Vüsal iştiyaqı

/>Sual: 1) Rəsuli-Əkrəm (sallallahu əleyhi vəsəlləm) buyurur (məalən): "Kim Allaha qovuşmağı (liqaullah) arzu edərsə, Allah (azzə və cəllə) da - Zati-Əcəlli-Əlasına yaraşan şəkildə - ona qovuşmaq istər. Kim Allahla vüsalın həsrətini çəkməzsə, Allahu-Təala da onunla qarşılaşmaq istəməz". Bu hədisi-şərifdə ifadə edilən "liqaullah" kəlməsi ilə nə nəzərdə tutulmuşdur? Ölümün soyuq üzünü unutduran "liqaullah iştiyaqı" necə başa düşülməlidir?

  • "Liqa" "qovuşmaq" və "görüşmək" mənalarına gələn ərəb sözüdür. Xüsusilə, təsəvvüfdə termin kimi çox işlədilən "liqaullah" təbiri isə "Allaha qovuşmaq" və "Cənnətdə "Cümə yamacları"ndan Mövlayi-Mütəalın gözəllərdən gözəl camalı ilə (görməklə) şərəflənmək" deməkdir. (01:17)
  • Ölüm yatağında yatan Yavuz Sultan Səlim yanında dayanan Həsən Candana: "Həsən, bu, nə haldır?" - deyə soruşur. Həsən Can: "Sultanım, indi Allahla olma vaxtıdır, yolunuz Onadır!" cavabını verir. Bu zaman cənnətməkan Yavuz: "Bəs sən bu vaxtadək bizi Kiminlə sanırdın?!.." deyir. Bəli, Allah maiyyəti (yaxınlığı) və liqaullah bu dünyada da mümkündür. (01:45)
  • Həzrəti Ustadın bu ifadələri (vüsal və liqa baxımından) çox gözəldir: "Əgər bu gün "İmam Rəbbani Əhməd Faruqi Hindistanda sağdır" deyə onunla görüşə dəvət edilsəm, bütün zəhmətə və təhlükəyə qatlanaraq ziyarətinə gedərəm. İncildə "Əhməd," Tövratda "Ahyəd," Quranda "Məhəmməd" adı ilə anılan iki cahan günəşi qəbrin o biri üzündə milyonlarla Faruq Əhmədlərlə əhatə olunmuşdur. Niyə onların ziyarətinə getməyə tələsmirik? Tələsməmək xətadır". Məhz "Liqaullah" üfüqü o qədər dərindir ki, onu bu vüsallarla eyni tutmaq olmaz (04:47)
  • Ubadə bin Samit (radiallahu anh) həzrətlərinin nəql etdiyi hədisi-şərifdə Kainatın İftixarı (sallallahu əleyhi və səlləm) belə buyurur:
    مَنْ أَحَبَّ لِقَاءَ اللهِ أَحَبَّ اللهُ لِقَاءَهُ
    وَمَنْ كَرِهَ لِقَاءَ اللهِ كَرِهَ اللهُ لِقَاءَهُ
    .
    "Kim Allaha qovuşmağı (liqaullah) arzu edərsə, Allah (azzə və cəllə) da - Zati-Əcəlli-Əlasına yaraşan şəkildə - ona qovuşmaq istər. Kim Allahla vüsalın həsrətini çəkməzsə, Allahu-Təala da onunla qarşılaşmaq istəməz" (Buhari, rikâk, 41; Müslim, zikir, 14,16; Tirmizî, cenâiz, 67, zühd, 6; Nesâî, cenâiz, 10; Müsned, 2/313). (06:13)
  • "Allahın qatında məqamınızı bilmək istəyirsinizsə, Allahı necə dərk etdiyinizə baxın". Bəli, sizin qəlbinizdə Zati-Üluhiyyətə qarşı ciddi yönəliş varsa, dərin hislərlə bu həqiqətə bağlısınızsa, o biri aləmdə də belə qarşılanacaqsınız. Lakin insan Zati-Üluhiyyətlə bağlı deyilsə, ilahi eşq və iştiyaqdan bixəbərdirsə, qafilanə ömür sürürsə, onun da o biri aləmdəki vəziyyəti bu dünyadakı halına uyğun olacaq. (09:55)

