Çürüməməyin yolu - məqsədli hərəkət və müridin murad olması

Fəthullah Gülən: Bam teli: Çürüməməyin yolu - məqsədli hərəkət və müridin murad olması

Çay süfrəsində həqiqət damlaları: Hərəkət... Ancaq uca bir məfkurəyə bağlı hərəkət

  • Düşüncə və inanc dünyamızda, habelə fəaliyyələtlərimizdə indiyə qədər əldə etdiyimiz nailiyyətləri yetərli görməməliyik. Bu nailiyyətləri hər gün yenilərini əlavə etməklə qoruyub saxlamaq olar. “Sonsuza dorğu səyahət sonsuzdur” deyib “Yenə varmı? (həl min məzid)” anlayışı ilə heç bir dayanacaqda dayanmamaq, heç nə ilə qane olmamaq və mütəmadi hərəkət etmək bu işin ruhudur. (00:36)
  • İnsan bir tərəfdən Allah-taala ilə irtibatını möhkəmlətmək istiqamətində əlindən gələni etməli, digər tərəfdən də bəşəriyyət naminə xeyirli işlər görmək üçün əlindən gələni əsirgəməməlidir . Fizikanın ətalət qanunu bir mənada insan həyatına da aiddir. Odur ki, dayansaq yıxılarıq. Elə isə dayanmamalı, daima məqsədli hərəkətdə olmalıyıq. (02:40)
  • Həzrəti İmam Şafeinin dediyi kimi “Sən qəlbini, ruhunu doyurmaq, dünyanı abad etmək üçün yaxşı bir işlə məşğul olmasan, şeytan səninlə məşğul olar!” Şeytana alət olmamaq isə Allah rizasına bağlı ali bir məfkurə ilə məşğul olmaqdan asılıdır. (03:22)
  • Zəruri olduğuna görə yemək, içmək və istirahət insanı bir qədər məşğul etsə də, qətiyyən həyatın mərkəzində dayanmamalıdır. Yemək, içmək və istirahət üçün yaşamaq əslində özünütəhqirdir, çünki Allah-taala insanı əhsəni-təqvimdə (ən gözəl surətdə) xəlq etmişdir. İnsanın mükəmməl xilqətini və Haqqın dərgahında dəyərini diqqətə çatdıran Hz. Əli (radiyallahu anh) deyir: “Ey insan! Sən özünü kiçik bir məxluq sanırsan, bil ki, bütün aləmlər səndə gizlədilmişdir. Sən bu kainatın föhristi, xülasəsisən”. (05:35)
  • Cənabi-Allah kainatda necə, nə qədər və hansı keyfiyyətdə təcəlli etmişsə, bu təcəllilərin hər biri insanda mövcuddur. Odur ki insan kainatın bir nüsxeyi-kübrası (əzəmətli nüsxəsi), bir misali-müsəğğəri (kiçik nümunəsi) və əsmai-hüsnanın nöqteyi-mehraqiyəsi (ilahi isimlərin cəmləşdiyi nöqtə, mərkəz) sayılır. Bu baxımdan Allahı tanımaq üçün insana baxmaq kifayətdir. İnsan Allahın miratı, güzgüsü, aynasıdır. Müxtəlif şəkillərdə rəvayət edilən, ancaq bu mənanı ifadə edən bir hədis var: “Allah Adəmi öz surətində xəlq etdi”, “Üzdən (insan siması) çəkinin. Zira Adəm oğlu Rəhman surətində yaradılmışdır”, “İnsan üzünə vurmayın. Şübhəsiz ki, Allah Adəmi öz surətində yaratmışdır”. (06:45)
  • Dini, dəyanəti ucaltmağa, ruhu yüksəltməyə və millətləri aliləşdirməyə xidmət edən bir hərəkatı tərk etdiyin an şeytanın tələsinə düşmüş olursan. Biz ətalətə qurban getmişik, haçan ki atdan endik, onda da işimiz bitdi. (08:03)
  • Sizin hərəkət tarixiniz, bir mənada Söyüddə başlamış, Topqapı ilə davam etmiş və Yıldız Sarayında, Dolmabağçada sönmüşdür. Bəli, nə vaxt ki Həzrəti Murad Xudavəndigarın “Atdan enməyəsüz!” sözünə əməl etməməyə başladıq, o zamandan süquta doğru yol almışıq. (10:04)
  • Ətaləti bir kənara atın... yayılın dünyanın hər yanına. İş vaxtınızı iyirmi dörd saata çıxarın və ruhunuzun ilhamlarını çatdırın hər kəsə. Bu, həm də sizi var edən mühüm amildir. (13:11)
  • Alvar İmamı “Allah bizi insan eyləyə!” deyərdi. Yavuz Sultan Səlim də, bir mənada həqiqi insanlıq yolunu göstərərək buyurur: “Padişahı-aləm olmaq bir quru qovğa imiş / Bir vəliyə bəndə olmaq cümlədan əla imiş”. (14:27)

Sual: “Müridin murad olması” nə deməkdir? Haqqın muradı və sevdiyi bəndə olmaq üçün nə etmək lazımdır?

