Son əsr İslam dünyasının ən yaxşı hərakatı
Konfransın ilk günündə Georgetown Universitetinin müəllimi prof. Sally Ann Baynard "Qlobal Problemlər Dövründə İslam: Gülən Hərəkatının Alternativ Perspektivləri" mövzusu ilə bağlı maraqlı bir çıxış etdi. Baynard Türkiyənin: "İllərdir xaricdə yaşamaq məcburiyyəti ilə üzbəüz qoyduğu Fəthullah Gülən Xoca Əfəndini qürur içində ölkəyə dəvət etməsinin vacibliyini" söylədi. Gülən və onun rəhbərlik etdiyi hərəkatı təxminən altı ildir yaxından izlədiyini qeyd edən Baynard "Gülən hərəkatı, mənə görə, öz dininə dərin inancı ilə fərqli dinləri anlayıb mövcud yanlış anlaşılmalarla mücadilə içindədir. Bununla yanaşı, yenə Gülən dərin sevgi və sədaqətlə ölkəsinə bağlı bir insandır. Fəthullah Gülən Türkiyə Cümhuriyyətinə qəlbən bağlıdır. Və mən bu insanın sevgisi qarşısında elmi mövqeyimi və skeptizmi artıq bir kənara ataraq, bu insanın ölkəsinə dəvət edilməsinin vaxtıdır, deyirəm. Türk hökuməti fəxr və şərəflə Fəthullah Güləni artıq ölkəsinə dəvət etməlidir. Gülən xaricdə vəfat etsə, bu, Türkiyə üçün utandırıcı bir hal olar," şəklində danışdı.
Georgetown Universiteti Rektorluğu, Müsəlman Xristian Anlayış Mərkəzi (CMCU) və Rumi Forumun birlikdə təşkil etdiyi konfransa, başda ABŞ və Türkiyə olmaqla, Kanada, Avstriya, Fransa və İngiltərə kimi bir çox ölkədən 40-dan çox ziyalı məruzəçi kimi iştirak edir. Konfrans Gülən hərəkatını elmi-akademik prizmadan gündəmə gətirməklə yanaşı, Fəthullah Gülənin dinlərarası dialoq perspektivi və təhsil kimi başlıca fəaliyyət sahələrinin araşdırılımasına həsr olunmuşdur. İki ayrı salonda başlayan konfransın ilk günündə iştirakçıların sayı çox idi. Hər iki salonun dinləyici hissələrində boş yer qalmamışdı.
İlk iclasa sədrlik edən prof. Sally Ann Baynard maraqlı fikirləri ilə yadda qaldı. Orta şərq və Şimal Afrika üzrə mütəxəssis olan Baynard "çox ərdəmli, fəzilət sahibi bir insan" olaraq xarakterizə etdiyi Gülənin ilham verdiyi fəaliyyət haqqında bunları söylədi: "Gülən hərəkatının fəaliyyətlərində gördüm ki, bu insanlar Türkiyəni dünya miqyasında daha yaxşı, həm tarixi, həm də coğrafi gözəllikləri ilə anlatma, tanıtma yolunda səy göstərirlər. Belə ki, Gülən hərəkatının Türkiyəni tanıtma və anlatmada Türk hökumətindən daha çox əmək sərf etdiyinə və səy göstərdiyinə şahid oldum. Hətta bu hərəkat Türkiyənin dünyada tanıdılmasına Türk dövlətindən daha çox pul xərcləyir".
Vatikan dinlərarası dialoq üzrə sabiq katibi və Georgetown Universitetinin ezam müəllimi Tomas Mişel də Gülən hərəkatının təhsil, dinlərarası dialoq, yoxsulluqla mübarizə kimi sahələrdə "insanlığın ortaq rifahına xidmət" fəlsəfəsi ilə fəaliyyət göstərdiyini söylədi. Gülənin fikirləri istiqamətində başladılan "təhsil səfərbərliyi" çərçivəsində açılan məktəblərin “ənənəvi” deyil "yüksək keyfiyyətli dünyəvi qurumlar" olduğuna işarə edən Mişel hərəkatı “Sovetlər Birliyindən sonra, təhsilin yenidən inşasında əsas rol sahibi” şəklində xarakterizə etdi.
Esposito: Son əsr İslam dünyasının ən yaxşı hərəkatı
İclasın ilk günündə dünyada tanınmış professor Con Esposito bir məruzə ilə çıxış etdi. Gülən hərəkatına müasir dünyanın möhtac olduğunu qeyd edən Esposito İslam dininin belə seçmə bir təhsil metodu ilə dünyaya çatdırılmasına hər zamankındən daha çox ehtiyac duyulduğunu bildirərək, "Məncə bu hərəkat son əsr İslam dünyasının ən yaxşı hərakatıdır" fikrini dilə gətirdi. Gülən hərəkatının yalnız İslam dünyasının problemli regionlarında həyatbəxş rolunu düşünərək bu hərəkatı bir bölgəyə məhkum etmənin doğru olmayacağına işarə edən Esposito belə davam etdi: "Bu hərəkat eyni zamanda müasir dünyanın da istədiyi məsuliyyətli davranış nümayiş etdirir. Gülən hərəkatı Orta Şərqin yenidən qurulmasında təsirli ola bilər, amma bu hərəkatı regional düşünməmək lazımdır. Bu hərəkat, ictimai vətəndaşlaşma və dinlərarası dialoq mövzusunda dünya miqyasında də təsirli bir səsə malikdir".
- tarixində yaradılmışdır.