Almaniyada Güləni Alimlər Müzakirə etdi

Beynəlxalq əlaqələrdə fəaliyyət göstərən “Foreign Policy” jurnalının apardığı anket nəticəsində "yaşayan ən böyük 100 intellekt" arasında birinci olan Fəthullah Gülənin adı Almaniyada böyük marağa səbəb oldu Mədəniyyətlərarası Dialoq Dərnəyi (IKULT), "Mədəniyyətlərarası dialoqun təşviqçisi-Fəthullah Gülən" mövzusunda bir simpozium təşkil etdi.

Almaniyanın Köln şəhərində təşkil olunan simpoziumda çox sayda mütəfəkkir və elm adamı, millət vəkilləri və “Qeyri hökümər təşkilatları” ilə yanaşı, bir çox alman və türklər iştirak etdi. Simpoziumun açılış nitqini söyləyən “IKULT” rəhbəri Əjdər Sabancı Avropanın müxtəlif universitetləri ilə yanaşı, Türkiyədən də alimlərin gəldiyini söylədi. Simpoziumun təqdimatını “Köln Universiteti”ndən prof. Jürgen Nielsen-Sikora etdi.

Köln Şəhər Bələdiyyəsi İctimai, İnteqrasiya Dairə Rəhbəri Marlis Bredehorst Köln Şəhər Bələdiyyə Başçısı Fritz Schrammanın salamlarını çatdıraraq çıxışına başladı. Kölndə 3-9 noyabr tarixləri arasında keçirilən və 22-ci dəfə təşkil olunan "Mədəniyyətlərarası Dialoq Həftəsi"ndə 171 mədəniyyət fəaliyyəti olduğunu xatırladan Bredehorst: "Hər proqramın açılış nitqini söyləmək üçün bələdiyyədən səlahiyyətli nümayəndə gedə bilmir. “IKULT”-in proqramında belə bir açılış nitqində olmağımız “IKULT”-a verdiyimiz əhəmiyyəti göstərir," -dedi. Kölndə 180 millətin nümayəndəsi yaşadığını deyən Bredehorst: "Bəlkə Türklər Fəthullah Güləni yaxşı tanıyır, amma Almaniyanın bir çox vətəndaşı Güləni kifayət qədər tanımır. Güləni sevənlərlə birlikdə, tənqid edənlər də var. Biz dialoq fəaliyyətlərimizdə insanların bir-birinə qarşı çox qərəzli davrandıqlarını görürük. Bu məsələlərin həlli üçün müəyyən tanıtım fəaliyyətlər aparılmalıdır. Gülənlə bağlı cəmiyyətdə bir çox iddialar gəzir. İctimaiyyətə açıq belə bir məlumatlandırma və dəyərləndirmə toplantısının təşkil olunması çox məqsədəuyğun bir qərardır," -dedi. Türkiyədəki siyasi fikir ayrılıqlarının Almaniyada da mənfi əks təsir etdiyini deyən Bredehorst: "Mən Fəthullah Gülən haqqında çox şey bilmirəm, amma bunu bilirəm ki, Gülən üçün təhsil ön plandadır. Almaniyada hansı siyasi partiya olur-olsun İnteqrasiya gündəmində təhsil mövzusu birinci sırada gəlir. Bu mövzudakı təməl uyğunluq Fəthullah Gülənin təhsilə verdiyi əhəmiyyətlə üst-üstə düşür,"- dedi.

