Aksiyon öncəlikli düşüncə

Sual: 1) Bir tərəfdən “Əsas prinsipimiz planlı və sistemli şəkildə fəaliyyət göstərməkdir” buyurur, digər tərəfdən də xidmət fəlsəfəmizdə "aksiyon öncəlikli (prioritetli) düşüncə"dən bəhs edirsiniz. "Aksiyon öncəlikli düşüncə" ifadəsini necə başa düşməli və necə həyata keçirməliyik?

  • Görülən işlərin və əldə edilən uğurların yalnız plan, sistemlə gerçəkləşdiyini düşünüb Cənabi-Haqqın inayət, riayət və vəkalətini nəzərə almamaq bir mənada şirkdir. (01:00)
  • Dünya əsbab dairəsində xəlq edilmişdir, bizi əhatə edən səbəbləri inkar edə bilmərik. Səbəbləri inkar etmək təkvini qanunları, başqa sözlə, Cənabi-Haqqın kainatda qoyduğu qanun-qaydaları inkar etmək deməkdir. Üstəlik madam Cənabi-Haqq ilahi qüdrət və iradənin zahirən sadə və çirkin şeylərə müdaxiləsi görünməsin deyə səbəbləri izzət və əzəmətinə pərdə çəkmiş, onlarla ətrafımızı sarmışdır və Onun izni olmadan onlardan sıyrılmaq mümkün deyil, deməli, bu səbəbləri görməzlikdən gəlmək Allaha itaətsizlik və hörmətsizlikdir. (02:00)
  • Bir dəfə Cənabi-Haqqın qüdrəti ilə ümuri-xəsisənin[1] mübaşirəti[2] mövzusunu soruşmuşdular. "İzzət və əzəmət istər ki, əsbab/səbəblər pərdədarı-dəsti-qüdrət ola əqlin nəzərində. Tövhid və cəlal istər ki, əsbab əlini çəksin təsiri-həqiqidən" sözünü şərh edirdim. Mövzu əsnasında belə bir misal gətirdim: "Məsələn, heyvanın quyruğunu qaldırıb peyinləməsi bir feildir. Bu feilin Cənabi-Haqqın qüdrət və iradəsi xaricində baş verməsi mümkün deyil. Lakin Allah quyruğu və s. şeyləri icraatına pərdə etmişdir". Bu kimi sözləri bir neçə dəfə işlətmişdim. Halbuki Cənabi-Haqqın zatı, sifətləri və əsması üçün ən qüdsi misallar gətirilməlidir. Ülvi misallar ola-ola uca həqiqətləri çirkin örnəklərlə izah etmək doğru deyil. Əslində ehtiram və ədəb də bunu tələb edir. Mən mövzunu izah edə-edə bu misalı çəkərkən birdən danadişi adlı bir böcək üzümə qondu. Bir pəncəsini üst dodağıma, o birini də alt dodağıma keçirdi və ağzımı möhkəm tutdu. Başıma elə bil qaynar su töküldü. Qeyri-iradi onu tutub kənara atdım və söhbətimə davam etdim. Çox uzağa atdığımı zənn eləmirəm, danadişi haradansa yenə çıxdı. İkinci dəfə eyni şəkildə pəncələrini dodaqlarıma keçirdi. Sonra başa düşdüm ki, Zati-Üluhiyyət haqqında danışarkən verilən misallar belə çox mübarək, çox nurani və çox nəzih olmalı. Madam Cənabi-Haqq Zatını təqdis və tənzih etmək üçün əsbabı əqlə pərdə çəkmişdir və daim təmiz, pak olanı göstərir biz də o təmizliyə, o paklığa riayət etməliyik. (04:50)
  • Bütün hərəkət və fəaliyyətlərimizi icmali bir plan və sistemlə həyata keçirməliyik. Ancaq bu plan və sistem Kitab, Sünnə, ümmüxət və möhkəmatla təzad təşkil etməməlidir. (07:50)
  • Rəbbimizi, Peyğəmbərimizi və dinimizi bütün dünyaya tanıtma düşüncəsi işə başlamadan əvvəl cızılan plan sayıla bilər. Əslində, hər bir möminin qəlbində belə bir sevda, belə bir amal olmalıdır, çünki dəyərlərini başqalarına anlatma səyi həqiqi inamın təzahürüdür. Lakin bu arzu və niyyət sözlərə deyil, hal-hərəkətə əmanət edilməlidir. Möminlər bu məsələdə təsiri və müvəffəqiyyəti sözlərdə, təbliğ düşüncəsində deyil, davranışlara hopmuş iman və təmsil keyfiyyətində axtarmalıdır. (11:00)
  • Bəzi coğrafiyalarda canlı bombalar və terror aktları və s. yanlışlarla ləkələnən dəyər ölçülərimizi və kültür zənginliyimizi öz gözəllikləri ilə aləmə yayma və İslamiyyətin o parlaq çöhrəsini hər kəsə göstərmə mövzusunda, əlbəttə, planımız və səyimiz olmalıdır. Dünyanın dörd bir tərəfinə yayılmalı və insanlara "Belə müsəlmanlar da var!" dedirtməliyik. Bunu özümüz üçün dedirtməməliyik, bu, riyadır. Ancaq müsəlmanlıq naminə etmək isə vəzifəmiz, borcumuzdur. (16:40)
  • Bir yerdə oturub tənbəl-tənbəl fikirlərə dalanlar həmişə qara düşünür, bədbin danışır, fitnə-fəsada meyilli ömür sürürlər. Aksiyonla birgə fikir yürüdənlər, yəni canla-başla çalışa-çalışa yeni-yeni layihələr düşünənlər, plan və proqram hazırlayanlar işıqlı düşüncələrin, işıqlı kəlamların, eşq və şövqün təmsilçiləridir. Axırzaman qüdsilərinin əsas məziyyəti də məhz onların aksiyon öncəlikli düşüncəyə malik olmasıdır. (20:41)