  • Mürid istəyən, diləyən və iradəsini lazımınca ortaya qoyan deməkdir. Sufi istilahında mürid bir nəfərə tabe olan, mənən kamilləşmək üçün kamil bir insanı özünə rəhbər seçən, üstəlik şəxsi arzu-istəklərindən imtina edərək dinin əmrləri çərçivəsində bir mürşidi-kamil, yaxud ustada təslim olan Haqq yolçusunun ünvanıdır. Murad isə bir şeyi diləmək, istəmək, arzulamaq və onun arxasınca getmək deməkdir. (15:37)
  • Mürid kimə tabe olur-olsun əsl muradı hər kəsin məqsədi və mətləbi olan Allahdır. Ancaq bu da bir həqiqətdir ki, hər mürid eyni deyil və mənəvi səfərinini bir istiqamətdə davam etdirmir. Ümumən, müridin birinci muradı şeyxi, yəni mürşididir, ayağını basdığı birinci pillə də “fəna-fişşeyx” pilləsidir. Ancaq gün gəlir ki, mürid ilk muradı (şeyxi) ilə birlikdə həmin silsilənin əsl pirinin qarşısında diz-dizə oturur. Sonra da hamı birlikdə Allah Rəsulunun hüzuruna çıxır və Onun söhbət məclisində əriyib fani olur. (16:13)
  • “Fəna-fişşeyx” müridin öz arzu-istəklərindən keçərək mürşidin arzu-istəklərində fani olması, yəni yalnız mürşidinin istəyini düşünməsi mənasına gəlir. Bu dərəcəyə çatan mürid mürşidin istəyini gözlərindən anlayır və dərhal yerinə yetirir. “Fəna-firrəsul” - möminin Allah Rəsulunun əmr və istəklərində fani olmasıdır ki, “fəna-fişşeyx” məqamına çatmış bir müridin “fəna-firrəsul” məfhumuna aid həqiqətləri dərk etməsi daha asandır. Zira biri mürşid, o biri Nəbilər Sultanıdır. “Fəna-fillah” isə insanın Allahın məşiət və iradəsi qarşısında tamamən əriyib yenidən dirilməsidir. Əvvəlki iki pillə insanı bu sonuncu məqama hazırlayan yoldur. Bu səviyyəyə yüksələn insan, hədisdə də deyildiyi kimi, gözü, dili, qulağı, əli, ayağı... xülasə bütün maddi-mənəvi orqanları ilə Allahın məşiət halqasında hərəkət etdiyini dərk edər. (19:53)
  • Haqq yolçusu yolun başlanğıcında mürid, axırında murad... ibadəti fitrətinə mənimsətməyə çalışanda mürid, Haqla irtibatı fitrətin bir parçasına çevirdiyi məqamda murad... sevilən, arzulanan (insan) olma yollarını axtaranda mürid, hər şeydə Onun izlərini görüb sevgi və mərifət arasında var-gəl edəndə və bununla zövqi-ruhani naxışını hörəndə muraddır. Xülasə murad Haqq arzusu ilə dolub daşan, Allahdan qeyri hər şeydən üz döndərən, Onun rizasından başqa heç bir şeyə istəyi, həvəsi qalmayan Haqqın muradı və sevimlisi olan bəxtiyar bəndə deməkdir. (24:00)
  • Əsl murad Allah (cəllə cəlalühü), ondan sonra da İnsanlığı iftixarı Peyğəmbərimizdir (sallallahu əleyhi və səlləm). İnsan bu məqama yüksəlincə Allahın dünyada sevimli bəndəsi və ilahi inayətin təcəlli mərkəzi, Allah Rəsulunun da muradı olur. Məsələn, İnsanlığın İftixarı Peyğəmbərimiz deyir (yəqzan və yuxularda da bu, çox görülmüşdür): “Barlada bir şəxs var, addım-addım (onu) izləyin, yanılmazsınız... Mənə çatmaq istəyirsinizsə, bu işdən ayrılmayın!” (25:45)
  • Bu hadisə dünyada Haqqın muradı olmaq məsələsini daha yaxşı başa düşməyə kömək edər: Ərəfat vəqfəsində qəlb gözü açıq iki Haqq dostu öz aralarında söhbət edir: “Bu il Ərəfat layiqincə dəyərləndirilmədi və Allah (cəllə cəlalühü) zəvvarların həccini qəbul etmədi”. Bir başqa Allah dostu onların yanına gəlib deyir: “Burada bir nəfər vardı, Allah-taala ona baxıb “onun hörmətinə bu ilki həcc də qəbuldur” buyurdu”. (27:10)
  • İnsan özünü tamamilə Allah-taalanın muradına həsr edərsə, Cənabi-Haqq da onu murad məqamına yüksəldər, “Mənim muradım sənsən!” deyər. Budur İnsanlığın İftixarı Peyğəmbərimiz belə bir muraddır. O,لَوْلاَكَ لَمَا خَلَقْتُاْلأَفْلاَكَ “Aləmin yaradılış səbəbi sayılan, icmalda vücudi, təfsildə elmi mahiyyəti-mənəviyyən olmasaydı, kövnü-məkanları yaratmazdım” bəyanı ilə xilqətin illeyi-qayəsi (məqsəd və nəticə) məqamındadır. Nəcib Fazil Qısakürək də bir kitabına, bir mənada yuxarıdakı həqiqəti də ifadə edən “O ki, o üzdən varıq!” adını vermişdir. (28:48)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.