə baxıb Qanuni və Yavuzun başına gələnləri düşünür və az da olsa o böyük şəxsiyyətlərin vəziyyətini başa düşməyə çalışıram. Zənnimcə, mənim ömür boyu başıma gələnləri onlar bir gecədə görürdülər.

Bəli, biz onların bir gündə çəkdiklərini ömür boyu görmürük. Bəzi şeylər insana asan gəlir, ancaq o çətinliklər bizim başımıza gəlsəydi, mənə elə gəlir, altında qalıb əzilərdik.

Yəqin sırf bu xüsusiyyətlərinə görə, hələ onlar dünyaya gəlmədən bəzi Allah dostları Osmanlı Dövlətindən danışmış və Raşid Xəlifələrdən sonra onları yad etmişdir. Neyləmək olar, onların bu ənginliyini, dərinliyini, hasbiliyini və ixlasını görə bilməyən, əcdaddan bixəbər talesizlər o böyük insanları başqa qəliblərdə təqdim edir, yalan-yanlışlarla zehinləri bulandırır və nəticə etibarilə böyük zülm və haqsızlıq edirlər. Rəbbim, bizə haqq və həqiqəti göstərsin və hamımızı belə böyük zülm və haqsızlıq etməkdən qorusun!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.