Dünyanın 100 intellektualı anketində Fəthullah Gülən birinci oldu
Beynəlxalq əlaqələr sahəsində ən mötəbər dərgilərdən olan "Foreign Policy"in təşkil etdiyi "Yaşayan Ən Böyük 100 İntellekt" adlı anket sorğusunun nəticələrinə görə Fəthullah Gülən birinci oldu.
Dərginin seçdiyi 100 namizəd internet istifadəçilərinin verdiyi səslərlə təyin olundu. Anketdə ilk 20 yeri tutanlar arasında bir çox müsəlman şəxsiyyətlərin olması diqqəti cəlb etdi.
Dərginin yeni çıxan nömrəsində anket nəticələri ilə birlikdə, səsvermə ilə əlaqədar bir analiz də öz əksini tapdı. Şərhdə 500 mindən çox adamın səsvermədə iştirak etdiyi vurğulandı. Səs verənlərin sayı ilə əlaqədar "sürətli, qeyri-adi artım" bənzətməsindən istifadə edən dərgi belə bir şərh verdi: "Bu qədər böyük maraq, seçdiyimiz qadın və kişilərin nüfuzu haqqında xüsusi bir halı ortaya çıxarır. Siyahıdakı ziyalılar fikirlərinin təsiredici səviyyəsi səbəbi ilə seçildilər. Lakin "xalq ziyalısı" olmaq geniş və müxtəlif kütlələrlə ünsiyyət qurma qabiliyyətinə də sahib olmaq deməkdir."
"Foreign Policy" siyahıdakı bəzi ziyalıların şəxsi internet saytlarından, bəzilərinin də mətbuata verdiyi müsahibələrdən istifadə etməklə anket haqqında ictimaiyyəti məlumatlandırdığını xatırlatdı. Dərgi anketin F.Gülənin adı ilə birlikdə tanıdıldığını vurğulayaraq, Gülənə yaxınlığı ilə tanınan "Zaman" qəzetində anket xəbərinin nəşr olunmasından sonra səslərin sürətlə artdığını qeyd etdi. F.Gülənin tərəfdarlarını "maddi-mənəvi inkişaf əzmində olan təhsilli müsəlmanlar" kimi təqdim edən dərgi məhz bu insanların verdiyi səslərlə Gülənlə birlikdə digər müsəlman ziyalıların ilk onluğa seçildiyini vurğuladı. İlk onluğa düşən müsəlman ziyalılarının fikirlərinin bir-birindən fərqli olduğu şərhini verən dərgi, səs verənlərin namizədlərin dini dünyagörüşlərinə görə seçim etdiyini yazdı. Dərgi ilk 100 namizədlə əlaqə saxlayaraq onlardan kimə üstünlük verdiklərini, yəni ilk yerlərdə kimləri görmək istədiklərini soruşdu. Bu kateqoriyada Amerikalı İslam mütəxəssisi Professor Con L. Espositonu təklif edən Gülən seçim səbəbini belə açıqladı: "Espositoya görə, İslamofobya (İslama əsassız olaraq təhlükə mənbəyi kimi yanaşma və onu qorxu dini kimi təqdim etmə ) dünyəvi sülhü təhdid edən əhəmiyyətli faktorların başında gəlir. Onun dinlərarası anlayış və dialoqa verdiyi töhfəyə göz yumulmamalıdır".
İkinci yeri Banqladeşli iqtisadçı Məhəmməd Yunusun tutduğu sıralamada Misirli İslam alimi Yusuf Kardavi üçüncü, Nobel mükafatı laureatı Orxan Pamuk isə dördüncü oldu.
Anket nəticələrini yayımlayan İngiltərənin "Guardian" qəzeti nəticələrin təşkilatçıları heyrətə gətirdiyini ifadə etdi. Qəzetin anket haqqında suallarını cavablandıran "Today's Zaman"ın Baş redaktoru Bülənt Keneş nəticələrin bir qrupun kampaniyası ilə təyin edildiyi fikrini rədd edərək, dünyada Gülənin fikirlərini dəstəkləyən bir çox insan olduğunu və bu fikirlərin beynəlxalq dialoq və xoşgörüyə (tolerantlığa) - dünyəvi sülhə fayadalarını xüsusi vurğuladı. Bununla yanaşı, Keneş Fəthullah Güləni "yaşayan ən böyük 100 intellekt" siyahısında tərəfdarlarının deyil, şəxsən jurnalın özünün namizəd göstərdiyini xatırlatdı.
- tarixində yaradılmışdır.