Yeni bir mədəniyyət modeli
"Ufuk Kitab" yayınları "Dünya ziyalılarının gözü ilə Fəthullah Gülən silsiləsi"nə məşhur rus hüquşünas Professor Leonid Syukiyaynenin qələmə aldığı "Yeni bir mədəniyyət modeli" adlı kitabla üçüncüsünü əlavə etdi. Professor Syukiyaynenin İslam hüququ, müqayisəli hüquq, dövlət və hüquq nəzəriyyəsi və tarixi, İslamda maliyə məsələləri, İslam haqları, Rusiya və dünyada İslam kimi mövzularda 160-dan çox məqalə, kitab və məruzəsi var.
"Mən müsəlman deyiləm. İslam hüququnu bir hüquqşünas gözü ilə araşdırıram. İslam hüququ keçmişdə qalmış və ya sadəcə bu günümüzü əks etdirən bir hüquq sistemindən daha çox, mödern, müstəqil və inkişaf edən bir hüquq sistemidir. Bu gün müsəlmanlar özlərinə aid zəngin, bir o qədər də dəyərli İslami dəyərləri dünyaya çatdırmaq və göstərmək məqsədi ilə çox iş görmürlər" -deyən Professor Leonid Syukiyaynenin bundan istisna etdiyi yeganə şəxsiyyət Fəthullah Gülən Xoca Əfəndidir.
Professor Syukiyaynen Xoca Əfəndinin fikirlərini araşdırdıqdan sonra belə bir nəticəyə gəlib: "Fəthullah Gülən fikirləri ilə İslam dünyagörüşündə çox böyük əməyi olan bir mütəfəkkir olduğunu sübut edir. Ənənəvi İslam düşüncəsinin iqtidar və siyasətin üç təməl əsasını müəyyən etdiyi məlumdur: Şura, bərabərlik və ədalət. Gülən bunlara tolerantlıq, dialoq, müsbət hərəkət, təhsil, ortaq düşmənlər və problemlərə qarşı işbirliyini də əlavə edir. Bunlar digər üç əsasdan heç də az əhəmiyyətli deyil. Çünki bunlar həm dünyamıza xas cəhətləri, həm də İslamın digər mədəniyyət və dinlərlə əlaqəsini əks etdirməsi baxımından əhəmiyyətlidir. Gülənin fikirlərinin təməl prinsipi; İslamın ənənəvi qaynaqlarından süzülən intellektual və mənəvi yüksəlmədir".
Professor Syukiyaynen Xoca Əfəndinin terror barəsindəki düşüncələri haqqında belə deyir: "Qısaca desək, Fəthullah Gülən bu mövzunu xüsusi vurğulayır: "İslam terrorun heç bir növünə bəraət qazandırmır.Terrorizm heç bir İslami hədəfə çatmaq üçün istifadə edilə bilməz. Heç bir terrorist müsəlman ola bilməz və heç bir həqiqi müsəlman da terrorist ola bilməz. İslam sülhün tərəfdarıdır və Quran bütün həqiqi müsəlmanların sülhün rəmzi olmasını və insan haqlarının qorunmasını istəyir. Əgər bir müsəlmanın terror və anarxiya ilə əlaqəsi varsa, bunun səbəbi İslamın düzgün anlaşılmaması və ölkəsindəki şəraitin onun həqiqi İslami anlayışa sahib olmasına imkan verməməsidir. Gülən bunun qarşısının təhsillə alına biləcəyi qənaətindədir: "Bunun bir çarəsi var. Bu çarə həqiqəti bilavasitə öyrətməkdir."
Xoca Əfəndinin demokratiya ilə əlaqəli düşüncələri barədə Professor Syukiyaynen: "Gülən bu mövzunu dəyərləndirərkən demokratiyanın qüsurlarına baxmayaraq, bu gün dünyada tətbiq edilə biləcək yeganə siyasi sistem olduğunu və fərdi haqlara, azadlıqlara hörmətlə yanaşılan və mühafizə edilən, hər kəsin bərabər olduğu bir cəmiyyət qurmaq üçün demokratik institutları modernləşdirməyin və gücləndirməyin vacibliyini vurğulayır." -deyir.
Şura mövzusunda da Professor Syukiyaynenin belə deyir: "Fəthullah Gülən şuranın əsaslarını incələdikdən sonra belə bir nəticəyə gəlir: Şuraya dair ayələr və hədislər həddindən artıq əsnəkdir və hər dövrün ehtiyacını ödəyir. Bu əmrlər zamanları aşan genişliyə sahib olduğu üçün dünya nə qədər dəyişirsə, dəyişsin, dövr nə qədər başqalaşırsa, başqalaşsın, hətta insanlar səmada şəhərlər tiksələr də, yeni əlavələrə ehtiyac olmadan öz qüvvəsini qoruyacaqdır. Əslində İslamın digər bütün əmr və prinsipləri də eyni əsnəkliyə və ümumibəşəri xüsusiyyətə malikdir. Hər zaman təravətini, aktuallığını və təsirini qoruyur və keçən zamana baxmayaq gələcəkdə də qoruyacaqdır."
Rus alimi Professor Syukiyaynenin bu kitabından onun Fəthullah Gülən Xoca Əfəndi haqqında həqiqətən gözəl bir tədqiqat işi apardığını və bir çox adamın gözdən qaçıra biləcəyi xüsusları sezərək onları elmi cəhətdən əsaslandırdığını görürük.
- tarixində yaradılmışdır.