Sual: 2) "Liqaullah"ı kərih görmənin səbəbləri nədir? Hansı yollarla "liqaullah"a şövqünü artırmaq olar? (11:53)

  • Liqaullah iştiyaqına gedən yol imandan, imanla bağlı olan mərifətdən, mərifətdən qaynaqlanan məhəbbətdən və məhəbbətdən hasil olan eşq və şövqdən keçir. Zövqü-ruhani bədən və cisimlə hiss edilən zövq deyildir. Əslində o, elə bir ülvi və ləduni hiss, vicdani zövqdür ki, nə kəlmələrə sığar, nə ləfzlərə. Zövqü-ruhani və digər mövhibələr tələbsiz lütf edilirsə, burada problem olmaya bilər. Nəticə etibarilə məqsud Allah (cəllə cəlaluhu), mətlub da Onun rizasıdır. (12:02)
  • Allahu-Təalaya qovuşma arzusu ilə alışıb yanmaq ilk növbədə Onu tanımaqdan asılıdır. İnsan bildiyi şeyi sevər, bilmədiyinə də maraq göstərməz. Hal-hazırda Peyğəmbərimizə və dinimizə qarşı laqeyd olan insanların problemi də əslində onlara həqiqətlərin doğru-düzgün izah olunmamasından qaynaqlanır. Belə ki, yalnız "Sonsuz Nur"u oxumaqla İnsanlığın İftixarını sevən insanlar heç də az deyil. Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) sidq, əmniyyət, təbliğ, ismət, iffət və fətanətini də izah edə bilsəydik, Onu sevməyən və Onun iştiyaqı ilə dolub-daşmayan insan qalmazdı. (13:23)
  • Biz Allah Təalanı Rəsulunun bəyanları ilə tanıdıq. Əslində, Zati-Üluhiyyəti tanımaq da bir mənada Peyğəmbərimizi tanımaqdan, Onun bəyanlarının ənginliyindən və nurlu atmosferindən keçir. O körpüdən keçməyən Allahı tanıya bilməz; tanıya bilməyincə də sevə bilməz; sevə bilməyincə zövqü-ruhaniyə çata bilməz; çata bilməyincə də Ona qarşı eşqü-iştiyaq hiss edə bilməz. (15:43)
  • Səhabələr insibağ (mənən boyanma) qəhrəmanlarıdır, hər biri Rəsuli-Əkrəmin maddi-mənəvi boyası ilə boyanmışdır. Əslində hər "söhbətdə insibağ var"; Allah dostlarının sözlərindən, baxışlarından, üz cizgilərindən, dodaq və əl hərəkətlərindən elə ruh və məna süzülür ki, bu ruh və mənanın müxatəblərə verdiyini kitab oxumaqla əldə etmək mümkün deyildir. Məhz belə bir insibağ insanın liqaullah iştiyaqını coşduran vəsilələrdən biridir.  (18:23)
  • Əgər bir insan Cənabi-Haqqa təzərrö və niyaz edərkən "ehtiyac siyahısı"nın başına Onun Zatı ilə münasibətinin dərinləşməsini "yazmırsa" - başqa nə istəyir istəsin, - hər şeydən əvvəl və hər şeydən çox mərifət, məhəbbət, eşq və iştiyaq diləmirsə, demək ki, ən mühüm məsələyə laqeyd yanaşır və onu arxa plana keçirir. Bu baxımdan xalis mömin əllərini açarkən, məsələn can sağlığı diləyərkən, dərhal onu qürbət (Allaha yaxınlıq) niyazı ilə taclandırmalıdır; iman, mərifət, məhəbbət, eşq və iştiyaqda dərinləşmə istəyini də mütləq ortaya qoymalıdır. (22:16)

Sual: 3) Kainatın İftixarı (əleyhissalatu vəssalam) "Allahım, Səndən Camalını seyr etmə həzzi və Sənə qovuşma şövqü istəyirəm; gözəllərdən gözəl vəchini seyr etmə arzusu və Sənə qovuşma iştiyaqı ilə könlümü coşdur!" (məallı) duasını səhər-axşam oxumağı tövsiyə edərkən birinci Cənabi-Haqqın camalını seyr etmə tələbini, ardınca liqaullah şövqü istəyini dilə gətirdiyini görürük. Bu sıralamanın bir hikməti  varmı? (27:08)

