Bir Daha "Aktiv Səbir"

Sual: Saleh bir qul olmağa çalışan insan qısa müddətdə müəyyən mərtəbələrə və kamillik üfüqünə yüksəlməyi arzulayır, lakin bu yolda bəzən nəfsin və şeytanın tələsinə düşüb iradə və əzm baxımından uğursuzluğa düçar olur. Bu baxımdan, iman, İslam və ehsan üfüqünə varmada səbrin rolu nədir?

  • Səbir səbir edilən mövzu baxımından müxtəlif növlərə malikdir. İbadətlərə davamlılığında göstərilən səbir, günahlara girməmə mövzusunda səbir və müsibətlərə səbir çox tanınan səbir növləridir. (01.06)
  • Əslində, ibadətü-taətdə səbirdən daha ağır və çətin olan bir xüsus da iman əsasları ilə əlaqəli ağla gələ biləcək vəsvəsələr qarşısında dişini sıxıb dözə bilməkdir. Dünyanın göz oxşayan gözəllikləri qarşısında duyğu və fikir dəyişikliyinə düşməmək, düşüncə sapmasına məruz qalmamaq və daim Quran müstəvisində yürümək də fərqli bir səbir növüdür. (04.24)
  • Zaman tələb edən və müəyyən vaxta bağlı olan işlərdə "zamanın çıldırtıcı axarına qarşı səbir" göstərilməlidir. (07.17)
  • Keçmişdə bəhs olunmamış, və ya az toxunulmuş mövzulardan biri də muradı-ilahi mövzusunda hadisələri riza ilə qarşılama səbridir. (08.55)
  • Daima o biri aləmin iştiyaqı ilə nəfəs alan Haqq dostlarının vəzifələrini tamamlayana qədər dünya həyatına dözmələri və könüllərdəki vüsal arzusunu məsuliyyət duyğusu ilə basdırmaları isə ancaq seçilmiş qullara məxsus xüsusi bir səbirdir. (09.44)
  • İmana və Qurana xidmətdə qətiyyən səbirsizliyə yol verilməməlidir. Çünki bu vəzifə insan təbiəti ilə bağlı bir işdir; potensial olaraq təkamül və tərəqqiyə istedadlı yaradılan insanı həqiqi mənadakı insanlığa yönləndirməyə və onu kamilik üfüqünə çatdırmağa yönəlmiş bir hərəkatdır. Bu səbəbdən, imana xidmətdən gözlənilən nəticə birdən-birə hasil olmaz; vətən, millət, din və iman uğrunda ortaya qoyulan belə bir fəaliyyətin səmərə verməsi, ancaq bir neçə nəslin ömrü ilə ölçülür. (10.17)
  • Xəzan görmədən, əyilmədən, bükülmədən yaşamaq çox çətindir və bunu hər kəs bacarmaya bilər. Lakin bir mömin hər sarsıntıda, hər yarpaq tökümündə, hər qırılıb dağılmada dərhal tövbə və istiğfara yönəlməli; "Ya Rəbb, artıq bu səhvlərə yaxınlaşmamağa qəti qərar verdim!" deməli və bu barədə həqiqi mənada qərarlı olmalıdır. (14.05)
  • Ayaqüstə sarsılmadan dimdik dura bilmənin bir yolu var; insan səbəbləri yerinə yetirərək heç yuvarlanmamanın, heç kirlənməmənin və tez-tez yuyunma ehtiyacı duymamanın yollarını axtarmalıdır. Bu mövzuda isə sağlam iman və ibadətü-taət iki əhəmiyyətli sığınacaqdır. (17.15)
  • Cənnətin mərkəzinə çadırını qurmaq istəyən bir insan camaatdan əsla ayrılmasın. (22.35)
  • Kamillik üfüqünə səyahət edən bir insan yol təhlükəsizliyini təmin etmək və  əməl dəftərini təmiz saxlamaq üçün öz istedad, qabiliyyət, təchizat və mövqeyinin mümkün olduğu qədər, şəraitin əl verdiyi nisbətdə mütləq din adına bir işi öhdəsinə götürməlidir. (24.13)
  • Rəvayətlərə görə, müxtəlif vəsilələrlə bir araya gələn Əshabi-Kiram Əfəndilərimiz “Əsr” surəsini oxumadan ayrılmazmış. Mərhum M. Akif bunu belə şeirləşdirir: (28.52)

“Hani, Əshabi-Kiram ayrılalım derlərkən,
Mütləqa “Sureyi vəl-Asr”ı oxkurmuş, bu nədən?
Çünkü məknun o böyük surədə əsrari-fəlah,
Başda imani-həqiqi gəliyor, sonra salah,
Sonra haqq, sonra səbat: İştə quzum insanlıq
Dördü birləşdimi, yoxdur sənə hüsran artıq.”

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.