İlahi Ehsanlar və Ləyaqətli İnsanlar

Sual: "Malikin ətiyyələrini (hədiyyə, ehsan) ancaq mətiyyələri (minik) daşıya bilər?" kəlamının mənası nədir? İrşad və təbliğə könül vermiş insanlar üçün bu məna nə ifadə edir?

  • “Ətiyyə” hədiyyə, bəxşiş, lütf və ehsan mənalarına gəlir. Mətiyyə isə, minik, yüklənən və daşıyan deməkdir. (00.50)
  • "Malikin ətiyyələrini ancaq mətiyyələri daşıya bilər" cümləsi əvvəla Cənabi-Haqqın İlahi ehsanlarının, ancaq layiqli insanların çiyinlərinə yüklənəcəyini və bir qisim əmanətlərin yalnız sədaqət əhlinə veriləcəyini ifadə edir. (02.30)
  • Yüklə yükü daşıyan arasında bir tənasüb olmalıdır. Ətiyyənin layiqli şəkildə təmsil edilməsi mətiyyənin mükəmməlliyinə bağlıdır. Allahın əmanəti olan İslam dini qüsursuz və mükəmməldir, dolayısilə onun qüsursuz təmsil edilməsi, ancaq kamil insanlarla mümkündür. (04.44)

Sual: İmana xidməti Cənabi-Haqqın çox böyük bir hədiyyəsi kimi qəbul edirik, lakin çoxumuz onu qoruya biləcək kamilliyə malik olmadığımıza inanırıq. Bu mövzudakı mülahizələrinizi lütf edə bilərsinizmi?

  • İnşiraha səbəb olan məktublar.. və Rəsuli-Əkrəm Əfəndimizlə (s.ə.s.) şərəflənən məclislər... (11.02)
  • Halımıza çox şükür. Küçələrdə avara gəzən insanlar kimi olsaydıq!.. (12.48)
  • Hər gün ən az qırx dəfə "İhdinas-sıratal-mustəqim" deməyinin hikməti... (15.46)

Sual: Bildiyiniz kimi, bəzi Haqq dostları Xaliqin ətiyyələrini "İlahi isimlərin təcəlliləri" şəklində anlamışlar. Bu baxımdan, o təcəllilərə məzhər olmaq qəlbi buna hazır hala gətirməkdən və o hədiyyələrin dəyərini bilməkdən asılı olduğunu deyə bilərikmi?

  • Bu cəhətdən baxsaq, hamımız Cənabi-Haqqın isimlərinin təcəllisiyik. (20.30)
  • Cənabi-Haqqın sifətləri nə eynidir, nə də qeyri; onlar Zati-İlahiyyə həm bir hicab, həm bir ayna, Zati-Əqdəs (Müqqədəs Varlıq) də onlara görə dərk edilməsi qeyri-mümkün bir Əslin Əslidir.. nə Onun Zatı başqa zatlarla müqayisə edilə bilər, nə də sifətləri başqa sifətlərlə. (22.14)
  • İnsan adi şəraitdə iradəsinin haqqını verərək cismanilik və bəhimilikdən sıyrılıb qəlb və ruh müstəvisində yaşaya bildiyi nisbətdə Əsmai-İlahiyyənin təcəllilərinə məzhər ola bilər. (24.00)

Sual: Rəsuli-Əkrəm Əfəndimizdə (s.ə.s.) ya da hər hansı bir mömində təcəlli edən Əsmai-İlahiyyə arasında fərq varmı? Bəzi İlahi isimlərin təcəllisinə məzhər ola bilmək üçün xüsusi təchizata malik olmaq şərtdirmi?

  • Cənabi-Haqqın bəzi isimləri bəzi şəxslərdə üstünlük təşkil edir. Həmçinin, bütün peyğəmbərlərdə "Bais" ismi üstünlük təşkil edir. (27.07)
  • Peyğəmbərlərə "qəhrəman" deyilə bilərmi? (28.24)
  • Vəhy həqiqəti və peyğəmbərlərin xüsusi təchizatı... (30.08)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.