Sual: 2) "Bizim aksiyon və düşüncə həyatımızın təməl dinamizmi ruhi həyatımızdır, ruhi həyatımızı da dini düşüncələrdən ayırmaq mümkün deyil" buyurursunuz. Aksiyon və düşüncə ilə ruhi həyat arasında necə əlaqə var? (23:38)

  • İnanan insanın qəlbi və ruhi həyat pilləsinə yüksəlməsi ibadət, zikir və fikirlə mümkün olduğu kimi, varlıq aləminə qucaq açması, nəbzinin hər vuruşunda Onu duyması, beyninin hər zərrəsində Onu hiss etməsi, əşyanın pərdə arxasını, mahiyyətini görməsi və xilqətin kəsrətdən, bəlkə də bir mənada tənhalıqdan qurtulması yenə də ibadət şüuru, zikir və fikir cəhdi ilə mümkündür. (23:54)
  • -Gələcəyin fikir memarları hərəkət dinamizmi ilə yanaşı, düşüncə gücünü də işlədərək bir daha İslamın səsini qəbul etməyə, onun baxış zaviyəsini qavramağa, nəbzini tutub ürəyini dinləməyə çalışmalıdır ki, "basu-badəl-mövt"ə gedən yolda bərzəxi keçməyə məcbur olmasın. Bu da hər şeydən əvvəl nəfsaniliyin bütün təsirlərindən uzaqlaşaraq ruhani üfüqlərə açılmaqdan və dünyanı o bir aləmə aparan intizar dəhlizi saymaqdan asılıdır. Digər ifadə ilə, ibadətdəki kəmiyyəti keyfiyyətlə dərinləşdirməyə.. əvradu-əzkardakı riyazilikdən qaynaqlanan nöqsanları niyyət və ixlasla əbədiləşdirməyə.. dua, minacat və yalvarışlarda bizə bizdən daha yaxın bir varlığa yalvarma şüuru, ehtiram və təmkininə.. qısaca qəlbi və ruhi üfüqə yüksəlməyə vabəstədir. (26:40)
  • Seyri-süluki-ruhanidə[3] lətaifi-əşərə (on ruhani duyğu) və ya yeddi nəfs mərtəbəsinə bağlı olaraq qəlbi və ruhi həyat dərəcəsinə çatmaq məşhur yoldur. Ancaq həm seyri-ruhani, həm də çilə ilə əldə olunan dərəcə, mövhibə və varidata çatmaq üçün başqa yollar da var. Xüsusilə, bu alternativ yollar içində bir mənada, peyğəmbərlik həqiqətinin təcəllisi və səhabə məsləyinin inkişafı yolu sayılan "əcz, fəqr, şəfqət, təfəkkür, şövq və şükür" əsaslarına bağlı olan alternativ üsul böyük əhəmiyyət kəsb edir. Bu yollardan biri ilə qəlbi və ruhi üfüqə çatmaq da ciddi bir aksiyon və düşüncə cəhdi tələb edir. (29:30)

Sual: 3) "Düşüncə daxili bir aksiyondur". Aksiyon düşüncə necə olmalıdır? (34:00)

  • Bəsit bir düşüncə çox şey ifadə etməsə də, ideal düşüncələr ancaq o mübtədi düşüncələrin bağrında yetişir. (34:35)
  • Şiddətli istək, qərarlılıq və iztirab ədalı ilk niyyət və fikirlər olmasa, sistemli plana, aksiyona çevrilib reallaşan düşüncələr də olmaz. (35:10)
  • Tarazlı həyəcan müqəddəsdir. Həyəcanı əks etdirərkən yarı da, əğyarı da narahat etməmək daha da müqəddəsdir. (36:50)
  • Xəlvət və üzlətin[4] məqsədi qəlb xanəsini əğyardan təmizləyib yarla həmdəm olmaqdır. Xalq içində Haqla birlikdə olan və kəsrətin zirvə nöqtəsində belə daim tövhid axtaran bir könül həmişə xəlvətdədir. İnsanlardan uzaqlaşaraq tənha yaşamaq məharət deyil, hünər Allaha layiqincə qulluq etmək, Mövlayi-Mütəala sadiq bir bəndə olmaq və içdən, səmimi bir səslə Onun adını hər yana və hər kəsə hayqırmağa cəhd göstərməkdir. (38:13)

[1] Çirkin iş və əməllər

[2] Təmas, icra etmək

[3] Ruhi tərəqqi pillələri

[4] Bir tərəfə çəkilib təkbaşına qalmaq; guşənişinlik

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.