Fitnə

Sual: Qurani-Kərim şərlə yanaşı xeyrin və seyyiatla birlikdə həsənatın da fitnəyə səbəb ola biləcəyinə; insanın həm şərlə, həm də xeyirlə sınağa çəkildiyinə diqqət çəkir. İstər fərdi həyatımızda, istərsə də millətimizlə əlaqəli ümumi məsələlərdə xeyrin və həsənatın da fitnəyə səbəb olma xüsusunu necə anlamalıyıq? Bu cür fitnələrdən zərərsiz çıxa bilmək üçün nələrə diqqət yetirməliyik?

  • Qurani-Kərimdə fitnə səbəblərinin sayıldığı bir ayədə məalən: "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!" (Bəqərə, 2/155) buyurulur. (01.00)
  • Səbir, səbir edilən xüsuslar baxımndan üç qrupa ayrılır: Allaha qulluğun çətinliklərinə dözmə mənasına gələn ibadət və taətdə səbir; günah yolunun nəfsə xoş gəlməsinə baxmayaraq masiyət (itaətsizlik, üsyan) duyğusuna qarşı səbir; Haqqın qəzavüqədərinə riza göstərərək bəla və müsibətlərə qarşı səbir. (03.13)
  • Namazda لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ "Həqiqi güc və qüvvət sahibi yalnız Allahdır: Olub-keçən hər şey, ancaq Onun icazə və iradəsi ilə həyata keçər" demənin hökmü... (05.20)
  • "Xeyir", hər kəsin bəyəndiyi, rəğbət etdiyi şeylər, şərəf, qanuni iş, faydalı və savablı əməl, yaxşılıq, ibadət və mal kimi mənalara gəlir; xeyrin ziddi də "şər"dir. (06.30)
  • Ərəbcə "xeyir" sözü sadəcə yaxşılıq mənasına gəlmir, mal və sərvət üçün də istifadə edilir. Məsələn: "İnsan öz Rəbbinə qarşı çox nankordur.Və o özü də buna şahiddir.Həqiqətən, insan var-dövlətə çox hərisdir!" (Adiyat, 100/6-8) məalındaki ilahi bəyanda olan "xeyir" sözü mal-mülk və sərvət mənasını verir.
  • Mələklər Cənabi-Haqqın Həzrəti İbrahimə (ə.s.) "Xəlilim" deməsindəki hikməti soruşaraq, dostluğun sərvət, mal-mülklə uyğun gəlib-gəlməyəcəyini öyrənmək istəyirlər. Uzun yoldan gəlmiş, saçı-saqqalı dağınıq, üstü-başı pərişan bir qonaq cildində İbrahim Nəbinin (ə.s.) yanına gəlib: "Subbuhun Kuddusün (Rabbinə və) Rabbul-məlaikəti vər-ruh", -deyirlər. Bu kəlam vəhlə boyanmış o pak könlə elə təsir edir ki: "Bu necə də gözəl bir kəlamdır", -deyir və qoyun sürüsünün dörddə biri qarşılığında o sözü təkrar etmələrini xahiş edir. Mələklər özlərinə xas səs və əda ilə o kəlamı təkrar edəndə, Allahla əlaqə baxımından zikir, təsbeh və vəhyə aşina olan Xəlilürrəhman o sözdəki dərinliyin ruhunda hasil etdiyi təsir nəticəsində bir daha eyni kəlamı eşitmək üçün malının hamısını da verməyə razı olur. Nəhayət: "Siz ki mənə bu kəlamı dinlədib öyrətdiniz, mən də sizə kölə oldum!" -deyərək mələklərə iltifat edir. Həzrəti İbrahim (ə.s.) bununla da, sahib olduğu hər şeyi, hətta canını belə Canan yolunda fəda edə biləcəyini göstərir. (07.50)
  • İnsan, mal-mülk, şan-şöhrət, ailə-uşaqla daim sınağa çəkildiyi kimi, qadınla da sınağa çəkilə bilər. Məhz qadına imtahan səbəbi olma baxımından "fitnə" deyilmişdir. Bəzi möminlərin səhər-axşam dualarında "Allahummə əcirna min şərrin-nisa, Allahummə əcirna min bəlain-nisa, Allahummə əcirna min fitnətin-nisa" -demələri, yəni: "Allahım, kişiliyin altında qalıb qadına məğlub olmaqlı pis əməl işləməkdən bizi qoru. Allahım, şəhvətin əsiri olub fəlakətə uğramaqdan bizi qoru. Allahım, bir qadının cazibəsinə qapılıb doğru yoldan sapmaqdan bizi xilas et!" -deyərək Allah-Təalaya sığınmaları qadının potensial fitnəyə səbəb olmasına görədir. Möminlər qadının şər, bəla və fitnə olaraq yaradıldığını əsla düşünməz və qadın fitnəsindən qorunma dualarını o batil inanca bağlamazlar. Əslində kişi də qadın üçün bir imtahan səbəbidir və qadın da kişidən gələ biləcək şərdən, bəladan və fitnədən daim Hafiz olan Allaha sığınmalıdır. Hətta, o da istəsə dualarında: "Allahummə əcirna min şərrir-rical, Allahummə əcirna min bəlair-rical (rical-kişi), Allahummə əcirna min fitnətir-rical" -deyə bilər. Bəli, kişi-qadın münasibətləri müstəvisində hər ikisi bir-biri ilə sınağa çəkilir və biri digərinin imtahanı, bəla və fitnə amilidir. (12.35)
  • Həzrəti Ömərin (r.a.) gözünün nuru olan gənc, ismət üfüqünün nümayəndələrindən idi. Bir tələyə düşüb içində günaha azca meyil göstərəndə birdən-birə: "Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar", (Əraf, 7/201) məalındakı ayəni xatırlamış və ürəyinin xəşyətlə (qorxu ilə) çırpıntısına daha dözə bilməyib oradaca canını Allaha təslim etmişdi. Sonra… (14.22)
  • Fitnə ünsürlərindən biri də möminlərin bir-biri ilə sınağa çəkilmələridir. (16.45)
  • Mömin harada, nəyə və hansı nisbətdə sevinəcəyini yaxşı bilməli; sevincində həddini aşmamalıdır. (21.45)
  • Tarık bin Ziyadın Əndəlüsə girişi və ruhun zəfəri... (23.37)
  • Yavuz Sultan Səlimin zəfərdən sonra İstanbula qayıdarkən mülahizələri.. yarım əsrə yaxın hökmdarlıq edən Qanuni Sultan Süleymanın yatağını dəhlizə saldırması... (25.10)

Görüntülü İndir
Sesli İndir

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.