Simpoziumda Fəthullah Gülənlə bağlı ilk çıxışı prof. Bekim Agai etdi. Bonn və Qahirədə İslami Elmlər, Tarix və Psixologiya təhsilini aldıqdan sonra, Qərbi Avropa və Türkiyədə müasir İslam mövzusunda araşdırmalar aparan və Fəthullah Gülən haqqında doktorluq dissertasiyası yazan Bekim Agai, “Halle Universiteti”ndə öz fəaliyyətini davam etdirir. Fəthullah Gülənin həyatı və düşüncələrini tarixi və İslami baxımdan qiymətləndirən prof. Agai: "Fəthullah Gülən klassik İslami təhsil alaraq, dövrün tələbinə müvafiq təhsil modeli formalaşdıraraq fikirləri ilə əvvəla Türkiyədə, daha sonra isə bütün dünyada öz təsirini göstərdi" dedi. Agai Fəthullah Gülənin bir reformist olmadığını və özünün də bunu qəbul etmədiyini söyləyərək, Fəthullah Gülənin bu ifadəsini sitat gətirdi: "Deformasiya məruz qalmış bir şeyin yenidən islahata ehtiyacı var."

Gülənin məscidlər qədər məktəblərin də əhəmiyyətli olduğunu bildirərək məktəbləri də dirçəltməyi təşviq etdiyini xatırladan Agai: "Bu əslində Almaniyadakı müsəlmanlar üçün də əhəmiyyətlidir. Almaniyadakı immiqratların təhsillə ayaqlaşmasə 30 ildir ki, müvəffəqiyyətsizliklə nəticələnir. Gülən hərəkatının təhsil qurumları isə həm dindarlar, həm də təhsil mövzusunda müvəffəqiyyət qazandığına görə, dindar olmayanlar üçün də cazibə mərkəzi olmuşdur. Ənənələrə toxunmadan dövrə uyğun hərəkat modeli inkişaf etdirmişdir. Gülən: “Bu, bizim vəzifəmiz” -deyir. Gülənin düşüncələrinə önəm verənlər onun fikirlərini Türkiyədən bütün dünyaya yayır. Gülən və onun fikirlərini həyata keçirənləri müasirliyi praktikaya tökən insanlar kimi qələmə vermək istəyərəm" deyə çıxış etdi.

Simpoziuma Türkiyədən qatılan “Qəzetçilər və Yazarlar Vəqfi”nin Rəhbərinin köməkçisi Camal Uşşaq: "Fəthullah Gülənə bu dövrün Mövlanası" deyənlərin olduğunu ifadə etdi, Mövlana deyir ki: "Hər nə olursan ol, gəl". Fəthullah Gülən isə: "Kim olursan ol, mən sənə gəlirəm" çağırışı etdiyini bildirdi.

Simpoziumun son çıxışını Teologiya professoru və dialoq fəaliyyətləri ilə tanınan prof. Klaus Otte etdi. Çıxışında Fəthullah Gülənlə görüşdüyünü deyən prof. Otte özünün dialoq prinsiplərini izah etdi. Prof. Otte: "Müxtəlif mənşəli insanlar bir üfüqdə görüşmək üçün öz daxilində dərinləşməli. Bu çətin, lakin mümkün olan bir şeydir. Dialoq sayəsində hər kəs Allah mövzusunda yeni məlumatlar əldə edir. Quranın, İncilin, Tövratın və Asiyadakı müqəddəs kitabələrin anlayışına dərinləşməyə hər kəsin ehtiyacı var" dedi. Fəthullah Gülən haqqındakı çıxışını yekunlaşdıran Otte qərbdə və şərqdə də Güləni tənqid edənlərin olduğunu, ancaq tənqidlərin dar görüşdən qaynaqlandığını vurğuladı. Çıxışının böyük hissəsini dialoqa ayıran Otte “Hər kəs öz dini köklərini dərinləşdirib ortaq dəyərlərdə görüşməlidir” -dedi.

Simpoziumun sonunda simpozimu dinləyənlər alimlərə Fəthullah Gülən haqqında suallar ünvanladı. Fəthullah Gülənin təhsil modeli haqqında verilən sualları ziyalılar sıra ilə cavablandırdı. Proqramın sonunda simpoziuma qatılan qonaqlara ayaqüstü yemək ziyafəti verildi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.