  • Rəsuli-Əkrəmin (əleyhissalatu vəssalam) mübarək dilindən süzülən və bu günədək gəlib çatan dualara ümumi olaraq "məsurat" deyilir. Allahı ən yaxşı bilən, tanıyan insan İnsanlığın İftixarı Peyğəmbərimizdir (sallallahu əleyhi və səlləm). Allah Təaladan nəyi necə istəməyi də ən yaxşı O bilər. Yəni Onun duadakı üslub, ədəb və təmkini möminlərə gözəl örnək və rəhbər olmalıdır. (27:43)
  • Həzrəti Cabir (radiallahu anh) Rəsulullahın (əleyhissalatu vəssalam) belə buyurduğunu rəvayət edir: "Mənə əvvəlki peyğəmbərlərin heç birində olmayan beş şey verildi. Hər bir peyğəmbər yalnız öz qövmünə göndərilmişdir, mən isə Əcəmlərə də, Ərəblərə də - bütün dünyaya göndərilmişəm. Mənə şəfaət (etmə səlahiyyəti) bəxş edildi. Həmçinin, qənimət  malları ümmətimə halal edildi, halbuki bu, məndən əvvəlkilərə halal deyildi. Yer üzü mənim üçün tahur, pak və məscid edildi; mömin harada olur-olsun namazını iqamə (qıla) edə bilər. Mənə bir aylıq məsafədən düşmənlərin ürəyinə qorxu salma xüsusiyyəti verildi. Bir də (Nəsaidə keçən rəvayətə görə) mənə cəvamiul-kəlim (az sözlə çox şey ifadə etmək, yığcam, bəlağətli, fəsahətli olmaq) lütf edildi. (30:13)
  • Rəsuli-Əkrəm (əleyhi əkməlüttəhaya) səhər və axşam dualarında bu cümləni də təkrarlayardı:
  • اَللَّهُمَّ إني أَسْأَلُكَ الرِّضَا بَعْدَ الْقَضَاءِ، وَبَرْدَ الْعَيْشِ بَعْدَ الْمَوت، وَلَذَّةَ النَظَر إِلَى وَجْهِكَ، وَشَوْقًا إِلَى لِقَائِكَ
  • "Allahım, Səndən qəzaya (qədərdə (taledə) olanların təhəqqüq etməsi (baş verməsi)) razı olmağı, ölümdən sonra rahat həyat, gözəllərdən gözəl camalını seyr etmə həzzi və Sənə qovuşma şövqü istəyirəm. (31:30)
  • Ey insan! Hara getdiyini və haraya sövq edildiyini bilirsənmi? Bir saatı dünyanın min illik məsud həyatından üstün olan Cənnət həyatının və bir saatlıq röyəti-camalı (camalını görmə)  min illik o Cənnət həyatından üstün olan Cəmili-Zülcəlalın rəhmət-dairəsinə və mərtəbeyi-hüzura gedirsən. Mübtəla, məftun və müştaq olduğunuz məcazi məhbublardakı və bütün varlıqlardakı hüsn və camal Onun cilveyi-camalının və hüsnü-əsmasının bir növ  kölgəsi; Cənnət bütün lətafəti ilə bir cilveyi-rəhməti; bütün iştiyaqlar, məhəbbətlər, incizablar (vəcdə gəlmək) və cazibələr bir ləmayi-məhəbbəti olan bir Məbudu-Ləmyəzəlin (əbədi məbud), bir Mahbubu-Layəzalın (əbədi sevgili) daireyi-hüzuruna gedirsiniz. Və əbədi ziyafət yeri Cənnətə çağırılırsınız. Elə isə qəbir qapısından ağlayaraq deyil, gülə-gülə girin. (33:05)
  • Ən böyük səbir liqaullah eşqü-iştiyaqı ilə alışıb yanan, ancaq "gələ bilərsən" dəvətini almamış dünya zindanının məşəqqətlərinə qatlanan həqiqət aşiqlərinin səbridir. (37:52)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.